Qubada polis gücləndirilmiş iş rejimində xidmət aparıb - FOTO

14 Avqust 2020 13:02 (UTC+04:00)

Avqustun 14-də Dövlət İmtahan Mərkəzi tərəfindən ölkənin bir çox bölgəsində yerləşən təhsil müəssisələrində qəbul imtahanları keçirilib. Şimal bölgəsi üzrə Quba rayonunda da dörd məktəb binasında imtahanların keçirilməsi baş tutub.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən imtahanla əlaqədar Quba Rayon Polis Şöbəsinin əməkdaşları təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə gücləndirilmiş iş rejimində xidmət aparıblar. Həmin yerlərdə sosial izolyasiya qaydalarına riayət olunmasına və ərazidə təhlükəsizliyin təmin edilməsinə şöbə əməkdaşları tərəfindən ciddi nəzarət olunub.