Ermənistanda koronavirusa yoluxanların sayı 700-ü keçdi, ölü sayısı 7-ə çatdı

3 Aprel 2020 12:37 (UTC+04:00)

Ermənistanda son sutka ərzində 73 nəfər koronavirusa yoluxub. Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, koronavirusa yoluxanların sayı 736 nəfərə çatıb.

Hazırda 686 nəfərin müalicəsi davam edir.

Son sutka ərzində 3 yeni ölüm faktı da qeydə alınıb.

Qeyd edək ki, bu günədək ölkədə 7 nəfər virusdan həyatını itirib.