Cümə axşamı günü, 08 oktyabr 2026
     

Dünya planşetdən kütləvi kitab oxuma kampaniyalarına qayıdır - bəs biz...

Image


Aydın Xan Əbilov:”Azərbaycanda da kütləvi kitab oxuma kampaniyaları keçirilməsi ənənəsi var və hər il Heydər Əliyev Fondu mütaliə, oxu günləri keçirir”

Müasir dünyanın ağıllı adamları, düşünən beyinləri haqlı olaraq deyirlər ki, nə kompüter, nə də digər çağdaş texnoloji vəsitələr kitabın insana qazandırdığı bilik və müsbət vərdişləri əvəz edə bilər.

Sirr deyil ki, son illər internet resurslarının meydana gəlməsi və onların həyatımızın ayrılmaz hissəsinə çevirilməsi kütləvi olaraq insanları kitab oxumaq vərdişlərindən ayırdı. Bu proses təkcə bizim cəmiyyətdə deyil, başqa cəmiyyətlərdə də getdi. İnsanların, xüsusən də gənc nəslin kitabdan uzaq düşməsi ciddi fəsadlara səbəb oldu. Ümumiyyətlə, dünyanın bütün alimləri, bilim adamları, yazıçıları, filosofları həmişə qeyd ediblər ki, kitab oxumaq insanın zehnini inkişaf etdirir, yaddaşını möhkəmlədir, nitqini inkişaf etdirir, söz ehtiyatını zənginləşdirir. Bəlkə də çoxlarımızın yaddaşında baş verən deformasiyalar bizim kitabdan ayrı düşməyimizlə əlaqədardır. 

Bu gün dünyada kütləvi oxu mədəniyyətinin təbliğatı tendensiyası yayılıb. Dünyanın müxtəlif ölkələrində kitabın gənc nəsil arasında təbliğ olunması istiqamətində fərqli formalarda aksiyalar, kampaniyalar keçirilir. Bir neçə gün əvvəl qardaş Türkiyənin Antalya şəhərində də kütləvi oxu aksiyası keçirildi. 15-20 min nəfər məktəbli bu aksiyaya cəlb edildi və onlar dənizin kənarında kitab oxudular. Bu gün dünya ölkələrində düşünən, ağıllı xalqlar artıq internetdən, planşetdən imtina edərək kitab oxumağa üstünlük verirlər. Sözsüz ki, belə kütləvi oxu kampaniyalarının Azərbaycanda da keçirilməsi vacibdir.

Filologiya üzrə fəlsəfə doktoru, şairə Qiymət Məhərrəmli baki-xeber.com-a bildirdi ki, Azərbaycanda gənclərin kitab oxuma vərdişlərindən uzaq düşməsi ciddi fəsadlar yaradıb. Q.Məhərrəmlinin sözlərinə görə, gənc nəslin kitaba qaytarılması üçün yalnız Bakıda deyil, Azərbaycanın ən ucqar rayonlarında belə, davamlı kütləvi kitab oxuma kampaniyaları keçirilməlidir. Müasir dünyanın kitaba qayıtmasının təsirlərinin Azərbaycanda da hiss ediləcəyini deyən Q.Məhərrəmlinin sözlərinə görə, bizdə kitabın təbliğatı üçün bütün imkanlar var, yetər ki, bu işi təşkil edən qurumlar meydana çıxsın. Bunun daha çox ictimai məsələ olduğunu deyən Q.Məhərrəmli hesab edir ki, ölkədə mövcud olan kitab mərkəzləri, mağazaları, çap evləri, qeyri-hökümət təşkilatları, bələdiyyələr, yaradıcı qurumlar Azərbaycanda gənc nəsil arasında kitab oxumaq vərdişlərinin yayılması istiqamətində tədbirlər həyata keçirməlidir:”Bəzən hesab edirlər ki, cəmiyyətdə kitabın təbliğatı, gənc nəsildə oxu mədəniyyətinin formalaşdırılması məsələsi aidiyyəti dövlət qurumlarının işidir. Mən isə belə düşünmürəm. Bu gün Azərbaycanda kifayət qədər ictimai təşkilatlar var ki, həmin təşkilatlar gənclərin kitaba, oxuya qaytarılması üçün ciddi təbliğat işləri həyata keçirməlidir. Dövlət öz üzərinə düşən işi görür. Bəs bu istiqamətdə ictimai qurumlar, kitab evləri, nəşr mərkəzləri nə iş görürlər?  Hesab edirəm ki, Azərbaycandakı kitab evləri, nəşriyyatlar, QHT-lər, mədəniyyətlə əlaqədar qurumlar gənclərdə kitab oxuma mədəniyyətinin formalaşdırılması üçün kütləvi kitab oxuma aksiyaları keçirməlidir. Bunun üçün bizdə hər cür şərait var. Bakı Bulvarında, eləcə də parklarda bu cür aksiyalar təşkil etmək mümkündür. Azərbaycanın digər rayon və şəhərlərində də kütləvi oxu kampaniyaları keçirmək üçün şərait var. Həmin yerlərdə də böyük parklar, meydanlar var. İnternetin gənclərimizi oxudan uzaqlaşdırdığı faktdır. Bu gün biz gənclərimizi kitaba qaytara bilməsək, daha da ciddi problemlərlə - mənəvi problemlərlə üzləşə bilərik. Azərbaycan ədəbiyyatı çox zəngindir və gənclərin ədəbiyyatımızla tanış olması çox vacibdir. Eləcə də bizdə dünya ədəbiyyatının çox görkəmli yazıçı və şairlərinin əsərləri tərcümə edilib, həmin əsərlərlə də gəncliyimiz yaxından tanış olmalıdır”-deyə Q.Məhərrəmli bildirdi. 

