Cümə günü, 02 oktyabr 2026
     

Görkəmli qaraçay-balkar yazıçısı Murad Ölməzin povesti Azərbaycan dilində…

Image


Bu günlərdə qaraçay-balkar (malkar) ədəbiyyatının görkəmli nümayəndəsi Muradin Ölməzin “Rənglənmiş oyuncaqlar” povesti nəşr olunub. “Nurlar” nəşriyyatında yazıçı Vaqif Sultanlının redaktorluğu və ön sözü ilə yayınlanan kitabı Azərbaycan türkcəsinə Bakı Dövlət Universitetinin professoru Sənan Səlcuq çevirib.

Xatırladaq ki, qaraçay-balkar ədəbiyyatında şair, yazıçı, dramaturq kimi tanınan Muradin Ölməz 20 mart 1949-cu ildə sür­­gündə - Qa­zaxıstanın Taldı Kurqan vilayətinin Ernazar aulunda doğulub, ibtidai təhsilini doğulduğu kənd­də alıb. Sür­gün həyatının ağır illəri onun uşaq dünya­sında heç bir zaman unudulmayacaq si­linməz izlər bu­raxıb.

1958-ci ildə balkar xalqının reabilita­siya­sın­dan son­ra Muradin Ölməzin ailəsi doğma vətən­lərinə - Kabar­din-Balkar Muxtar Respublikasına dönüb. Gələcək yazar orta təhsilini Nalçik şəhərində tamamla­dıq­dan son­ra bədii yaradı­cılığın sirlərinə yiyələnmək arzusu ilə imperi­ya­nın paytaxtına yollanaraq, Mak­sim Qorki adına Ədəbiyyat İns­ti­tutunda təh­sil alıb.

Muradin Ölməz ilk dönəmlərdən başlayaraq aktiv şəkildə bədii yaradıcılıqla uğraşmış, Gənc Yazıçıların VIII Ümum­­ittifaq Konfransının (Mos­kva, 15-21 may 1984) iştirakçısı olub.

Ədəbiyyat sahəsindəki uğurlarına görə Ka­bardin-Balkar Respublikasının Dövlət müka­fa­tı­na (2000) layiq gö­rülüb. O, həm­çinin, Bey­nəl­xalq “Eurodram-2014” mü­­sa­bi­qəsinin və “45-ci paralel” (2016) Uluslararası Poe­ziya Ma­ra­fo­nu­­nun laureatıdır.

Muradin Ölməz “Qafqaz - dillərin dağıdır” Uluslararası Teatr Festivalının (Paris, 17-20 no­yabr 2003) və X-XI Uluslararası Türk Xalqları Po­e­ziya festivallarının (Biş­kek, 2013, Kazan, 2015) iştirakçısıdır.

Ardıcıl bədii yaradıcılığa 1969-cu ildə baş­layan mü­əllifin əsərləri janr, tür ba­xımından ol­duqca rənga­rəngdir: şeir, po­ema, hekayə, povest, pyes, ədəbi tənqid, tər­cümə, publisistika və s. Ya­zarın ədəbi-bədii yaradıcılığında janr əl­vanlığı, həm­çinin, möv­zu-problem çe­şidliliyinə və zən­gin­­liyinə im­kan ya­ra­dıb.

Yaradıcılığında dram janrına xüsusi diqqət yetirən Muradin Öl­mə­zin “Tahir və Zöhrə” pyesi Quzey Qafqaz Milli Teatrla­rının II “Sərhədsiz səh­nə” festivalında (Vla­diqafqaz, 2002) tama­şaçı­ların ilgisini çəkmiş, ən yaxşı milli səhnə əsəri ki­mi dəyər­lən­dirilib.

Müəllifin dramaturji yaradıcılığının seçilən örnəklə­rindən biri olan “Sükutun içi” pye­sinin kon­flikti yüksək dağlıq ərazidə yerləşən balkar kənd­lərindən birində ya­şanan hadisələr fonunda cərəyan edir. Şəhər­də yaşayan uşaqların maddi problem­lərini aradan qaldır­maq üçün yaşlıları doğma evlərini satmağa sövq edirlər. Pyesdə mü­­rəkkəb dramatik müna­qişə fonun­da kimsəsiz qalan qoca çətin vəziyyətdə olan nəvəsinə kömək etmək üçün evini satmağı qərara alır və qocalar evinə köçür.

