Cümə axşamı günü, 13 avqust 2026
     

Təbriz memarlığının incisi Göy Məscid molla şovinizminin hədəfində...

Image


“Güney Azərbaycanın tarixi irsi” rubrikasında Təbrizin memarlıq incilərindən və o sərvətimizin, abidələrimizin fars şovinstləri tərəfindən hansı vəziyyətə salındığından danışacağıq. Bu dəfə Təbrizin məşhur Göy Məscidindən söhbət açmaq istəyirik ki, o Göy Məscid Azərbaycan dövlətçilik tarixi ilə sıx bağlı olduğu üçün molla rejiminin hədəfinə tuş gəlib. Təbrizdə təkcə Göy Məscid deyil, digər abidərimiz də farsların qurbanı olub.

1925-ci ildə Qacarlar Türk Dövləti qəsb edildikdən sonra fars rejimi Azərbaycanın tarixi isrinə qarşı böyük soyqırım siyasəti həyata keçirməyə başlayıb, Cənubi Azərbaycandakı abidələrimizə qarşı soyqırım aparılmağa başlayıb. Bu mənfur siyasət mollaların dövründə də davam etdirilib, bu gün də davam edir.

Təbrizdə Azərbaycan memarlığının şah əsərlərindən biri fars şovinstlərinin pis vəziyyətə saldığı Göy Məsciddir. Təbriz şəhərindəki Göy Məscid Qaraqoyunlular dövlətinin yadigarıdır. Vaxtilə böyük və əzəmətli memarlıq kompleksi kimi tanınıb. Lakin feodal ara müharibələri zamanı dağıdılıb. Bu günə onun ancaq xarabalığı gəlib çatıb, molla rejimi isə bu məscidin yenidən bərpasına qətiyyən maraq göstərmir.  Mənbələr yazır ki, Qaraqoyunlular dövrünün yadigarı, vaxtilə böyük və əzəmətli memarlıq kompleksindən ibarət olan bu tikili hazırda xarabalıq şəklindədir. İnşası zamanı 52 metr uzunluğunda olmuş baş fasadın qarşısında geniş həyət vardı. Arkadalı hasara alınmış məscid həyətində hovuz olmuşdur. Mərkəzi günbəzli məscidin özünəməxsus planına, binalarına Azərbaycanın başqa dini binalarında rast gəlinmir. Məlumatlara görə, XV əsrdə Təbriz özünün memarlıq – planlaşdırma inkişafının əhəmiyyətli çağlarından birini keçirirdi. “Qaraqoyunlu və Ağqoyunlu hökmdarları – Cahanşah Həqiqi (1438–1467), Uzun Həsən (1453–1478) və Sultan Yaqub (1478–1490) bu zaman Azərbaycanın paytaxt şəhərində düşüncə genişliyi ilə seçilən şəhərsalma tədbirləri görürlər. Təbrizdə bir sıra iri memarlıq kompleksləri – Müzəffəriyyə, Qeysəriyyə, Nəsriyyə, Maqsudiyyə, Həşt Behişt saray kompleksi və Baqe Şemal və başqa Azərbaycan memarlığının maraqlı və dəyərli nümunələri olan memarlıq kompleksləri meydana gəlir.[6] Mərkəzi meydan – Sahibabad meydanı ətrafında inzibati, dini və ticarət binalarının gərgin tikintisi nəticəsində Təbrizin ümumi şəhər mərkəzi xeyli böyüyür və daha mütəşəkkil olur. Böyük Azərbaycan sərkərdəsi və dövlət xadimi, yüksək təhsilli hakim və incəsənət hamisi olan Cahanşah "Həqiqi" təxəllüsü ilə Azərbaycan türkcəsində şeirlər yazırdı. Cahanşahın tikdirdiyi çoxsaylı gözəl binalar sifarişçinin bədii fəallığını və incə zövqünü yaxşı əks etdirir. Bu abidələrin çoxunun adı türk alim–səyyahı Övliya Çələbinin (XVII əsr) kitabından bəllidir. O, Təbrizin ən yaxşı tikililərini sadalayaraq onlardan bir neçəsinin də adını çəkir – "Cahan şah imarəti", "Cahan şah hamamı", "Cahan şah karvansarası", "Cahan şah binası" – və qeyd edir ki, "Təbrizdə ən böyük mədrəsə Cahan şah mədrəsəsidir". Cahan şah dövrünün ən görkəmli abidəvi tikintisi 1467–ci ildə tamamlanmış Müzəffəriyyə memarlıq kompleksidir. Onun tərkibinə cümə məscidi, xanəgah, kitabxana, mədrəsə, türbə və digər tikililər daxil olmuşdur. Kompleksin qərb hissəsində isə Cahan şah hamamı yerləşmişdir. Bu nəhəng memarlıq kompleksindən dövrümüzə yalnız kompleksin baş tikilisi – memarlıq tarixinə Göy Məscid adı ilə daxil olmuş əzəmətli cümə məscidi qalmışdır.

