Anar Eyvazov düşmənin çoxlu sayda canlı qüvvəsi və döyüş texnikasının məhv edildiyini açıqladı

27 Sentyabr 2020 18:57 (UTC+04:00)

Azərbaycan Silahlı Qüvvələrinin erməni təxribatının qarşısının alınması istiqamətində həyata keçirdiyi əks hücum nəticəsində düşmənin çoxlu sayda canlı qüvvəsi və döyüş texnikası məhv edilir.

Trend-in məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov açıqlamasında deyib.

O qeyd edib ki, düşmən tərəf zirehli texnikalarını qoyub qaçır.