Eşqimiz bir, yolumuz bir…

21 Sentyabr 2020 14:21 (UTC+04:00)

Türk milləti tarixən öz ədaləti ilə seçilmiş, həmişə köməksizin yanında olmuş, zalıma qarşı vuruşmaqdan yorulmamışdır. Bu dünyaya nizam vermək üçün gələn türklər çox haqsızlıqların qarşısıını almışdır. Ermənilər isə tarixən azərbaycanlıları – bizə mərdliyini, kişiliyini, cəsarətini qəbul edə bilməmiş, elə bu səbəbdən də onlara nifrət etmişdir.

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsində Dağlıq Qarabağ münaqişəsindən, ermənilərin məkirli siyasətindən bütün çılpaqlığı ilə söhbət açmışdır.

Heç kəsə sirr deyil ki, Ermənistanın bugünkü rəhbərliyi ölkəni uçuruma aparır. Onların məsuliyyətsiz addımlarının nəyə gətirib çıxara biləcəyi əslində məlum deyil.

İki il bundan əvvəl Ermənistanda dövlət çevrilişi baş verəndə Azərbaycan buna neytral qaldı. Çünki Azərbaycan tərəfi Köçaryan-Sarkisyan xuntasının hakimiyyətdən getməsində maraqlı idi. Ermənistanın bundan əvvəlki hakimiyyəti erməni xalqında da ancaq nifrət hissləri doğururdu.

Nikol Paşinyan hakimiyyəti Azərbaycana qeyri-rəsmi kanallarla müsbət siqnallar göndərmiş, yalvarmış, vaxt istəmişdir.

Daha sonra Paşinyan Düşənbədə Azərbaycan Prezidentindən vaxt verilməsini birbaşa xahiş etmişdir.

Ermənistandakı hakimiyyət dəyişikliyi Minsk qrupunun həmsədrlərində də müsbət ümidlər yaratmış, fərziyyələrə inanmışlar.

Paşinyan çevriliş nəticəsində hakimiyyətə gələndən bir ay sonra uğurlu Günnüt əməliyyatı keçirilsə də, Azərbaycan yeni hakimiyyətə qarşı keçmiş xuntanın revanşına yol verməmək üçün bundan istifadə etməmişdir.

İndi Ermənistan o məğlubiyyəti qələbə kimi qələmə verməyə çalışır. Azərbaycan tərəfinin təqdim etdiyi görüntülər Ermənistanın heç bir qələbə qazanmadığını təsdiqləyir. Bu qələbədirsə, onda Ermənistan niyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edir?

Ölkə başçısı öz müsahibəsində haqlı olaraq deyir: «Ermənistan siyasətinin əsas qayəsi özlərini alçaltmaqdır, özlərindən məzlum, yazıq xalq imici düzəltməkdir, ağlaşmaqdır və ondan-bundan nə isə imtiyaz, ianə, qrant, kömək qoparmaqdır».

Müsahibədə əslində hamımızın bildiyi bir həqiqəti də oxudum: «Paşinyan Soros rejiminin məhsuludur. Bu gün Ermənistanda söz sahibi Sorosdur».

Cənab Prezident televiziya kanallarına verdiyi müsahibədə Paşinyanın həyata keçirdiyi təxribatlardan genişliyi ilə söhbət açır. Elə Ermənistanla faktiki olaraq danışıqların getməməsi, danışıqlar prosesinin pozulması buna sübut deyilmi?!

Paşinyan utanmadan söyləyir ki, Azərbaycan Ermənistanla yox, Dağlıq Qarabağla danışıqlar aparmalıdır. Bu, formatı dəyişdirmək cəhdidir və buna Azərbaycan heç vaxt razı ola bilməz.

Minsk qrupunun həmsədrləri də Ermənistan tərəfinə bu kimi açıqlamaların ziyanlı olmasını bildirmişlər.

