İspaniyanın səhiyyə sistemi çökdü – həkim çatışmır, xəstəxanalarda yer tapılmır, koronavirus xəstələri dəhlizlərdə yerləşdirilir - VIDEO

23 Mart 2020 10:58 (UTC+04:00)

Avropa dünyada sürətlə yayılan koronavirusun yeni episentrə çevrilib. Koronavirusun ən çox yayıldığı ölkələrdən olan İspaniyada xəstələrinin sayı 28 min 603, ölənlərin sayı isə 1756 nəfərə çatıb.

Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, İspaniyada koronavirusa yoluxmanın artması ölkənin səhiyyə sistemini çökmə həddinə gətirib. Bir xəstəxanada çəkilən görüntülər ölkədə vəziyyətin nə qədər ciddi olduğunu bir daha ortaya qoyur. Sosial mediada yayımlanan görüntülərdə virusa yoluxmuş insanların yer çatışmazlığından xəstəxana dəhlizlərinə yerləşdirildiyi görülür. Koronavirus xəstələrinin çoxluğu və tibb işçilərinin çatışmazlığına görə, ölkədə səhiyyə sistemi xəstələrə lazımi xidmətlər göstərə bilmir.