Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçiriləcək

9 Aprel 2020 18:45 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçiriləcəkdir.

Baki-xeber.com xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Zirvə görüşü koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunacaqdır.