Türkiyədə koronavirusdan həyatını itirənlərin sayı 44-ə yüksəli

25 Mart 2020 00:32 (UTC+04:00)

Türkiyədə yeni koronavirusdan (Covid-19) daha 7 nəfər ölüb. Baki-xeber.com xəbər verir ki, bunu Səhiyyə naziri Fahrettin Koca deyib.

Nazirin sözlərinə görə, bununla Türkiyədə Covid-19-dan həyatını itirənlərin sayı 44-ə yüksəlib, virusa yoluxanların sayı isə son sutka ərzində 343 nəfər artaraq 1872-ə çatıb.