Fransanın sabiq prezidenti Sarkozi 3 il müddətinə həbs olundu

1 Mart 2021 17:29 (UTC+04:00)

Paris məhkəməsi Fransanın sabiq prezidenti Nikolya Sarkozini korrupsiyada və nüfuzundan sui-istifadə etməkdə təqsirli bilərək 3 il müddətinə həbs edilməsi barədə qərar çıxarıb.

Xarici media yazır ki, cəza müddətinin 2 ili şərti təyin olunub.

Nikolya Sarkozi Fransa tarixində real həbs müddəti almış ilk prezident olub.