Cümə axşamı günü, 08 oktyabr 2026
     

Azərbaycan Milli Komissiyası 25 ildə UNESCO-da nələr etdi, nələr etmədi...

Image


Qədim və zəngin maddi-mədəni, mənəvi dəyərlərə malik olan Azərbaycan bir sıra nüfuzlu beynəlxalq qurumlarla, ümumdünya təşkilatları ilə sıx əməkdaşlıq qurub və bu əməkdaşlıq sahəsində ölkəmiz kifayət qədər uğur əldə edib. Azərbaycanın BMT-nin mühüm təsisatlarından biri olan UNESCO ilə hərtərəfli əlaqələr yaratması, bu quruma üzv dövlət kimi çoxşaxəli işlər görməsi diqqəti cəlb etməyə bilmir.

Məlum olduğu kimi, 25 il əvvəl UNESCO üzrə Milli Komissiyanın yaradılması ilə bağlı Heydər Əliyev mühüm sərəncam imzalayıb. Milli Komissiyanın yaradılması nəticəsində bu 25 ildə hansı nailiyyətlər əldə etmişik və nələrə nail ola bilməmişik?

Ekspertlər qeyd etdilər ki, UNESCO-Azərbaycan əlaqələrinin inkişafı ilə bağlı sabiq Azərbaycan Prezidenti mərhum Heydər Əliyev mühüm addım ataraq 1993-cü ilin dekabr ayında Fransa Respublikasında rəsmi səfərdə olarkən UNESCO-nun baş direktoru Federiko Mayorla görüşüb. UNESCO-nun nizamnaməsinə görə, üzv dövlət təhsil, elm və mədəniyyətlə məşğul olan qurumların fəaliyyətini UNESCO-nun işi ilə əlaqələndirmək üçün, ilk növbədə, Milli Komissiya yaratmaq yolu ilə müvafiq tədbirlər həyata keçirməlidir. Ona görə də UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması üçün lazımi addımlar atılıb və Heydər Əliyev bununla bağlı 21 fevral 1994-cü il tarixində Sərəncam imzalayıb. Sərəncama əsasən, Milli Komissiya Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nəzdində yaradılıb, xarici işlər naziri onun sədri təyin edilib və eyni zamanda, sədrə Milli Komissiyanın tərkibini müəyyən etmək səlahiyyəti verilib.

  • Aydın Xan Əbilov: “Azərbaycan maddi və mənəvi irsinin UNESCO-nun nadir əsərləri sırasına daxil edilməsi beynəlxalq əməkdaşlığın əsas göstəriciləridir”

Yeni Yazarlar və Sənətçilər Qurumunun rəhbəri, yazıçı-kulturoloq Aydın Xan Əbilov bizimlə söhbətində qeyd etdi ki, UNESCO-Azərbaycan əlaqələrinin qurulduğu ilk dövrlərdən başlayaraq ölkəmizlə bu qurum arasında müştərək tədbirlər həyata keçirilib. A.X.Əbilovun sözlərinə görə, Azərbaycan Respublikasının sabiq prezidenti Heydər Əliyevin “Kitabi Dədə Qorqud” dastanının 1300 illik yubileyinin keçirilməsi ilə bağlı 20 aprel 1997-ci il tarixli Fərmanına əsasən, yubiley üzrə Dövlət Komissiyası yaradılıb, 21 fevral 1999-cu il tarixində Dövlət Komissiyasının tədbirlər planı haqqında Sərəncam imzalanıb.

O qeyd etdi ki, 9 aprel 2000-ci il tarixində Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin dövlət başçılarının və UNESCO baş direktoru (sabiq ) K.Matsuranın iştirakı ilə “Kitabi ­Dәdә Qorqud" dastanının 1300 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib.

Müsahibimiz vurğuladı ki, 15 sentyabr 2005-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev UNESCO ilə Azərbaycan Respublikası arasında qarşılıqlı əlaqələrin inkişaf səviyyəsini nəzərə alaraq, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Onun sözlərinə görə, Sərəncama əsasən UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yeni tərkibi müəyyənləşdirilib. Milli Komissiya Azərbaycanın UNESCO-dakı siyasətinin əsas istiqamətlərini müəyyən edir. “Bu gün Azərbaycanla UNESCO arasında əlaqələr davamlı şəkildə həyata keçirilir. Bu istiqamətdə Heydər Əliyev Fondunun apardığı məqsədyönlü fəaliyyəti xüsusi qeyd etməliyik. Azərbaycan maddi və mənəvi irsinin UNESCO-nun nadir əsərləri sırasına daxil edilməsi beynəlxalq əməkdaşlığın əsas göstəriciləridir. Muğam sənətinin, aşıq sənətinin, Novruz bayramının, İçərişəhərin, tar ifaçılığı sənətinin UNESCO-nun nadir, şah əsərləri sırasına daxil edilməsi Azərbaycanla bu təşkilat arasında olan əməkdaşlığın davamlılığını deməyə əsas verir. Sözsüz ki, bütün bu işlər, nadir irsimizin bu siyahıya daxil edilməsində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rolu danılmazdır” - deyə bildirən A.X.Əbilov hesab edir ki, Parisdə UNESCO-nun baş qərargahında qurumun Baş Konfransının 40-cı sessiyası çərçivəsində UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 25 illiyinin təntənə ilə qeyd edilməsi də görülən uğurlu işlərin və məqsədyönlü siyasətin bariz nümunəsidir.

