Azərbaycanda yaşı 18-dək olan 3 nəfər koronavirusa yoluxub

23 Mart 2020 22:47 (UTC+04:00)

Azərbaycanda yaşı 18-dək olan 3 nəfərdə koronavirusa yoluxma halı aşkarlanıb. Trend-in məlumatına görə, bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

Onun sözlərinə görə, xəstələrin hər üçünün vəziyyəti normaldır və səhhətlərində heç bir problem yoxdur.

V.Qasımov onların yaxın vaxtlarda evə buraxılacağını da söyləyib