Bir neçə teatrda uğurla səhnəyə qo­yulmuş “Sükutun içi” dramı Güney Rusiya Te­atr Festi­va­lında 2017-ci ilin ən yaxşı milli pyesi kimi xü­susi mükafata la­yiq gö­rülüb.

O, orijinal bədii əsərlər yazmaqla kifayət­lən­məyib, tərcümə yaradıcılığı ilə də məşğul ol­ub, İran şairi Ömər Xəyyamın “Rübailər” (2002) ki­ta­bını balkar dilinə çevirə­rək yayıb.

Bütövlükdə, iyirmidən artıq şeir və nəsr ki­ta­bının, on iki pyesin müəllifi olan Muradin Öl­mə­zin əsərləri rus, fransız, türk, serb, xorvat dillə­rinə çevrilib.

Muradin Ölməzin yaradıcılığında uşaq ədə­biyyatı ilə bağlı örnəklərin özəl yer tutması da diq­qəti çəkir. Şübhəsiz ki, müəllifin uşaq ədə­biy­­ya­tına önəm verməsi təsadüfi sə­ciyyə daşımır, mənsub olduğu xalqın gələcəyi ilə bağlı cid­di na­rahatlıq duyğusun­dan qaynaqlanır.

Yazıçının Azərbaycan oxucularına təqdim olu­nan “Rənglənmiş oyun­caqlar” adlı uzun he­ka­yəsi - povesti də uşaqlar üçün qələmə alınmış ən dəyərli örnəklərdən biridir. Burada balkar xal­qının Sovetlər Birliyi dönəmində sür­günlə bağ­lı ya­şamış olduğu dəhşətli faciələr bən­zər­siz şəkildə bədii ifadəsini tapıb.

Kitaba “Sürgün həyatının ağrıları” adlı ön söz yazan Vaqif Sultanlı əsərlə bağlı düşüncələrini belə ümumiləşdirir: “Bədii konflikti xe­yirlə şər, tarixlə çağdaşlıq, zülmlə ədalət arasında qurulmuş povestdə təsvir olunan olaylar yazıçı xəyalının məhsulu deyil, canlı müşa­hidədən doğan acı, kədərli gerçəklik­dir. La­kin obrazlı şəkildə canlandırılan bu ger­çəklik o qə­dər faciəvidir ki, onun real həyatda ya­şana bi­lə­cəyi oxucuda hey­rət doğurur.

Əsərin qısa, yığcam bölmələrdən oluşan sü­jet hörüyü bir tərəfdən balkar xalqının mənəvi-əxlaqi dünyasını, gələnəklərini aşkarlayır, qarşı tə­­rəfdən sürgünün gizli, bilinməz, amansız ger­çək­lik­lərini üzə çıxarır.

Yazıçı povestdə öz talesiz qəhrəmanlarının dili ilə dönəmin acılarını, ağrılarını elə ustalıqla yaradır ki, oxucu özünü təsvir olunan olay­ların içərisin­dəy­miş hiss edir”.

Qeyd edək ki, müəllifin bəhs etdiyi hadisələrin canlı şahidi olması, sürgünün bütün ağrılarını, əzablarını ca­nında, var­lığında hiss etməsi mətnin reallığını, inan­­dırı­cılı­ğını, həmçi­nin, təsir gücünü xeyli də­rəcədə ar­tırıb.

Əsərdə süjet boyu hadisə və epizodlar dəh­şət, zorakılıq, faciə, qırğın, qan və ölümlə müşa­yiət olun­maq­dadır. Şübhəsiz ki, uşaqlar üçün nə­zər­də tutulmuş bədii mətnlərin bu səpkidə işlə­nil­məsi böyük ustalıq tələb edir. Povest kədərli son­luqla bitsə də, hadisələrin ümumi ahəngində işı­ğın, aydınlığın işartıları da du­yulmaq­dadır.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