Hikmət Hacıyev: "Ermənilər əsasən bu mövqedən Azərbaycanın dinc əhalisinə hücum etdilər" - VIDEO

22 Noyabr 2020 17:16 (UTC+04:00)

Diplomatik korpus nümayəndələrinin Ermənistanın işğalından azad edilmiş Füzulidəki ən güclü hərbi mövqelərindən birinə səfəri. Əsasən bu mövqedən Azərbaycanın dinc əhalisinə hücum etdilər.

Baki-xeber.com xəbər verir ki, bu barədə xarici diplomatlarla, hərbi attaşelərlə Füzuli rayonuna səfər edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitterdəki səhifəsində bildirib.

Hikmət Hacıyev vurğulayıb ki, Ermənistan işğalı davam etdirmək üçün bu lazımsız hərbi infrastrukturun yaradılmasına böyük sərmayə qoyub.