Azərbaycan dövlətinin UNESCO-nun prinsip və qaydalarına həmişə riayət etdiyini, bu quruma saysız töhfə verdiyini deyən müsahibimiz qeyd etdi ki, Milli Komissiya UNESCO ilə elm, təhsil, mədəniyyət, informasiya və kommunikasiya sahələrində əməkdaşlıq həyata keçirib, UNESCO-nun proqram və tədbirlərinin hazırlanmasında və reallaşdırılmasında yaxından iştirak edib.

Milli Komissiyanın 25 illik fəaliyyəti ərzində gördüyü işlərdən danışan müsahibimizin sözlərinə görə, Azərbaycan regional və beynəlxalq səviyyələrdə çoxsaylı layihə həyata keçirib.

A.X.Əbilov vurğuladı ki, təkcə 2018-ci il ərzində UNESCO ilə əməkdaşlıq çərçivəsində bir sıra tədbirlər həyata keçirilib. UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyilə Azərbaycanda və xarici ölkələrdə bir sıra tədbirlər təşkil olunub, o cümlədən, Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin 100 illik yubileyi UNESCO-nun baş qərargahında və Almaniyada qeyd edilib. Komissiyanın dəstəyilə Azərbaycan muğamının UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyi münasibətilə təşkilatın baş qərargahında, İtaliya, Türkiyə və Almaniyada muğam konsertlərinin təşkil olunduğunu qeyd edən müsahibimiz bildirdi ki, 2018-ci ildə ölkəmiz UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinə üzv seçilib. Hökumətlərarası Komitənin Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində keçirilən 13-cü sessiyasında “Çövkən-ənənəvi Qarabağ atüstü oyunu” faylı ilə bağlı milli hesabat qəbul olunub. O dedi ki, bundan başqa, “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” adlı nominasiya Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına və Azərbaycan, Türkiyə və Qazaxıstanın birgə “Dədə Qorqud/Korkyt Ata/Dede Korkut irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” adlı çoxmillətli nominasiya UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilib.

A.X.Əbilov qeyd etdi ki, regional əməkdaşlıqdan bəhs edən Ermənistanın heç bir çoxmillətli nominasiyası yoxdur.

Azərbaycan Respublikasının Milli Komissiyasının 25 illik fəaliyyəti ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyindən qəzetimizə verilən məlumata görə, bu mövzuda dəfələrlə mətbuata məlumatlar verilib.

  • Leyla Abdullayeva: “UNESCO üzrə Milli Komissiyanın əldə etdiyi uğurlar çoxdur”

Nazirliyin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bizimlə söhbətində bildirdi ki, Milli Komissiya tərəfindən görülən işlərin sayı həddindən artıq çoxdur: “UNESCO üzrə Milli Komissiyanın əldə etdiyi uğurlar çoxdur. Bu sahədə görülən işlərlə, əldə edilən uğurlarla bağlı çox fikirlər bildirmək olar. Bu barədə bütün informasiyalar, məlumatlar, çıxış və fikirlər mediada yer alıb”.

Prezident İlham Əliyevin 2018-ci il 29 avqust tarixli Sərəncamı ilə Milli Komissiyanın yeni tərkibi təsdiq olunub və hazırda komissiyanın 17 üzvü var. Milli Komissiya yerli qurumların müvafiq layihələrinin həyata keçirilməsinə dəstək verir, bundan əlavə, xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizlə birgə tədbirlər həyata keçirir.

Qeyd edək ki, bir müddət əvvəl Xarici işlər naziri Elmar Məmmədyarov Milli Komissiyanın 25 illiyi ilə bağlı bu sahədə əldə etdiyimiz uğurlarla bağlı mətbuata müsahibəsində “Bu il Milli Komissiyanın yaradılmasının 25 ilinin tamam olmasını nəzərə alaraq, ölkə daxilində və xaricində, o cümlədən, UNESCO-nun baş qərargahında bir sıra tədbirlərin keçirilməsini planlaşdırırıq. Vurğulamaq istərdim ki, Azərbaycan Respublikası UNESCO dəyərləri və prinsiplərinə sadiqdir və bu, UNESCO ilə səmərəli əməkdaşlıq münasibətlərimizlə təsdiqlənir.

Azərbaycan-UNESCO əlaqələrinin təməlinin qoyulmasında ümummilli liderimiz Heydər Əliyevin böyük rolu olub. Hələ sovet dövründə ulu öndər UNESCO-nun Azərbaycanla bağlı təşkil etdiyi tədbirlərdə yaxından iştirak edib.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra - 1992-ci il iyunun 3-də UNESCO-ya üzv oldu. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1993-cü ilin dekabrında UNESCO-nun baş direktoru Federiko Mayorla keçirdiyi görüş UNESCO ilə uğurlu əməkdaşlıq münasibətlərinin inkişafına təkan verib.

Hazırda Azərbaycan ilə UNESCO arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizlə UNESCO arasında əlaqələrin inkişafında və genişlənməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın müstəsna xidmətləri olub. Xanım Mehriban Əliyevanın himayəsi ilə UNESCO çərçivəsində mədəni irsin qorunması, mədəniyyətlərarası dialoqun təşviqi, gender bərabərliyi, təhsilin inkişafı və digər sahələrdə əhəmiyyətli layihələr həyata keçirilib. Məhz xanım Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti nəticəsində Azərbaycanın 2 maddi və 13 qeyri-maddi mədəni irs nümunələri UNESCO-nun müvafiq siyahılarında yer alıb” - deyə qeyd etmişdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edir - FOTO

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