Q.Məhərrəmli qeyd etdi ki, kitab cəmiyyətin, şəxsiyyətin formalaşmasında, mədəniyyətin inkişafında mühüm rola malikdir və kitabların insanlara verdiyi töhfələr internetin verdiklərindən çox üstündür. O həmçinin hesab edir ki, kitab oxuma insanlar arasında əlaqəni gücləndirir, onların nitq qabiliyyətini formalaşdırır,

Onun sözlərinə görə, dünyanın bir çox mütəxəssisləri bildirir ki, kitab oxumaq yaddaşı qüvvətləndirir və Alzheymer risqini azaldır. “Kitabın faydaları həddindən artıq çoxdur. Hesab edirəm ki, Azərbaycanda kütləvi oxu kampaniyaları başlasa və bu vacib istiqamət gənclər arasında təbliğ edilsə Azərbaycan gəncliyi də internet resurslarından, kompüterdən, planşetdən, mobil telefondan uzaqlaşıb kitaba üz tutacaq. Bundan isə xalq olaraq biz qazanacağıq. Bu gün gənclərin çoxu planşetdən, kompüterdən istifadə etdiyi üçün kitaba əhəmiyyət vermək istəmir. Ancaq gənclər görəcək ki, tez-tez parklarda, bulvarda, meydanlarda kitab oxuma aksiyaları keçirilir, kitab təbliğ olunur, onlar da kitab oxumağa meyl göstərəcəklər”-deyə o qeyd etdi.

Yeni Yazarlar və Sənətçilər qurumunun rəhbəri, yazıçı-kultroloq Aydın Xan Əbilov  bizimlə söhbətində bildirdi ki, son dövrlər meydana çıxan yeni texnologiyalar müxtəlif sahələrlə bərabər mütailəyə, yazı mədəniyyətinə, virtual oxu mədəniyyətinə, eyni zamanda kitaba, mətnə də təsir edib. “Nə qədər acı səslənsə də, XXI əsr mətn, yazı əsri deyil, daha çox vizual, virtual, səsli mətnlərin, filmlərin, serialların, televiziya proqramlarının, internet proqramlarının və saytların əsridir. Ona görə də get-gedə kitab, çap nümunələri sıradan çıxır və çıxacaq da. İlkin araşdırmalara görə, biz gözləyirdik son 5 ildə elektronlaşma  o qədər güclü olacaq ki, kağız, mətn daşıyıcıları ümumiyyətlə sıradan çıxacaq. Burada söhbət onların janrından, mövzusundan deyil, formatdan gedir. Ona görə də, bir çox ölkələr paralel olaraq həm çapa, həm də elektron, onlayn kitablara üstünlük verir. Müxtəlif ölkələrdə kütləvi oxu, mütailə günləri keçirilir. Azərbaycanda da tez-tez oxu mədəniyyətinin yayılması, təbliği ilə bağlı mütailə günləri keçirilir. Azərbaycanda da kütləvi kitab oxuma kampaniyaları keçirilməsi ənənəsi var və hər il Heydər Əliyev Fondu mütaliə, oxu günləri keçirir. Bizim Yeni Yazarlar və Sənətçilər qurumu da bu istiqamətdə tədbirlər keçirir. Azərbaycan Yazıçılar Birliyi də tez-tez kitab oxuma ilə bağlı tədbirlər təşkil edir. Milli Kitabxanada da, müxtəlif ali məktəblərdə, o cümlədən də rayonlarda da kitab bayramlarının, sərgilərinin  təşkil edilməsinin şahidi oluruq. Ancaq əlbəttə, insanları məcbur edə bilmərik ki, çap kitabı oxusunlar. Bilirik ki, kağız kitabların da tirajı çox azdır və bu bütövlükdə Azərbaycan oxucusuna çatmır. 300-500 tirajla çap olunan kitabları hər kəs oxuya bilmir. Ona görə də, kitabın elektron variantda da oxunmasının tərəfdarıyıq”-deyə A.X.Əbilov qeyd etdi.

Onun fikrincə, əsas o deyil ki, gənc nəsil ya kağız kitabdan, ya da elektron kitabdan istifadə edir, əsas odur onların oxuya marağı artsın. Əsas hədəfimizin bilik qazanmaq, intellektual səviyyəmizi artırmaq üçün davamlı mütaliyə etmək olduğunu deyən A.X.Əbilovun bildirdiyinə görə, kitabı gənclərə sevdirmək üçün daha çox təbliğat aparmalıyıq. O inanır ki, tezliklə Azərbaycan insanının, gəncliyinin kitaba üz tutduğunun şahidi olacağıq. Ekspert onu da bildirdi ki, ölkəmizdə davamlı olaraq kitab bayramlarının keçirilməsinin, yazıçı və şairlərlə görüşlərin təşkil edilməsinin də gənclərin oxuya qayıdışına təkan verəcəyi sirr deyil.  

İradə SARIYEVA

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