İbrahim Kalın Aİ-ni ədalətli olmağa çağırdı

21 Sentyabr 2020 20:22 (UTC+04:00)

TC prezidentinin mətbuat katibi İbrahim Kalın Avropa Şurasının Xarici əlaqələr üzrə Analitik Mərkəzinin "Türkiyənin Şərqi Aralıq dənizi regionundakı rolu: münaqişə təhdidləri və dialoqun gözlənilməsi"adlı tədbirində cəsarətli çıxışı ilə yadda qalıb.

Baki-xeber.com-un xəbərinə görə, sözügedən tədbirdə çıxışı zamanı o bildirib ki, Avropa İttifaqı (Aİ) Şərqi Aralıq dənizi regionunda ədalətli vasitəçi kimi fəaliyyət göstərməlidir və "İttifaqın maraqları onun üzvlərindən birinin maraqlarına uyğun olmamalıdır". Kalın xatırladıb ki, Türkiyə Şərqi Aralıq dənizində ən uzun sahil xətti olan ölkədir. "NATO-nun üzvü kimi bizi yalnız Yunanıstan, Kipr və ya Livanla ikitərəfli münasibətlərin saxlanması deyil, bütövlükdə Şərqi Aralıq dənizində baş verən hər şey maraqlandırır"- o deyib.

"Danışıqlar 2002-ci ildə başlayıb və 2016-cı ildə 60-a yaxın raund keçirilib. Bu danışıqların məqsədi yalnız Türkiyə və Yunanıstan arasında dəniz sərhədlərinin müəyyənləşdirilməsi deyil, həm də adalar, hava məkanı kimi ayrıseçkilik məsələlərinin dekriminallaşdırılması idi"- deyən İbrahim Kalın Yunanıstanın daxili siyasi problemləri ilə əlaqədar olaraq Afina hökuməti tərəfindən danışıqların dayandırıldığını xatırladaraq bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğan bu danışıqları Yunanıstanın Baş naziri Kiryakos Mikotakisin Nyu-York və London görüşlərində davam etdirmək qərarına gəlib.

"Bəzən Türkiyənin birtərəfli və aqressiv hərəkət etdiyini deyən söyləntilərə rast gəlirəm. Lakin ədalətli olmaq gərəkirsə, hər kəs bilir ki,  Türkiyə Şərqi Aralıq dənizi və ya Kipr adası ətrafında qaz kəşfiyyatı aparan ilk ölkə deyil. Əvvəlcə Yunan Administrasiyası burada kəşfiyyat apardı. Onlar Annan planını rədd etsələr də, 2020-ci ildə Aİ-yə qəbul edildikdən sonra mübahisəli ərazilərdə çoxlu sayda firmanın kəşfiyyat aparmasına imkan verməklə, əslində Şimali Kiprin hüquqlarını görməzdən gəldilər"- deyən Türkiyə rəsmisi bu məsələdə Aİ-nin rolundan da bəhs edərək, Prezident Ərdoğanın Aİ-nin hazırkı Prezidenti, Almaniya kansleri Angela Merkel və Aİ-yə üzv olan digər ölkələrin liderləri ilə çoxsaylı görüşlər keçirdiyini xatırladıb. Onun sözlərinə görə, bu danışıqların məqsədi Aİ-nin ədalətli vasitəçi kimi fəaliyyət göstərməsindən ibarətdir, Türkiyə ilə Yunanıstan arasında problemlərin bərabərlik, ədalət, şəffaflıq əsasında çözülməsinin vacibliyinə cəsarətli toxunmaqdır.

Qeyd edək ki, Almaniyanın vasitəçiliyi ilə aparılan danışıqlar əsasən dəniz sərhədlərinin və karbohidrogen enerji fəaliyyətinin müəyyənləşdirilməsinə yönəlib.

SAMİRƏ