Ceyhun Bayramovun Cenevrə səfərinin vaxtı dəyişdirildi

29 Oktyabr 2020 13:37 (UTC+04:00)

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Cenevrə şəhərinin səfərinin vaxtı dəyişdirilib.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayevanın verdiyi məlumata görə, hazırda həmsədrlərdən yeni tarixlə bağlı təsdiq gözlənilir.