Fransada koronavirusdan ölənlərin sayı 186 nəfər artaraq 860-a çatdı

24 Mart 2020 10:19 (UTC+04:00)

Fransada yeni növ koronavirus (COVİD 19) epidemiyasından ölənlərin sayı 186 nəfər artaraq 860-a çatıb.

Baki-xeber.com xəbər verir ki, bu barədə açıqlama verən səhiyyə naziri Olivier Veran epidemiyanın tezliklə aradan qaldırılacağına ümid etdiklərini söyləyib.

Bu həftə xəstəxanalara və qocalar evlərinə 20 milyon maska paylanacağını deyən Veran, virus aşkarlanan insanların sayının 3 min 838 nəfər artaraq 19 min 856-a çatdığını bildirib. Veran reanimasiyada müalicə alan xəstələrin sayının isə 2 min 82-yə yüksəldiyini söyləyib.