çərşənbə günü, 07 oktyabr 2026
     

“Xəmsə”nin yenidən tam tərcüməsi gündəmdə - Nizami irsinin köhnə tərcüməsi nə gündə olub...

Image


Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan olunub. Ölkə başçısının imzaladığı Sərəncamla 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi həm dövlətin Nizami irsinə bəslədiyi qayğı və diqqətin təzahürüdür, həm də Nizamişünaslıqda yeni dövrün başlanmasıdır.

Bu, Nizami irsinin yenidən tədqiqata cəlb edilməsi, əsərlərinin yenidən tərcümə olunması üçün imkanlar açır, ədəbiyyatşünasların, Nizamişünasların, dilçilərin, şərqşünasların qarşısına çox mühüm vəzifələr qoyur ki, onlar Nizamini olduğu kimi bizə və dünyaya  təqdim etsinlər. Nəzərə alsaq ki, dahi Azərbaycan şairi, mütəfəkkiri Nizami Gəncəvinin “Xəmsə”si (“Beşlik”) Sovet dövründə tərcümə edilib və mütəxəssislərin də qeyd etdiyi kimi, tərcümələrdə də kifayət qədər qüsur, nöqsan, sovet ideologiyasının ruhuna uyğun təhrif var.  

Çağdaş mütəxəssislərin əksəriyyəti qeyd edir ki, Nizami Gəncəvi əsərlərinin, xüsusən “Xəmsə”yə daxil olan poemaların Azərbaycan dilinə tərcüməsi zaman-zaman müzakirə və mübahisə obyekti olub, çeşidli tənqidlər təkcə Nizami əsərlərinin poetik çevirmələrini deyil, sətri (filoloji) tərcümələrini də əhatə edib.

Tədqiqatçılar N.Gəncəvinin fars dilində yazdığı “Sirlər xəzinəsi” (tədqiqatçılar əsərin 1174-1175-ci illərdə yazıldığını ehtimal edirlər) məsnəvisini Azərbaycan dilinə Süleyman Rüstəm, Abbasəli Sarovlu və Xəlil Rza Ulutürkün tərcümə etdiyini qeyd edirlər.

Nizami Gəncəvinin 1180-ci ildə yazdığı və “Xəmsə” toplusuna daxil olan ikinci poeması - “Xosrov və Şirin”i də Azərbaycan dilinə tərcümə edənləri araşdırdıq. Yazılı məlumatlara görə, 1940-cı ildən etibarən Nizaminin əsərlərinin Azərbaycan dilinə tərcümə olunmasına başlanıb. Nizaminin ən mühüm əsərlərindən biri olan “Xosrov və Şirin” mənzum romanının azacıq ixtisarla mənsur tərcüməsi (Əvəz Sadıqovun tərcüməsində) daha tez hazırlandı və bu tərcümə eyni adla ilk dəfə 1941-ci ildə “Azərnəşr” tərəfindən çap olundu. Bu, sadəcə, sətri yox, mənsur roman şəklinə salınmış bir tərcümədir. Bu tərcümədə Əvəz Sadıqov bəzi mürəkkəb obrazları ixtisar edib, bununla da poemanın tərcüməsində müəyyən dərəcədə sərbəstliyə yol verib, onu hekayə şəklinə salıb.

“Xosrov və Şirin”in Azərbaycan dilinə poetik tərcüməsi Rəsul Rzaya tapşırılıb, əsəri fars dilindən Səid Mirqasımov sətri tərcümə edib. Şair Rəsul Rza həmin sətri tərcümə əsasında poemanı Azərbaycan dilində nəzmə çəkib, 1947-ci ildə ilk dəfə olaraq azərbaycandilli oxucuya çatdırıb. Əsər əruz yox, heca vəznində nəzmə çəkilib. Tərcümə elmi-tənqidi mətn yox, əldə edilən adi bir nüsxə əsasında olduğuna görə burada bir sıra təhriflərə və ilhaqlara da yol verilmişdi. Əsrlər boyu katiblər tərəfindən baş verən xətalar da tərcüməyə daxil edilib. Əsər yubiley tədbirləri münasibətilə tələsik hazırlandığından, burada külli miqdarda səhv tərcüməyə, ciddi təhriflərə də yol verilib. Bəzən də orijinalın bir misrası iki, yaxud üç misrada tərcümə edilib ki, bu da əsərin həcminin artmasına səbəb olub. Bütün bu fikirlər ədəbiyyatşünasların qeydlərindən götürülüb.

