Xocalı rayonunun Quşçubaba kəndi Baharlı adlandırıldı

25 Noyabr 2020 19:07 (UTC+04:00)

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında qanunu təsdiq edib.

Baki-xeber.com xəbər verir ki, qanunla Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Quşçubaba kəndi Baharlı kəndi adlandırılır.