Sabah Bakının mərkəzi və qəsəbələrindəki əsas küçə, prospekt və yolları dezinfeksiya ediləcək

14 Avqust 2020 11:28 (UTC+04:00)

Bakıda genişmiqyaslı dezinfeksiya işləri aparılacaq. Trend-in paytaxtın kommunal strukturlarından əldə etdiyi məlumata görə, sabah, avqust ayının 15-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.