şənbə günü, 03 oktyabr 2026
     

Çox gəzən çox bilər...

Image


         Əziz könül dostlarım, izn versəz, sizlərlə bir balaca həsbi-hal edib qəlbdən-qəlbə sirrimizi, sözümüzü bölüşək. Sirr deyəndə, bizim nə sirrimiz olacaq e? Ötənlərdən-keçənlərdən danışaq. Düşündüm ki, zəmanəmizdə danışmağın belə tərzi qısalıb. Hər nə isə çox dərinə getmədən mətləbə yaxınlaşaq. Mən sizin həqir və fəqir sirdaşınız, sizə bir sirr açım. O elə bir sözdür ki, içi özümü, çölü də özgələri yandırır. Əziz oxucum, bu gün sizinlə xortdandan danışmaq istəyirəm. Ancaq bir məsələ var. Qorxuram ki, mənə inanmayıb yazımı da bir kənara atasınız. Onu da düşünərək qərara gəlirəm ki, and içəm. Hə, bax əsas iş də elə bu məqamda qarışır. Dilimə and gələndə bayaqdan dilimdən düşməyən xortdanın surəti gəlib durur gözümün qabağında. Adama deyərlər, sən heç ömründə xortdan görmüsən? Əsas maraq doğuran məqam da budur. Mən onu görməmişəm. Düzünə qalsa, heç görmək də istəmirəm. Amma  xəyal qurmaq da pulla deyil ki? Bəli, xəyal dünyasından əl çəkib gerçək aləmə qədəm qoysaq, and içməkdən danışdığımızı xatırlayarıq. Ha fikirləşirəm, ağlıma yalnız onun içdiyi andlar gəlir. Andlar deyəndə ki, heç onlar da bir işə yaramır. Əlbəttə yaramaz. Çünki, deyirlər ən çox and içənlər ən çox yalan danışanlardır. Yox, elə bilərsiniz mən xortdana yalançı dedim. Əsla demərəm, nə həddimə...

