Bazar günü günü, 22 noyabr 2026
     

Kinomuzun ən təbii, ya ən əxlaqsız öpüş səhnəsi? - Bu da İTV-nin yaradıcılığı...

Image


Kino həyatın bir parçası hesab edilsə də, qətiyyən  həyatı olduğu kimi ifadə edə bilməz, bayağılıq isə kinoya heç yaraşan deyil. Çox təəssüf ki, son dövrlər çəkilən kinolarda, seriallarda bayağılıq, çiylik, qondarma səhnələr kifayət qədərdir.

Elə götürək, sosial şəbəkələrdə, sosial mediada günlərdir tənqid edilən “Əqrəb mövsümü” serialını. İctimai Televiziyanın bu serialındakı  bir bayağılıq neçə gündür ki, müzakirə edilir, tənqidlərə məruz qalan serialda yer alan öpüşmə səhnəsi kəskin olaraq qınanılır. Məlumdur ki, aktyor Əli Əlizadənin həmkarı Şəhanə Rzayeva ilə öpüşmə səhnəsi İctimai Televiziyada ərsəyə gələn teleserialın son bölümündə yayımlanıb.

Bir məqamı da qeyd edək ki, izləyicilər arasında həmin kadrları sosial şəbəkədə qınayan və tənqid edənlər də, hətta bu səhnənin təbiiliyini önə çəkib onu bəyənənlər də olub. Bəziləri iddia edib ki, kadrlarda əks olunan öpüşmə səhnəsi çox təbii (?) alınıb. Deməzdik. Bu kadrın seriala salınması hansı məqsədə xidmət edir, bunu deyə bilmərik, onu deyə bilərik ki, bu öpüşmə səhnəsi çox bayağı alınıb. Bunu iyrənc bir səhnə kimi də qeyd etmək olar. O öpüşdə təbiilik yox, sünilik var, bayağılıq var. Əlbəttə, Azərbaycanda belə səhəninin serialda, kinoda göstərilməsi biabırçılıqdır, onun göstərilməsi yaxşı hal deyil. Yeri gəlmişkən, obrazına görə öpüşən aktrisa Şəhanə Rzayeva bəyan edib ki, bu öpüşmə səhnəsi lazım idi və çox təbii alınıb, o öz hədəfinə çatıb, hətta başqa filmlərdə də belə rollar oynamağa hazır olduğunu deyib. Bir sözlə, aktrisa öpüşmədən böyük “ləzzət” alıb. Bunu özü etiraf edib.

  • “...Qırmızı xətt gözlənilməlidir”

Keçək ekspert fikrinə. Sənətşünas Xəyalə Rais hesab edir ki, tamaşaçılar Azərbaycan film və seriallarında belə səhnələri görməyə alışmayıb, bu səbəbdən də belə halları qəbul etmir. O qeyd etdi ki, xarici filmlərdə öpüşmə səhnələrinə baxan və buna görə heç bir irad irəli sürməyən Azərbaycan tamaşaçısı özümüzdə bunu qəbul etmir. Bunun təbii olduğunu deyən X.Raisin sözlərinə görə, hələ Azərbaycan kinosu bu kimi səhnələrə hazır deyil, heç tamaşaçılar da bunu qəbul edəcək düşüncədə deyil. Bizim kifayət qədər milli düşüncəyə, milli gələnəklərə, ailə dəyərlərinə bağlı olduğumuzu deyən ekspert bildirir ki, bu cür açıq səhnələri bu üzdən qəbul edə bilmirik. “Bu serialda yer alan öpüşmə səhnəsi neçə gündür sosial şəbəkələrdə müzakirə edilir, bunu ciddi şəkildə qınayanlar çoxdur. Əlbəttə, Azərbaycan tamaşaçısının bu səhnəni bu şəkildə tənqidlə qəbul etməsi təbiidir, bu mental dəyərlərimizə zidd sayılır. Tənqidlərə kifayət qədər əsaslar var. Biz müasirlik adı altında bu kimi səhnələri filmlərə salmalı deyilik, çünki bu ilk növbədə Azərbaycan tamaşaçısının qəbul etmədiyi bir məqamdır. O səhnədə hanısa təbiilik yoxdur, əksinə bayağılıq var. Tamaşaçı da bunu qəbul etmir. 

Bəziləri deyir ki, XXI əsrdə yaşayırıq, amma hələ də Azərbaycan kinosunun müzakirə mövzusu dəyişməyib, dəyişməlidir, hansısa kiçik intimə meylli səhnə normal qarşılanmalıdır. Hər kəsin öz yanaşması var. Bizdə hansı rejissor, aktyor bu səhnəyə can atırsa da cəmiyyət onu elə içindəcə boğur. “Xarici filmlərdə öpüşmə səhnələrini sevərək izləyən Azərbaycan tamaşaçısı bu kadrları niyə öz filmlərimizdə bəyənmirlər, müzakirə mövzusuna çevirirlər?” sualı çox verilir.  “Mentalitet, dəyərlər məgər öz fimlərimizə baxandamı yadlarına düşür?” kimi fikirlər də var.  

Təbii olaraq tarixin istənilən dönəmində Azərbaycan filmlərində yer verilən erotik səhnələr həmişə ciddi müzakirələrə səbəb olub, bu gün də müzakirə mövzusudur. Bir neçə il öncə “Ilahi məxluq” filmində bu mövzunu dəfələrlə müzakirə etdik. Yaşı 50-ni ötən sənətkarlar deyir ki, indiki gənclər filmdə öpüşməyə meyllidir. “İlahi məxluq” filmində də bu səhnədə xalq artistləri çəkilib.

Bu filmdəki erotik bir səhnə - çoban atanın rəssam qızı zorlaması səhnəsi əməlli-başlı səs-küy doğurmuş, geniş müzakirələrə səbəb olmuşdu. Belə müzakirələrə qoşulanların çoxu həmin səhnəni oynamış aktyor (Nurəddin Mehdixanlı) və aktrisanı (Vəfa Rzayeva) qınayır, tənqid edir və o kadrların milli mentalitetimizə uyğun olmadığını deyirdilər.

“Təhminə və Zaur” filmi də onun kimi zamanında çox qınandı, ancaq bu gün ən çox sevilən, baxılan filmlərimizdəndir. Bu müzakirələr xeyli getdi.

İTV-nin çəkdiyi “Əqrəb mövsümü”ndəki öpüşmə səhnəsinin tənqid edilməsi, normal qarşılanmaması təbiidir.  Çünki cəmiyyətimiz nə qədər müasirləşsə də, postmodernist dəyərlərə sarılsa da, sonda yenə də əxlaq məsələsində qırmızı xətt gözlənilməlidir...

Hesab edirəm ki, tamaşaçıların fikirlərinə dəyər verilməlidir”-deyə X.Rais qeyd etdi.

Leyla QARAXANLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