XX əsrin əvvəllərində türk alimi C. Ə.Ərsevən qeyd edir ki, "Təbrizdə sünni məscidinin (Göy məscidin) planı Bursadakı Yaşıl camini (1413–1421) çox xatırladır". Bu fikri sonralar bir çox alimlər də bölüşmüşlər. Cəfər Qiyasi isə qeyd edir ki, "istənilən memarlıq əsərinin, xüsusilə Göy məscid kimi epoxal tikintinin müəyyən memarlıq–bədii məktəbə şamil edilməsi onun genetik köklərinin və memarlıq planlaşma xarakteristikasının aydınlaşdırılmasını tələb edir. Konkret halda ancaq Yaşıl cami və Göy məscidin planlaşma quruluşunun təkamülünü izləmək, onları tutuşdurmaq yolu ilə Yaxın Şərqin bu məşhur abidələrinin – iki türk memarlıq nümunəsinin paralelliyini və özümlüyünü dəqiqləşdirmək olar"deyə məqalələrdən birində qeyd edilir.

Məlumatlara görə, Göy məscid, yaxud "Cahan şah məscidi" tikildikdən az sonra Təbrizin ən bəlli memarlıq abidəsi olub, bu günəcən çoxlu memar, səyyah və alimlərin diqqətini özünə çəkir. Göy məscidin iki əsas hissədən ibarət olan planı ox simmetriyalıdır. Onun düzbucaqlı hissəsini mərkəzi kvadrat salon (16,5 x 16,5), ona üç tərəfdən birləşən qalereyalar və iki künc salonu əmələ gətirir. Planda kvadrat biçimli olan üçüncü salon – Göy salon cənub tərəfdən mərkəzi salona bitişir və məscidin planına bütövlükdə "T" şəkilli biçim verir. Məscid planının kompozisiya mərkəzində yerləşdirilmiş kvadrat salon (16 x 16) sferik formalı günbəzlə örtülü olmuşdur. Salon geniş eyvanlar vasitəsilə günbəzlərlə örtülü kvadrat otaqlarla əlaqələndirilmişdi. Nisbətən böyük olan iki künc otaqları baş fasadın yan tərəflərini bağlayaraq dar keçidlər vasitəsilə iki minarə ilə əlaqədar imiş. Mərkəzi salonun arxasında, baş kompozisiya oxu üzərində bir qədər kiçik (9 x 9 m) günbəzli salon yerləşmişdi. Divarında mehrab olan bu otaq ibadətgah, məbəd vəzifəsini görürmüş.

Konstruktiv dayanıqlılığı təmin etmək üçün, ayrıca olaraq böyük günbəzin (diametri 16,5) yıxıcı qüvvəsinin söndürülməsi üçün ibadət salonunun mərkəzi məkanı ilə yan qalereyaları arasında yoğun dayaqlar qoyulmuş və onların arasında dərin tağ açırımları yaradılmışdır. Onlardan fərqli olaraq cənub dayaqları arasındakı açırımlar dayazdr – bu hissədə dayaqların kəsimi kvadrata yaxındır. Bunun sayəsində ibadət salonuna giriş qarşısında dəhlizvari məkan yaranmasının qarşısı alınmışdır.

İbadət üçün nəzərdə tutulmuş ümumi sahəni xeyli genişləndirən şərq və qərb qalereyaları, həmçinin künc salonlarının bir hissəsi, qadınlar üçün nəzərdə tutulmuş və mərkəzi salondan xüsusi pərdələr və ağac şəbəkələrlə ayrılmışdır. Şimal qalereyası özümlü vestibül – bölüşdürücü olmuşdur. Orta əsr şərq memarlığında ikinci dərəcəli otaqların aydın ifadə olunmuş özək – kvadrat salon ətrafında yerləşdirilməsi Göy məsciddə özünün yetgin və çox orijinal həllini almışdır. Bir sıra müəlliflər Göy məscidin plan quruluşunun özümlüyünü ötəri qeyd etməyə, ayrı–ayrı alimlər isə onun analogiyasını səthi tutuşdurma yolu ilə tapmağa cəhd etsələr də, indiyəcən onun planının genezisi ilə heç kim məşğul olmamışdır.

