ANAMA dünən Bərdəyə 144 ədəd bombacıq atıldığını müəyyənləşdirdi

29 Oktyabr 2020 11:48 (UTC+04:00)

Bərdə Smerç tipli raket sistemindən atəşə tutulub. Trend-in məlumatına görə, bunu hazırda Bərdədə olan ANAMA nümayəndəsi bildirib.

Onun sözlərinə görə, hər raketin içində 72 dənə bombacıq var. Biz iki raket tapmışıq, bu o deməkdir ki, 144 ədəd bombacıq şəhərə atılıb: "Bundan əlavə Goranboy və Ağcəbədidə bu bombacıqları tapmışıq".