Azərbaycanda koronavirusa 41 yeni yoluxma faktı qeydə alındı

2 Aprel 2020 12:21 (UTC+04:00)

Bu gün Azərbaycanda daha 41 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 8 nəfərin vəziyyəti ağır, 11 nəfərinki orta ağır qiymətləndirilir. Baki-xeber.com xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, koronavirusa yoluxan digər şəxslərin vəziyyəti normaldır. Bu gün rəqəm dəyişə bilər.

Hazırkı dövrədək ölkəmizdə 400 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 26 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 369 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.