Qeyd edək ki, Göy Məscidin memarlığı isə Əhməd Təbriziyə məxsusdur.

Molla rejiminin Təbrizin Göy məscidinə qarşı düşmən münasibəti bəllidir, çünki o məscid Azərbaycan memarlığına məxsusdur və Azərbaycan hökmdarı tərəfindən tikdirilib. Tehran rejimi çalışır ki, məscidin xarabalıqları da itib batsın və onun izi qalmasın.  Keçən il mətbuata verdiyi müsahibədə Güney Azərbaycan İstiqlal Partiyasının Böyük Britaniyadakı nümayəndəsi, Güney Azərbaycanlıların Böyük Britaniyadakı Koordinasiya Şurasının sədri Savaş Mərəndli  “amma bütün bunlara tezliklə son qoyulacaq. Necə ki, torpaqlarımızı işğaldan qurtarararq Ağdam Cümə məscidini bərpa etdik, eləcə də çox yaxında Təbrizin Göy məscidini də düşmənin əlindən qurtarıb bərpa edəcəyik. Bu düşmənlik eyni zamanda, tarixi Ərk qalasına qarşı da edilir” deyib.

Ekspertlər qeyd edirlər ki, təxminən 50 illik bir zaman kəsiyində Təbrizin bir çox abidələrinin dağıdıldığı, tarixi quruluşunun uçurulduğu, Göy Məscid, Ərk qalası, Həsən Padişah tarixi kompleksi (Sahib-ül Əmir), Tarixi Örtülü bazar və b. abidələrin çevrəsində UNESCO-nun qaydalarına zidd olaraq bir sıra tikinti işlərinin aparılması üzündən abidələrə ciddi ziyan vurulduğu barədə də məlumatlar vardır...

Vaxtilə Pəhləvilər, indi isə molla rejimi Göy Məscidi hədəfə alıb onun xarabalar içindən dirçəldilməsinə imkan vermir. Adını “islam təəssübkeşi” qoyan molla rejiminin erməni daşnaklarından heç bir fəqri yoxdur, hər ikisi türk düşmənidir, hər ikisi məscid qatilidir. Ermənilər Qarabağda, Qərbi Azərbaycanda Azərbaycan türklərinin tikdiyi məscidləri xaraba qoyub donuzxanaya çevirdiyi kimi, fars şovinstləri də bizim türk hökmdarlarının sifarişi ilə memarlarımızın ucaltdıqları məscidləri kor qoyurlar, abad edib ibadətə açmırlar. Əlbəttə, gün gələcək, Göy Məscidin xarabalıqları üstündən möhtəşəm bir məscid ucalacaq və yenidən öz tarixi şöhrətini, əhəmiyyətini bərpa edəcək...Əlbəttə, o gün çox yaxındadır...

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan və ABŞ prezidentləri arasında telefon danışığı olub

Təhsil Nazirliyini iki yeni münaqişə gözləyir...

Ermənistan “rus ayısının pəncəsində” - Avropanın gözü qarşısında “param-parça” edilir...

SON XƏBƏRLƏR

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

13.08.2026 / 21:10
Zəngəzur Elektrik Dəhlizi - Metsamor Atom stansiyası mütləq bağlanacaq...

13.08.2026 / 20:31
Tərtər sakini Kəlbəcərdə minaya düşdü...

13.08.2026 / 20:16
Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

13.08.2026 / 19:58
"PKK qanunu" Türkiyə siyasətini parçaladı - beynəlxalq reytinqçilər inamsız yanaşır...

13.08.2026 / 19:41
İrandan Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxs saxlandı

13.08.2026 / 19:25
İran generalı TRIPP layihəsi ilə bağlı Ermənistanı hədələdi - heç bir razılıq yoxdur...

13.08.2026 / 19:08
Naxçıvanın üzərindən Türkiyəyə və Avropaya elektrik ixrac olunacaq...

13.08.2026 / 18:49
Müharibə aparan ölkələrə "Avroviziya” qadağası - Təşkilatçılar qərar verdi...

13.08.2026 / 18:32
Rusiya Kennedinin qardaşı oğlu barədə qiyabi həbs qərarı çıxardı

13.08.2026 / 18:17
İran Fransanı “utancverici ikiüzlülükdə” ittiham etdi – buna son qoyun...

