Vaqif Dərgahlı: “Ermənistan növbəti dəfə dinc sakinləri raket atəşinə tutub”

17 Oktyabr 2020 02:32 (UTC+04:00)

“Ermənistan silahlı qüvvələri gecə saatlarında Gəncə və Mingəçevir şəhərlərini raket atəşinə tutmaqla dinc sakinləri və mülki infrastrukturu məqsədli şəkildə hədəfə aldığını növbəti dəfə nümayiş etdirdi”.

Baki-xeber.com xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

Polkovnik bildirib ki, eyni zamanda qarşı tərəf guya Ermənistan səmasında Azərbaycana məxsus 2 ədəd PUA-nın vurulması barədə də yalan məlumat yayıb: “Bu kimi xəbərin də heç bir əsası yoxdur”