çərşənbə günü, 07 oktyabr 2026
     

Azərbaycanın milli adət-ənənələr sistemindən daha bir element YUNESKO müstəvisində...

Image


Azərbaycanın ərazisində çox qədim dövlətlər olub və dövlətlərin də hər biri tarixdə iz qoyub. Beləliklə, dövlətçiliyimizin tarixi daha dərin köklərə malikdir. Kökləri dərinliklərə, şanlı keçmişə bağlı olan Azərbaycan çox qədim tarixi-mədəni irsə, dəyərlərə malikdir ki, burada həm şifahi ədəbiyyatdan, həm özündə qəhrəmanlığı, hünəri əks etdirən əski idman oyunlarından, daha çeşidli dəyərlərdən danışa bilərik.

Bunlar hamısı isə xalqımızın adət-ənənələrinin, mədəniiyyətinin bir parçasıdır, tarixi irsidir. Əlbəttə, zaman-zaman maddi və qeyri-maddi irsimizin dünyada təbliği, tanıdılması istiqamətində böyük işlər görülüb və irs nümunələrimiz müxtəlif nominasiyalar üzrə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Təbii ki, bu amillər də mədəniyyətimizin beynəlxalq aləmdə tanıdılmasında, təbliğində mühüm rol oynayıb. Azərbaycan və UNESCO arasında uzun illik əməkdaşlığın nəticəsi olaraq Azərbaycan irsinin nümunələri bu təsisata daxil edilib. Qeyd edilir ki, tarixdə ilk dəfə 4 nominasiyamız eyni ildə UNESCO siyahısına daxil edilib.

Məlumat üçün bildirək ki, Mərakeşin paytaxtı Rabbatda keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Komitəsinin 17-ci sessiyasında  "Pəhləvanlıq mədəniyyəti: ənənəvi zorxana oyunları, idman növləri və güləş" milli faylımızın Reprezentativ Siyahıya daxil olub. Həmin gün eyni zamanda, çoxmillətli 3 nominasiyamız - Türkiyə ilə birgə Çay mədəniyyətimiz, 7 ölkə olaraq təqdim etdiyimiz İpəkçilik və Baramaçılıq və Molla Nəsirəddin lətifələri şifahi ənənəsi də UNESCO Siyahısına daxil oldu. Rəsmi məlumata görə, bununla Azərbaycan 2003-cü il Konvensiyası üzrə Reprezentativ Siyahıda 19  elementi ilə  lider ölkələr arasındadır.

  • Pəhləvanlıq mədəniyyəti Azərbaycanın tarixi irsidir...

Azərbaycanda pəhləvanlıq mədəniyyətinin tarixi çox qədimdir. Bu bizim adət-ənənələrimizlə sıx bağlıdır. Bəlkə də çoxlarınız toylarda, el şənliklərində güləş tutan pəhləvanları, zorxana qəhrəmanlarının oyunlarını görmüsünüz. Bu bir tarixi irsdir ki, bunun yaşadılması vacibdir.

Xalqımızın tarixində, idman həyatında mühüm rol oynayan pəhlivanlarımız bütün dünyada adla tanınıblar. Bir sıra tədqiqatçılara görə, pəhlivanlıq dünyaya Azərbaycan coğrafiyasından yayılıb, Azərbaycanın cənubundan və şimalından olan pəhlivanlar bu gün də xatırlanırlar. Pəhlivanlıq mədəniyyəti Azərbaycanın tarixi irsidir.  

Tarixə nəzər salanda mənbələrdən öyrənirik ki, Azərbaycanın çox görkəmli oğulları bu sahədə tarix yaradıblar. Bu baxımdan, XVIII əsrin sonlarında Çin, Hindistan, İran və Misirdə şöhrət tapmış maştağalı Hüseynqulu Hacı Mürsəloğlu, onun yetirməsi, vaxtilə "altıaylıq pəhləvan" adı ilə məşhur olan Əbdüləli Axundov, yenilməz meydan pəhləvanı abşeronlu Hüseynqulu Mirzə Haşım oğlu, göyçaylı Çingiz pəhləvan, balaxanılı Sap Pənci, bakılı Şobı oğlu Abdulla, Əhmədli Məmməd, Atababa bu dövrdə zorxana üzrə xüsusi hörmət qazanmış pəhləvanlar olublar.

O da qeyd edilir ki, Qarabağda, Şuşada pəhlivanlıq məktəbi vardı. Məktəbin xərcini Cəfərqulu xan Nəva çəkirdi. Pəhləvan Nabat, Pəhlivan Seyid Həsən çox məşhur idi.

