Qadınlara qarşı cibgirlik edirdi, polisə yaxalandı - Şəmkirdə... - FOTO

7 Aprel 2020 14:01 (UTC+04:00)

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sərnişinlərin sıx olduğu vaxtlarda rayondaxili avtobuslarda  cibgirlik edən, əvvəllər dəfələrlə əvvəllər məhkum olunmuş, Gəncə şəhər sakini, 56 yaşlı Rövşən İsmayılov saxlanılıb.

Araşdırma zamanı həmin şəxsin cari ilin fevral-mart aylarında avtobuslarda ümumilikdə 3 vətəndaşın çantasından pul, mobil telefon və digər qiymətli əşyalar oğurladığı müəyyən edilib.

Faktlarla bağlı Şəmkir rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir. R.İsmayılovun Şəmkir, eləcə də digər qonşu şəhər və rayonların ərazisində də analoji cinayətlər etdiyi istisna olunmur. Onların əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

Elvin GÖZƏLOV
baş müstəntiq