Bakıda külək məktəbin damını uçurdu

7 Mart 2021 13:54 (UTC+04:00)

Paytaxtda müşahidə olunan güclü külək 278 nömrəli tam orta məktəbin bir korpusunun dam örtüyünü uçurub.

Bakı Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, müvafiq mütəxəsislər məktəbdə olub, vəziyyətlə bağlı ilkin təhlükəsizlik tədbirləri görülüb.

İlkin araşdırmalardan sonra müvafiq rəy veriləcək.

İlkin təhlükəsizlik tədbirlərinin təmin olunması ilə yanaşı, hava şəraiti imkan verən kimi dam örtüyünün bərpa işlərinə başlanacaq.