Qeyd edilir ki, XIX əsrin sonları, XX əsrdə Azərbaycanda Sali Süleyman və Rəşid Yusifov kimi məşhur pəhləvanlar el hörməti qazanıblar. Muxtar Dadaşov və Salar Aslanovun "Azərbaycan pəhləvanları" kitabında Sali Süleymanın pəhləvanlığı haqqında bunları oxuyuruq: "Məşhur pəhləvan İvan Poddubnının rəhbərliyi ilə beynəlxaq yarışlara hazırlaşan Sali Süleyman tezliklə misilsiz atletik bədən quruluşu, fenomenal gücü və güləş texnikası ilə idman həvəskarlarını valeh etmişdi. Avropanın sirk meydanlarında-London, Paris, Praqa, Roma və başqalarında dünyanın bir çox tanınmış güləşçilərini məğlub edən Sali Süleyman "çempionların qənimi" kimi şöhrət tapmışdı. O, öz məşqçisi İvan Poddubnı ilə birlikdə Vaşinqtonda və Çikaqoda keçirilmiş beynəlxalq turnirlərdə də müvəffəqiyyətlə çıxış etmişdi". Sali Süleyman həmçinin Bakıda, Tiflisdə, İrəvanda, Gəncədə, Dərbənddə, Qroznıda, Mahaçqalada, Moskvada və başqa şəhərlərdə özünəməxsus çıxışları ilə tamaşaçıları heyran qoymuşdu. Dünyada məşhur olan Rəşid Yusifov yenilməz pəhləvanlar Eldar Göyçaylının, Məmməd Hüseynovun, Əşrəf Sultanovun, Sabir Məmmədovun, İsgəndər Hacıyevin, Qiyas Nuriyevin, Məmməd Abdullayevin ustadı olub.

Professor Mürsəl Həkimov bənzərsiz bahadırların hünər yolunu davam etdirən yeni pəhləvanlar nəsli barədə də danışırdı: "Qazax bölgələrindən Sabir Qazaxlı, Laylabaşoğlu, Qənbər Salahlı, Tovuzlu Məmməd Muradov, Qəbələli Əbdürrəhman Atakişiyev, Köçəri Beyləqanlı, Göyçaylı Rasim Məmmədnəbi, Qaçay Hüseynov və oğulları Təvəkkül, Allahverdi, Şəkili Gəray Löymanov, Famil Löymanov və başqalarının adı həmişə el arasında məşhur olub." Mürsəl Həkimov "Həkimlilər" soyundan olan pəhləvan Müsəllim Həkimlinin igidliyindən, soyunun pəhləvanlığından da danışırdı: "Müsəllimin əsil-nəcabətində babalarından Rüstəm Zal, Mehdi Bayramoğlu, Şaqqulu oğlu Məmməd kimi el pəhləvanları Qazax, Borçalı bölgələrində məşhur olmuşlar.

XIX əsrdə yaşamış Rüstəm Zal Zaqatalaya səfər edərkən yolda qəfildən pələnglə rastlaşıb, onu cəhəngini ayıraraq öldürüb. O, həmişə el toylarında sərrast gülləsinə görə nəmər alıb. Mehdi Bayramoğlu isə Gəncəbasarda ən sərrast güləşən el pəhləvanı olub. Mehdi pəhləvan ölənədək meydanda məğlubiyyət nə olduğunu bilməyib". Azərbaycan ruhu yenilməzdir, məğlubedilməzdir. Çox zaman fitrətimizin dərinliklərə çəkilməsinə göz yumur, imkanlarımızı səfərbər etməyə girişmirik. Unuduruq ki, olanları nəinki qorumaq, hətta artırmaq hava-su qədər gərəklidir. Əks təqdirdə milli müəyyənliyimizdən, xəlqi keyfiyyətlərimizdən uzaq düşürük. Təkcə "Dədə Qorqud dastanları"nda pəhləvanlığın kifayət qədər daşıyıcılarına rast gəlmək mümkündür.

Bütün bunlar yazılı materiallardan əldə etdiyimiz məlumatlardır və hesab edirik ki, pəhlivanlıq tariximizi öyrənmək istəyən hər bir şəxs üçün maraqlıdır.

  • "Molla Nəsrəddin" lətifələrinin şifahi ənənəsi UNESCO-nun Qeyri-maddi mədəni irsinin reprezentativ siyahısında...

