Bəşəriyyətin qalib gəlməyə məcbur olduğu müharibə...

23 Mart 2020 13:37 (UTC+04:00)

2019-cu ilin dekabr ayında yeni tip koronavirus bəşəriyyətə hücum etdi. İlk olaraq Çinin Uhan şəhərində meydana çıxan virusun mənbəyi hələdə müzakirə mövzusu olaraq qalmaqda davam edir.

Bəşəriyyət elan olunmamış müharibə ilə sarsıldı. I Bəşəriyyət Müharibəsi də adlandırıla bilər bu hücüm.

Çünki hec bir dövlət, heç bir dünya sakini bu hücümdan sığortalanmayıb.

İnsan övladı hücum edən virusun nə olduğunu dərk etməmiş ciddi itkilər verməyə başladı. Sonradan COVİD-19 olaraq tanımlanan bu virus heç kimə güzəşt etmədən insanlığı təhdid edir.

İnsanlar bu hücum qarşısında aciz qaldılar.Hal-hazırda planetin demək olar ki, bütün dövlətləri bu virus və onun fəsadları ilə mübarizə aparır.

Müharibə deyərkən ilk olaraq ağlımıza ölümcül silahlar, hərbi strateji taktikalar, manevrlər, qanlı döyüşlər, dağılmış şəhər və iqtisadiyyatlar gəlir. Lakin bu virus bütün bunlardan istifadə etmədən bütün planeti işğal etməyə başlayıb.

Qan tökmədən , dağıntı törətmədən virusun apardığı bu müharibə daha təhlükəli olmağa, insan adlanan hər kəsi təhdid etməyə davam edir.

İnsan övladı hələ ki, bu virusun nə olduğunu, necə hücüm etdiyini, hücum etdiyi şəxsi necə zərərsizləşdirdiyini ancaq vizual olaraq müşahidə edə bilir.

Bütün dünya bu virusa qarşı səfərbər olsada hələ ki, istənilən və vacib olan nəticəyə nail olmaq mümkün olmur.

Bunun üçün lazım olan hərəkət və hərəkətsizliyin konkret çevrəsini tamamlayıb bağlamaq mümkün olmur. Koronavirus, yəni COVİD-19 adlanan bu virusa qarşı aparılan mübarizə üçün “müharibə” adlandırdığımız bu pandemiyanın mərhələli və mübarizə üsullarının analizi vacibdir.

Şahidi olduğumuz “müharibə”də Koronavirusun xüsusiyyətləri:

- Koronavirus  bir dəfə hücüm etdiyi insana təkrar hücum edə bilir.

- İnsanlar koronavirusla mübarizənin effektivliyini laqeydlikləri sayəsində minimuma endirirlər.

Gördüyümüz kimi, “müharibə” tərəflərinin malik olduqları bu xüsusiyyətlər koronavirusla bəşəriyyətin qarşı-qarşıya gəlməsi nəticəsində müşahidə olunur.

Koronavirusun “müharibə”də üstünlükəri:

İnsanların “müharibə”də üstunlükləri:

- Mübarizə üçün bütün imkanların mövcud olması(özünü təcrid, təmizlik, və dövlətin yaratdığı şərait).

Koronavirusla mübarizədə insanların əməl etməli olduğu qaydalar:

- Əlləri 20 saniyədən az olmamaq şərti ilə sabunla yumaq.

Koronavirusun müşahidə olunan əlamətləri:

Yadda saxlayın koronavirus bizdən güclü deyil!!!