Azərbaycan Prezidenti Məsud Yılmazın vəfatı ilə əlaqədar xanım Berna Yılmaza başsağlığı verdi

30 Oktyabr 2020 20:08 (UTC+04:00)

Prezident İlham Əliyev xanım Berna Yılmaza başsağlığı verib.

Başsağlığında deyilir:

"Hörmətli xanım Yılmaz.

Həyat yoldaşınız – qardaş Türkiyə Respublikasının dövlət xadimi və siyasi xadim Məsud Yılmazın vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır anlarda dərdinizə şərik çıxır, Sizə, əzizlərinizə və yaxınlarınıza dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!".