Erməni təcavüzü nəticəsində Azərbaycanda 17 dini obyektə ziyan dəyib...

31 Oktyabr 2020 16:49 (UTC+04:00)

Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın yaşayış məntəqələrində 17 dini obyektə ziyan dəyib.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən brifinqdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı deyib.

O bildirib ki, həmin dini obyektlərin arasında xristian kilsələri də var: "Ümumilikdə, dağıdılan dini obyektlər - məscidlər, kilsə və qəbiristanlıqlardır. Həmçinin, erməni təcavüzü nəticəsində Gəncə, Tərtər və Ağdamda 3 tarixi abidəyə ziyan dəyib".