Gəlin elə bu günlərdə baş vermiş məskunlaşmadan danışaq. Ermənistanın işğal edilmiş torpaqlarda məskunlaşdırma aparması bütün beynəlxalq

konvensiyalara ziddir, qanunsuzdur, cinayətdir. Bunu Paşinyan rejimi şüurlu şəkildə edir, Azərbaycanı təxribata çəkirlər.

Yəqin ki, qədim Şuşada qondarma rejimin dırnaqarası rəhbərinin güya andiçmə mərasiminin keçirilməsi hamımızın yaralı yeridir. Əslində, Ermənistan rəhbərliyi bununla xalqımızı, hər birimizi açıq təhqir etməyə çalışmışdır.

Bəs, iyul hadisələri? Təxribat deyilmi? Hətta Minsk qrupunun həmsədr ölkələrinin birinin yüksək vəzifəli rəsmisi açıq bildirib ki, atəşkəsi Ermənistan tərəfi pozub.

Baş Komandan müsahibədə çox haqlı olaraq vurğulayır ki, məqsəd danışıqları pozmaq, ondan sonra Azərbaycanı ittiham etmək və status-kvonu dəyişməz saxlamaqdır. Prezident qeyd edir ki, belə təxribatlar olduğu üçün danışıqlar haqda danışmaq məsuliyyətsizlikdir.

Bəli, artıq dünyanın o ölkəsi yoxdur ki, Ermənistanın haqsız olduğunu başa düşməsin. Hətta, bu ölkənin yeni böyük müharibəyə hazırlaşması da artıq heç kimə sirr deyil. Azərbaycan, əzəli əbədi düşmən bildikləri azərbaycanlılar üçün ermənilər həmişə təhlükə mənbəyi olmuş, zərbə yendirmək üçün məqam gözləmişlər.

Burada məşhur Fransız səyyahı Qraf De Şolenin fikirlərini xatırlatmaq yerinə düşər. O, yazırdı: «Ermənilerin yoxsulluq ve əzab-əziyyət çəkməsi məndə onlara qarşı rəhm oyatmasına baxmayaraq, onların haramzadalığı, kələkbazlığı o dərəcədə biabırçı, o qədər hiddətləndirici idi ki, mən heç vaxt onlara bağlana bilməzdim».

Ermənilər haqqında yüzlərlə belə fikirlər var. Yüzlərlə ziyalı, filosof… onlar haqqında ən pis fikirlərini söyləmişlər. Təəsüf ki, bütün bunlar ermənilərin arxadaşlarını, arxasında dayananları ilgiləndirmir.

Və Azərbaycan Prezidenti İlham Əliyev deyir: «Ermənistan beynəlxalq hüququ yerə vurursa, Azərbaycan da beynəlxalq hüququ gözləməyəcək. Bizə qarşı ciddi təxribat törədilərsə, onda bizim üçün heç bir məhdudiyyət olmayacaq. Artıq Ermənistan ərazisinə keçmək üçün bizə heç bir hərbi maneə yoxdur. Əgər ermənilər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq».

Sonda qeyd etmək istərdim ki, nə gözəl ki, Türkiyə kimi dəyərli dostumuz, qardaşımız var. Düşmənlərimiz də hər zaman bu həqiqəti bilir və bu səbəbdən də bizə düşmənçilik edirlər.

Azğın erməni. Sən böyük Türk millətinin qarşısında dayana biləcək gücə malik deyilsən. Nə qədər gec deyil, haqq yoluna qayıt, günahsız insanları qırğına vermə. Yetər qan, yetər haqsızlıq. Və yazıma Türkiyə Cümhuriyyətinin böyük oğlu, Azərbaycanın və Prezidentimizin yaxın dostu cənab Rəcəb Tayib Ərdoğanın Bəxtiyar Vahabzadədən dediyi bu beytlə yekun vurmaq istəyirəm.

Dinimiz bir, dilimiz bir,
Ayımız bir, ilimiz bir,
Eşqimiz bir, yolumuz bir,
Azərbaycan-Türkiyə.

Əminə YUSİFQIZI,
Yevlaxda çıxan «Kür» qəzetinin baş redaktor