13.08.2026 / 18:05
Medvedev vətənpərvərlik hisslərini bölüşməyən rus gəncləri təhqir etdi - "axmaqlar"…

13.08.2026 / 17:48
Türkiyəda göyərtəsində 115 nəfərin olduğu gəmi yandı... - VİDEO

13.08.2026 / 17:43
Trampın "ən etibarlı köməkçisi” işdən ayrıldı

13.08.2026 / 17:25
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

13.08.2026 / 17:09
Ermənistan enerji təhlükəsizliyini Azərbaycana həvalə etməyə hazırdır

13.08.2026 / 16:56
TRIPP ətrafında yeni oyunlar başlanır, amma Azərbaycan israrlıdır...

13.08.2026 / 16:41
APA ilə Çinin CCTV+ Agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb

13.08.2026 / 16:30
Rusiya Azərbaycan üzərindən Ermənistana 20 vaqon buğda göndərdi... - YENİLƏNDİ

13.08.2026 / 16:17
“İran Azərbaycana qarşı qərəzli yanaşmadan imtina etsə, əməkdaşlıq üçün böyük imkanlar açılar”

13.08.2026 / 16:05
"Toxumçuluq haqqında" qanun təsdiqləndi

13.08.2026 / 16:00
Məşhur rejissorların teatr premyeraları və əfsanəvi tamaşaları Bakı Beynəlxalq İncəsənət Festivalında nümayiş olunacaq

13.08.2026 / 15:57
Səhiyyə Nazirliyi və TƏBİB "qarayara" xəstəliyi ilə bağlı birgə məlumat yayıb

13.08.2026 / 15:43
Naxçıvanı, Qarabağ və Zəngəzuru vahid konsepsiyada birləşdirən nələrdi?..

13.08.2026 / 15:30
İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

13.08.2026 / 15:25
ABŞ-dan Kubaya hərbi müdaxilə təhdidi - Bütün variantlar masadadır…

13.08.2026 / 15:05
Rusiya ilə Yaponiya arasında gərginlik… Putinin Kuril adalarına səfəri 80 illik böhranı yenidən alovlandırdı - səfir XİN-ə çağırıldı...

13.08.2026 / 14:50
Trampın mühafizəsi gücləndirildi – qolfu belə HHM sisteminin mühafizəsi altında oynayır...

13.08.2026 / 14:23
Paşinyan azərbaycanlı mütəxəssislərin Ermənistan səfər etdiyini açıqladı…

13.08.2026 / 13:41
Naxçıvanın dəmiryolları beynəlxalq konsorsiuma veriləcək - Tramp burada da aparıcı ola bilər...

13.08.2026 / 13:23
Rusiyada yanacaq böhranının yeni dalğası - benzin satışında növbələr yenidən başladı…

13.08.2026 / 13:21
Samuxda kütləvi zəhərlənmə - xəstəxanaya yerləşdirilənlərin sayı 10-a çatdı...

13.08.2026 / 13:02
Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi

13.08.2026 / 12:48
Ata valideynlik hüququndan könüllü imtina etdi - Ali Məhkəmədən SON QƏRAR...

13.08.2026 / 12:36
Prezident İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO

13.08.2026 / 12:24
Sədərəklilər TRİPP layihəsinin tezliklə icra olunacağına ümid edirlər

13.08.2026 / 12:10
Paşinyan Alen Simonyana yeni vəzifə verdi…

13.08.2026 / 11:52
Gürcüstan Azərbaycan və Türkiyə ilə əlaqələrini gücləndirmək istəyir

13.08.2026 / 11:34
Hörmüz boğazı sözdə Trampın, praktikada SEPAH-ın nəzarətindıdir... Müəmma

13.08.2026 / 10:19
Putin ilk dəfə Kuril adalarına səfər edib…

13.08.2026 / 10:08
Özgür Özəlin toxunulmazlığının götürülməsi prosesi başladı...

13.08.2026 / 10:05
İran ABŞ-ı təkzib etdi - Hörmüz şərtlərimiz qəbul edilənə qədər açılmayacaq…

13.08.2026 / 09:45
DYP piyadalara müraciət etdi...

