Bazar günü günü, 22 noyabr 2026
     

Ermənistanın və İranın cinayətkar işbirliyini ifşa edən sənədli film yayıldı

Image


Yasamal rayon Heydər Əliyev Mərkəzində “Yuxarı Gövhərağa Məscidi” sənədli filminin təqdimatı keçirildi. Film Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli” çərçivəsində élan etdiyi xüsusi qrant müsabiqəsinin “İşğal dövründə Şuşanın mədəni irsinə vurulan zərərin araşdırılması” layihəsi əsasında hazırlanıb.

Filmin ssenari müəllifi AMEA-nın A.Bakıxanova adına Tarix İnstitutunun əməkdaşı, Azərbaycanın İşğal olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctmai Birliyinin sədri Faiq İsmayılovdur.
Qeyd edildi ki, Şuşa şəhərindəki Yuxarı Gövhərağa Məscidi  erməni işğalı altında qalan digər məscidlərdən fərqli bir tale yaşayıb. Bu fərqlilik ona bütün zorakılıqlara müqavimət göstərərək yenidən həyata qayıtmasına səbəb oldu. Filmdə erməni vandalizminin törədildiyi anların görüntüləri nümayiş etdirilərək, məscidin həyatında baş verən vandallıqlar tamaşaçıya əyani olaraq çatdırılır.

Məscid 1992-ci ilin may ayının 8-dən 2020-ci ilin noyabr ayının 10-na qədər Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olubr. Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən, 1992-1994-cü illərdə tək şuşalıların deyil, bütün azərbaycanlıların inanc və etiqad yerinə çevrilən Yuxarı Gövhərağa məscidi məqsədli şəkildə dağıdılaraq yararsız hala salındı. Ermənistan Silahlı Qüvvələri tərəfindən Məscidin əsas binası və minarələri zirehli texnikaların atəşlərinə məruz qalaraq abidəyə ciddi ziyan dəymiş, Məscidin minarələri və pilləkənləri uçurdularaq yararsız hala salınmış, abidənin tavanı və daxili ətraf divarları üzərindən divar rəsmləri və divar yazıları silinmiş, binanın bütün daxili interyerinin ornamental bəzəkləri silinərək məhv edilmişdir.  

Məscidin ətraf landşaftı daxili və xarici interyerindəki bəzəklər, məscid ətrafındakı qəbirlər və qəbir daşları məqsədli şəkildə erməni uşaqlarının əyləncə yerinə çevrilmişdi.  Ermənistan Respublikasının müvafiq dövlət qurumları tərəfindən, azərbaycanlıların ibadət yeri olan Yuxarı Gövhərağa məscidinin rəsmi şəkildə təhqir olunmasına və tədricən dağıdılıb yox edilməsinə qərar verilmişdi.      

Yuxarı Gövhərağa məscidi Ermənistan Respublikasının Silahlı qüvvələri tərəfindən  işğal altında saxlandığı dövr ərzində ciddi dəyişikliklərə və təhqirlərə məruz qalmışdır. Məscidin bəzək əşyaları, texniki avadanlıqları, qurğuları, bərk və yumşaq inventarları qarət edilərək Ermənistan Respublikasına daşınmışdı.

Məscidin minarələri daxildən tamamilə sökülmüş, xaricdən atəşə tutulmuş, tavanı bir neçə yerdən uçurdulmuş, daxili tərtibatı, dizayn və divar yazıları pozulmuş, hücrələri və yardımçı otaqları uçurdulmuş, kommunal və kommunikasiya xətləri dağıdılaraq tamamilə yararsız hala salınmışdır. Məscidin daxili və xarici divarları üzərində erməni və rus dillərində Azərbaycan xalqına və millətinə qarşı alçaldıcı və təhqir edici ifadələr və sözlər yazılmışdı. Məscidin sağ və sol divarları ətrafındakı qəbirlər qazılmış, iki baş daşı sındırılmış, daşlar üzərində yazılan ayinlər sındırılaraq yox edilmişdi.  

2018-ci ildə Ermənistan Hökuməti məsciddən öz siyasi məqsədləri üçün istifadə etməyə qərar verdi. Bundan az sonra Yuxarı Gövhər-ağa məscidindninin bərpa məsələsi ilə gündəmi zəbt etdi. Daim Azərbaycanın milli-mədəni dəyərlərini, geyimlərini, memarlıq sənətinin nümunələrini, inanc yerlərini, ibadət yerlərini, musiqi əsərlərini, musiqi alətlərini və digər sənət əsərlərini və tətbiqi sənət numunələrini, o, cümlədən folkloru, toponimləri, eləcədə tarixi əsərləri, yazılı nümunələrini birdəfəlik və ya tədricən yox edilməsini və ya mənimsənilməsini hədəf goturərən Ermənistan, işğal altında saxladığı Azərbaycanın bütün milli mədəni dəyərləri planlı və sistemli bir şəkildə məhv edilməsini və ya mənimsənilməsini həyata keçirən Ermənistanın bu əməli də vandallığın yeni bir nümunəsi idi.

Ermənilərin təmir məsələsini gündəmə gətirmələri Azərbaycan cəmiyyətində sual yaradırdı. Şuşa şəhərini etnik təmizləməyə məruz qoyan ermənilər, məscidi kimin üçün bərpa edirdilər? Orada kimlər ibadət edəcəkdi? Əslində Beynəlxalq hüquqa görə Konvensiyalara görə Yuxarı Gövhər-ağa məscidində aparılan təmir işləri növbəti vandal hadisədir. Ermənistanı bu addımı atmağa vadar edən səbəb olduqca sadə idi:

1.Ermənistan Hökuməti öz işğalçılıq siyasətinə haqq qazandırmaq;

2.Bu cür “humanist” fəaliyyətə görə müsəlman ölkələri xüsusi ilə qonşu İran Dövləti ilə əlaqələri daha da genişləndirmək, bunun da sayəsində İrandan daha çox yardımlar və ianələr qoparmaq.