Deyirəm, görəsən o dərman üçün ki, xortdan ölkəni qarış-qarış ayaqlamışdı, onu bizim zəmanəmizdə də hazırlaya bilən varmı? Əgər o qarışımla 40 gün - 40 gecə uyuyub aləmi-röyada bizə maraqlı olan sirlərə agah olmaq imkanı verilsəydi nələr olardı? Cavablar çox, lakin əsas mətləbi və nəticəni bilən yox. Əziz oxucum, deyirik ki, texnologiya əsridir. Özümüzü öyürük ki, biz çox şeyi bilirik. Heç bizi də qınamaq olmur e vallah. Bax üz tanıma desən bizdə, qocalandaki simamızı bilmək desən bizdə, yer-yurd axtarma, məkan bəlləmək desən, o da bizdə. Amma yenə o dövrün inkişafına çata bilmirik. Deyin görüm hansı birimiz əjdahanı görüb onun əzabına şahid olmuşuq? Hansımız ətrafımızda olan birini ifşa etmək üçün belə qüsursuz səmimiyyətə sahib olmuşuq? Heç birimizdə 40 gün-40 gecə ağzı bağlı sandıqda yatmaq cəsarəti də yoxdu. Əslində bəlkə elə həmin yoxdular bizdə olan  varları üzə çıxaran ən güclü vasitədir. Bu mövzuda isə bizim ən böyük varımız Haqverdiyev adı və imzasıdır. Bir əsrin sakini olub özündən sonra gələn əsrlərə dirijorluq etmək. Bu, insan zehnini aşan bir qavram və ya sirri-xudadır. Bəlli bir məsafəlik yolu bir neçə günə faytonla gedildiyi, məlumat axınının çox ləng olduğu bir zamanda el deyimini qələmindən səpilən nurun parıltısı ilə çıraqban edib. Daha doğrusu  bu aydınlığı ilə insanların çöhrəsinə həbs olan zülm və zillət pərdəsini dağıdıb. O “Yeyərsən qaz ətini görərsən ləzzətini” deyərək dövrün eybəcərliklərini ilmə-ilmə toxuyaraq ifşa edib. Bəxtsiz dediyi cavanın simasında böyük bir millət əks olunub. Əslində dağılan o tifaq bir ailəyə deyil ümumilikdə cəmiyyətə işarə olub. “Mən faytondan düşüb gecələyəcəyim evə sarı gedəndə evin sahibi pəncərəyə nərdivan dayadı. Niyəsini soruşanda dedi: Bizim buralarda oğruların əlindən evlərin pilləkənləri olmur”. İlk baxışdan necə gülüşdoğuran bir hadisə? Amma əslində isə insanın oturub hönkür-hönkür ağlayası gəlir. Tiflisdəki ağ molla təmizliyindən alıb bu ləqəbi buna nə şübhə? Əslində toxunulası məqamların, trajikomik hadisələrin sayı o qədərdir ki, insan heç bilmir hardan başlasın, harada da qurtarsın. Maraqlısı burdadır ki, Haqverdiyevin toxunduğu hər məqamın təməlində bizim nəticə çıxarmamağımız vəya oxuyub başqasını görməyimiz dayanır. Görəsən o və onun sələf vəya xələfləri bütün bu mətləblərə toxunanda biz, bizə qədər yaşamış əcdadlarımız və bizdən sonra gələn nəsillər cüzi də olsa nəticə çıxarsaq nələr dəyişərdi? Hə bax indi də sənin səsini ekranın o tayından eşidirmiş kimi oluram əziz oxucum. Deyirsən onda dünya mənasız olardı? Bəlkə də sən haqlısan. Mənim həddim də deyil sənə irad tutum. Ancaq bir onu bilirəm ki, biz öz dəyərlərimizi yetərincə tanımağa, öyrənməyə və tanıtmağa səy göstərmirik. Bu gün yubiley ili ilə əlaqədar olaraq Əbdülrəhimbəy Haqverdiyev haqqında görülən işlər. Əslində rəsmiyyətə xatir olmamalıdır. İndi düşünürsən ki, niyə özünü demirsən? İnan əziz oxucum mən hər cümləmin mayasında özümü tənqidlə başlayıram. Bizim ədəbiyyatımızı, mədəniyyətimizi, musiqimizi, adət-ənənələrimizi səthi bilməyə ixtiyarımız yoxdur. Çünki, bizim damarlarımızdan axan qanın hər zərrəsində milli-mənəvi dəyərlər bərq vurur. Bu gün klassikləşən adların hər biri dünya sənət xəzinəsinə daxil olur. Bizim fəxr edə biləcəyimiz səbəblər çox, bunları düşünməyə ayırdığımız zaman isə əfsuski, yoxdur. Molla Pənah Vaqifin misrasında dediyi kimi

“Bizim evdə axta zoğal da yoxdur” .

Bu şeir nümunəsinə görə xan onu bəyənib yanına çağırır. Əbəs yerə demirlər ki, “hər oxuyan Molla Pənah olmaz” ?

            Dünyanın öz mizanı və qanunu var, bu axından çıxmaq və ya onu dəyişmək çoxlarının arzusu olur. Ancaq arzu həqiqət qarşısında sakitcə durub baxır. Ədəbiyyat adlı təxəyyül aləminin əsil həqiqəti olan Əbdülrəhim bəy Haqverdiyev dühasının gücünə mat qalan sonsuzluğun özü kimi.

            Bağışlaxortdan lələ səninlə başladığım söhbətdə sənə az yer ayırdım. Daha doğrusu səndən daha maraqlı mövzuların varlığını elə sənin sayəndə anladım. Buna görə sənə təşəkkür düşür. Bir də ən böyük təşəkkür bizə bizi tanıtdığın üçün düşür sənə. Amma sənə yaşa. Var ol kimi alqış dolu nitqlər söyləməyəcəm. Yox ol xortdan qoy həyatımızda hurilər, pərilər qanad çalsın.Amma o, həyatın kin qazanında qaynayıb cadular, tilsimlər aləmi ilə dostluq edən “Pəricadu” deyil saf məramlı, təmiz qəlbli adı ilə ruhunun ahəngində yaşayan əsil pəri olsun.

Rəfiqə RAFİQQIZI

Mədəniyyət Üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin əməkdaşı 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