13.08.2026 / 09:10
ABŞ Latın Amerikası müttəfiqlərini BCM-dən çıxmağa çağırdı

13.08.2026 / 07:27
ABŞ ordusu İraqdan çıxır…

13.08.2026 / 07:18
The Intercept və Mətbuat Azadlığı Fondu (FPF) Trampı məhkəməyə verdi - vəzifədən şəxsi mənfəəti üçün istifadə…

13.08.2026 / 07:05
ABŞ vətəndaşlığı üçün “doğum turizmi” çiçəklənir? - Dövlət Departamenti hərəkətə keçdi

12.08.2026 / 23:34
"Raket və dronlarımızın 75%-dən çoxunu istifadə etməmişik" - İranlı general ABŞ-a meydan oxudu...

12.08.2026 / 22:19
İran Məkkə sazişınə qoşula biıər?

12.08.2026 / 22:09
Zaxarova Zelenskinin İrəvandakı bəyanatından hələ də qıcıqlanır

12.08.2026 / 21:53
Fransa müstəmləkələri ilə bağlı Bakıdan önəmli təşəbbüs - BMT yenidən müdaxilə etməlidir...

12.08.2026 / 21:35
Rusiya ilə Britaniya arasında birbaşa toqquşma risqi - Gerasimov ingilis həmkarının zənglərinə cavab vermir...

12.08.2026 / 21:12
Naxçıvan möcüzəsi - blokadadan regional nəqliyyat-tranzit mərkəzinə qədər...

12.08.2026 / 20:34
Tramp bütün dünyaya elan etdi - ABŞ ordusu Hörmüz boğazında nəzarəti tam ələ keçirdi...

12.08.2026 / 20:20
Bugünkü Günəş tutulmasının hesablaması dəccalizmin tezliklə bitəcəyini xəbər verir

12.08.2026 / 19:25
Xaçmazda divarlara narkotik vasitələri təbliğ edən yazılar yazan üç nəfər yaxalandı

12.08.2026 / 19:12
Xocavənddə buldozer minaya düşüb, 2 nəfər yaralandı...

12.08.2026 / 18:58
Putin orduya Qərb ölkələrinə cavab vermək əmri verdi - gəmiləri ələ keçirin!...

12.08.2026 / 18:44
Türkiyə parlamentinin "PKK qanunu" kağız üzərində qala bilər...

12.08.2026 / 18:24
Ukraynanın dron hücumundan sonra Novorossiyskdəki taxıl terminalı fəaliyyətini dayandırdı

12.08.2026 / 18:15
XIX əsr Qarabağ memarlığının nadir nümunələri - Ağdamın Abdal-Gülablı kəndində Kərbəlayi Səfixan Qarabağinin məscid və hamam kompleksi...

12.08.2026 / 17:58
Ukrayna Rusiyanın Novorossiyskdəki hərbi dəniz bazasını da vurdu...

12.08.2026 / 17:46
Türkiyədə F-16 qırıcısı qəzaya uğradı...

12.08.2026 / 17:35
İran Hörmüzün açılmasına görə ABŞ-a yeni tələblər qoydu...

12.08.2026 / 17:04
Süriyadakı rus bazaları barədə razılaşma ilə eyni vaxtda Əsədə ölüm hökmü çıxarıldı...

12.08.2026 / 16:53
Tramp NATO Zirvəsindən "İranı vurun" əmrini bu səbəbdən verdi - qurulmuş plan...

12.08.2026 / 16:46
Naxçıvan Zəngəzur dəhlizinin açılmasında ən vacib rollardan birini oynayır - Yunus Oğuz

12.08.2026 / 16:41
Ermənistan və İran arasında müəmmalı "TRIPP anlaşması"...

12.08.2026 / 16:25
Naxçıvanda ictimai nəqliyyat yeniləndi - 72 elektrikli avtobus...

12.08.2026 / 16:17
Prezident bölgənin gələcək siyasi-iqtisadi xəritəsini elan etdi!

12.08.2026 / 16:11
Ermənistanda yeni konstitusiya ilə bağlı məsələ hərəkətə gəldi...

12.08.2026 / 15:42
Vergi hüquqpozmalarının sayı sürətlə artır...

12.08.2026 / 15:26
Naxçıvanın imkanları TRIPP marşrutunu bütövləşdirir...

12.08.2026 / 15:09
Ukrayna Qara dənizdə qazax nefti daşıyan tankerlərə hücumları dayandırdı - neft nəhəngindən Trampa zəng...

12.08.2026 / 14:54
Qars-İqdır-Naxçıvan dəmiryolu “dəhlizlər diplomatiyasında” önəmli yer tutur...

12.08.2026 / 14:40
TRIPP-ə qarşı sürətlənən Araz dəhlizi

12.08.2026 / 14:27
Azərbaycanda buğda istehsalı hələ də problem içində qalıb...

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