Ermənilər heç vaxt İslam dini abidələrinə hörmətlə yanaşmayıblar. Onlar bu gün haqqında danışdıqları Yuxarı Gövhər-ağa məscidinin içərisini ayaqyoluna, ətrafını isə uşaqların əyləncə yerinə çevirmişdilər. Bəzi qəbir daşlarını sındırmış, qəbirlər ətrafında qazıntılar aparmışdılar. Bütün bu deyilənləri sübut edən dəlill və sübutlar filmdə kifayət qədər çoxluq təşkil edir.  

Beynəlxalq hüquqa görə, işğal altında saxlanan ərazilərdəki tarix və mədəniyyət abidələrinin dağıdılması, bir yerdən başqa yerə daşıdılması, formasının dəyişdirilməsi və hətta icazəsiz bərpa və təmir işlərinin aparılması yolverilməzdir. Bu baxımdan  Yuxarı Gövhərağa Məscidində aparılan təmir-tikinti və abadlıq işləri Beynəlxalq Hüquqla uzlaşmır, qeyri-qanuni fəaliyyət hesab edilir.

Beynəlxalq Hüququ və müvafiq Konvensiyaları ayaqları altına alan Ermənistan Şuşa şəhərindəki Yuxarı Gövhər-ağa məscidində təmir işləri aparmaq üçün İran və Qazaxstan Dövlətlərinin maliyyə dəstəyini qazanmağa nail oldu. Beləki Ermənistanın “Şərqin tarixi irsinin dirçəldilməsi” («Vozrojdenie vostoçnoqo istoriçeskoqo naslediə») fondunun təşkilatçılığı ilə Yuxarı Gövhər-ağa məscidində təmir işlərinə başladı.

Məsciddə təmir işlərinə 2017-ci ildə başlansada 2018-ci ilin yanvarında elan edildi. Təmir işlərinə İKOMOS – Ermənistan (İKOMOS-Armeniə) və İKOMOS – İran (İKOMOS-İran) təşkilatları arasında aparılan sövdələşməyə görə İrandan mütəxəsislər cəlb edildilər. Məscidin bərpa işlərinin maliyyəsini Qazaxstanın Forbes Kazakhistan (Forbes Kazakhstan)  təşkilatı qarşıladı. Təşkilatın rəhbəri Kayrat Boranbaev Qazaxstanın çox nüfuzlu iş adamlarından sayılır. Onun rəhbərlik etdiyi təşkilatın Qazaxstanda, Belarusiyada və Rusiyada geniş şəbəkəsi mövcuddur.

Maraqlıdır ki, rus - erməni-fars mətbuatı o dövrdə Yuxarı Gövhərağa məscidini fars məscidi kimi təqdim edirdilər.  Bu əslində bu dövlətlərin Azərbaycanın ərazi bütövlüyünə, Azərbaycanı dövlətçiliyinə hörmətsizlikdən başqa bir şey deyildi.    

1954-cü ildə Haaqada qəbul edilmiş  "Silahlı münaqişələr zamanı mədəni abidələrin qorunmasına dair Konvensiya"  müharibə dövründə mədəni mülkiyyətə qarşı yönəlmiş vandalizm aktlarını qadağan etmək,  mədəni mülkiyyətə qarşı yönəlmiş oğurluq, qarət və qanunsuz mənimsənilmənin istənilən formasını qadağan edir.  

Filmə ilkin baxış zamanı Azərbaycanın məhşur simalarının münasibətləri olduqca maraqlı idi:

Azərbaycan Memarlar İttifaqının sədri. Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü və vitse-prezidenti, Beynəlxalq Memarlıq Akademiyasının (UNESKO) və Beynəlxalq Memarlar İttifaqının (UİA) professoru Elbay Qasımzadə: “...diqqətlə baxdım erməni cinayətlərinin sübutları burada yer alması diqqətəlayiqdir. Filmdə İranın yer almasıda diqqətəlayiqdir. Mən bu filmi müvafiq komisiyalara göndərəcəm Ermənistana qarşı Məhkəmə iddiası işlərinin hazırlanmasında istifadə etsinlər”.

"İRŞAD" İslam Araşdırmaları Mərkəzinin direktoru, Dini İşlər üzrə Dövlət Komitəsinin keçmiş sədri, fəlsəfə elməri doktoru, professor Rafiq Əliyevin Yuxarı Gövhərağa Məscidi filmi ilə bağlı dedikləri: “...nümayiş etdirilən faktların hamısı yerində və tarixi aspektdən baxanda da olduqca dəyərlidir...”

“Virtual Qarabağ” sayıtının yaradıcısı və ideya müəllifi Nurəddin Mehtiyev : “...Dünya ictimaiyyətini Gövhər ağa ilə bağlı məlumatlandırmaq nöqteyi nəzərdən əhəmiyyətli bir baza film çıxıb ortaya. Mövzu dərin araşdırılır. Qəbir abilərinə qarşı vandalizm də diqqətə çatdırılır. Kadrlar yenidir. Təbriklər. Xeyrli uğurlu olsun. İngilis dilinə tərcüməsi daha əhəmiyyətli olar və aktualdır. Hər bir abidənin ayrılıqda tədqiqi yaxşı yanaşmadır”.

Bu fikirlər filmin press-relizində əks olunub. Hesab etmək olar ki, tədimatı keçirilən “Yuxarı Gövhərağa Məscidi” sənədli filmi həm erməni vandalizminin, həm də İranın yürütdüyü ermənipərəst siyasətin ifşa edilməsində xüsusi rol oynayacaq.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