Ermənistan yenə dinc sakinləri raket atəşinə tutdu - bir dinc sakin həlak oldu

29 Oktyabr 2020 17:09 (UTC+04:00)

Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində Goranboy rayonunun Tap kəndində daha bir dinc sakin həlak olub.

Baki-xeber.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də etdiyi paylaşımda bildirib.

H.Hacıyev qeyd edib ki, raket həmin şəxsin evinin damına düşüb. Ermənistanın hərbi cinayətləri davam edir.