Şəhid çavuş dəfn edildi - FOTO

21 Sentyabr 2020 16:47 (UTC+04:00)

Sentyabrın 21-də saat 09:20 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmətçisi kiçik çavuş Məmmədov Elşən Əli oğlu dəfn edilib.

Şəhid Elşən Məmmədov Tovuz şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində Müdafiə Nazirliyinin nümayəndələri, Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hərbçi qulluqçular və rayon ictimaiyyəti iştirak edib.

Şəhid hərbçinin 3 azyaşlı oğlu var.