Müdriklər müdriki Molla Nəsrəddin irsi isə az qala bütün Şərqin, türk dünyasının ayrılmaz parçasıdır. Çox geniş bir coğrafiyada, o cümlədən Azərbaycanda, Çində, Özbəkistanda, Qazaxıstanda, Qırğızıstanda, Türkmənistanda, Hindistanda, həmçinin Anadoluda, Balkan yarımadasında, Yaxın Şərqdə, Şimali Afrikada söylənilən, nəsildən nəslə, atadan nəvəyə miras olaraq ötürülən Molla Nəsrəddin lətifələrini bütün dünya sevir.  "Molla Nəsrəddin" lətifələrinin şifahi ənənəsi UNESCO-nun Qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilməsi də ağız ədəbiyyatımızda önəmli yeri olan “Molla Nəsrəddin” lətifələrinin mədəni isrsimizin bir örnəyi kimi təbliğatında mühüm rol oynayacaq. Bilirik ki, Molla Nəsrəddin müxtəlıf türk ellərində fərqli adlarla məşhurdur. Türkiyədə hələ qədim dövrlərdən başlayaraq elm və maarif adamına hörmət əlaməti olaraq ona "Xoca" deyərək müraciət etdirdilər. Bu ənənə indi də qalmaqdadır. 1935-ci ildən bütün titul və dərəcələr - bəy, əfəndi, paşa, xoca, ağa və s. ləğv edildi...

Molla Nəsrəddin Azərbaycanda  "molla" ləqəbi ilə məşhurdur.

Məlumatlara görə, Molla Nəsrəddin  və ya Xoca Nəsrəddin Rum sultanlığı dövründə Xorto və Ağşəhər yaxınlıqlarında yaşamış əfsanəvi şəxsdir.

Əsasən hazırcavablıq və yumor anlayışlarının ağıllı bir şəxs olaraq əks etdirildiyi hekayələrlə tanınan Xoca Nəsrəddinin həqiqətən yaşayıb-yaşamadığına, yaşasa da həqiqi şəxsiyyətinin kim olduğuna dair müzakirələrin olması ilə yanaşı həqiqi bir tarixi şəxsiyyət olduğuna dair bəzi mənbələr mövcuddur. Bu mənbələrdən əldə edilən məlumatlara əsasən 1208-ci ildə Xorto kəndində anadan olmuş Xoca Nəsrəddin burada əsas təhsilini aldıqdan sonra Sivrihisar mədrəsəsində biliklər mənimsəmiş, atasının ölümündən sonra öz kəndinə geri dönərək, burada kənd şeyxülislamı vəzifəsinə təyin olunmuşdur. Bir müddət sonra Xoca Nəsrəddin dövrün sufist düşüncə mərkəzlərindən olan Ağşəhərə gəlmiş, Mahmud-i Heyraninin dərvişi olaraq Mövləvilik, Yəsəvilik və ya Rifailik təriqətlərinə mənsub olmuşdur. Ağşəhərdə mülki vəzifələri üzərinə götürən və eyni zamanda Ağşəhər yaxınlıqlarındakı ərazilərdə də qısa müddətli yaşadığı düşünülən Xoca Nəsrəddinin 1284-cü ildə Ağşəhərdə vəfat etmiş, hazırkı Nəsrəddin Xoca türbəsində dəfn edilmişdir. Deyilənlər, hekayələr ətrafında inkişaf edən əfsanəvi şəxsiyyət Xoca Nəsrəddinin ölümü ilə eyni əsr ərzində ortaya çıxmış Nəsrəddin Xoca adının həsr edildiyi abidələr əsrlərlə onlarla ifadə edilən rəqəmlərdən minlərə qədər yüksəlmişdir. Əsasən hazırcavab bir şəxs olaraq əks etdirildiyi hekayələrlə yanaşı eləcə də Nəsrəddin Xocanının mənasız sözlər söyləyən ağıldan kəm biri olaraq təqdim edildiyi özündə fərqli şəxsiyyət xüsusiyyətlərini saxlayan hekayələrdə mövcuddur. Bu gün Azərbaycan, Tacikistan, Türkiyə, Türkmənistan, Özbəkistan və Qazaxıstan tərəfindən UNESCO-ya rəqim edilən və qəbul olunan bu irsə bütün Şərq və türk dünyası qayğı göstərir. 

Azərbaycanın təşəbbüsü ilə irəli sürülən və UNESCO-nun Qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilən pəhləvanlıq, ənənəvi zorxana oyunları və idman növləri, yəni bu mədəni irs idmançılar tərəfindən nəsildən-nəslə ötürülən ənənəvi fiziki məşqlərin müxtəlifliyinə aiddir. Eyni zamanda da UNESCO-nun Qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilən

"Molla Nəsrəddin" lətifələrinin şifahi ənənəsi xalqımızın mədəniyyətinin bir parçasıdır. Bu gün beynəlxalq aləmdə Azərbaycan mədəniyyətinin, tarixinin təbliği üçün bu böyük əhəmiyyət daşıyır.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 17:48
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Nacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