Novxanıda qadın suda boğuldu - VİDEO

10 Avqust 2020 15:58 (UTC+04:00)

Novxanıda Xəzər dənizində boğulma hadisəsi olub. Trend-in məlumatına görə, hadisə bu gün baş verib. Şahidlərin sözlərinə görə, "Diana" istrahət mərkəzinin ərazisində çimərliklə olan bir nəfər qadın boğularaq ölüb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva Trend-ə açıqlamasında bildirib ki, Abşeron rayonunun Novxanı kəndində, dənizdə (nəzarətsiz ərazidə) 1 nəfər (şəxsiyyəti dəqiqləşdirilir) batıb. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub: "Fövqəladə Hallar Nazirliyi bir daha vətəndaşlara qabaqcadan müəyyən edilmiş çimərlik ərazilərində istirahət etməyi və təhlükəsizlik tədbirlərinə əməl etməyi tövsiyə edir".