Nizami Gəncəvinin 1188-ci ildə fars dilində yazdığı “Leyli və Məcnun” poemasını isə fars dilindən rus dilinə tam prozaik tərcüməsini Rüstəm Əliyev yerinə yetirib, poemanın Azərbaycan dilinə tam bədii tərcüməsi Səməd Vurğun tərəfindən həyata keçirilib.

N.Gəncəvinin 1197-ci ildə yazdığı “Yeddi gözəl” (“Haft Peykar”) poemasının Azərbaycan dilinə ilk tərcüməçisi Xəlil Rza Ulutürkdür. 

N.Gəncəvinin 1200-1203-cü illərdə yazdığı “İsgəndərnamə” poemasının fars dilindən “Şərəfnamə” hissəsini Abdulla Şaiq, “İqbalnamə” hissəsini isə Mikayıl Rzaquluzadə tərcümə edib.

Bu tərcümələrdə kifayət qədər qüsur olsa da, bunları qeyd etməklə böyük sənətkarlarımızın fəaliyyətinə, zəhmətinə qətiyyən kölgə salmaq niyyətində deyilik, onlar öz üzərlərinə düşən işi dövrün, zamanın tələblərinə uyğun görüblər. Əsas məsələ odur ki, bu əsərlərin tərcüməsinə yenidən baxılmalı və proses həyata keçirilməlidir.

  • Səadət Şıxıyeva: “Bu iş ciddi nəzarətə götürülməli və uzun müddət ərzində - təqribən 3-4 il boyunca bir tərcümə qrupu tərəfindən icra olunmalıdır”

Filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva “Bakı-Xəbər”ə bildirdi ki, Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan əsərlərin yenidən tərcümə edilməsinə ciddi zərurət var. S.Şıxıyevanın sözlərinə görə, ilk tərcümələrdə kifayət qədər nöqsan var ki, bunlar hamısı yeni tərcümələr vasitəsilə aradan qaldırılmalıdır: “... İstər sətri, istərsə də mənzum tərcümədə nöqsanlar var. “Xəmsə” Nizaminin şəxsiyyətini, dünyagörüşünü özündə ehtiva edən bir möhtəşəm əsərdir. Əgər əsər təhrifli tərcümə olunarsa, oradakı fikirlər Nizaminin deyil, tərcüməçinin fikri olmuş olur. Mənzum tərcümə edənlərin içərisində farscanı bilənlər olub. Sətri tərcümələri edənlər də dili bilib. Amma məsuliyyətsiz yanaşma, tələsiklik və sair də olub”.

“Belə çıxır ki, biz onda Nizamini tam olaraq öyrənməmişik, tərcümə etməmişik” - deyə ekspertdən soruşduqda onun cavabı belə oldu: “Bəli, tam öyrənilməyib. Tərcümə nöqsanları da var. İndiyədək ciddi araşdırmalar olub. Onlar farsca orijinal əsasında yazılıb. Amma sovet ideologiyasının məhdud yanaşma tərzi Nizamini olduğu kimi görməyə imkan verməyib”.

Bu gün Azərbaycanda Nizami Gəncəvinin əsərlərini yazıldığı orijinal dildən ana dilimizə çevirmək gücündə, potensialında olan mütəxəssislərin olub-olmadığına gəlincə, S.Şıxıyeva bildirdi ki, mütəxəssislərimiz var, sadəcə, keyfiyyətli tərcümə işi bir illə başa gələ bilməz: “Bəli, mütəxəssislərimiz var. Amma bu iş ciddi nəzarətə götürülməli və uzun müddət ərzində - təqribən 3-4 il boyunca bir tərcümə qrupu tərəfindən icra olunmalıdır. Yoxsa ki, illik hesabatlar verməklə keyfiyyətli iş ortaya qoyula bilməz. Bu işi təkcə tərcüməçinin öhdəsinə qoymaq olmaz. Bu işdə ciddi redaktora da ehtiyac var. O, mətni əsli ilə tutuşdurmaqla razılığını verəndən sonra mətn nəşr oluna bilər”.

  • Kənan Hacı: “Nə qədər sərt səslənsə də, həqiqət budur ki, poetik tərcümələrdə Nizamidən əsər-əlamət yoxdur”

Tanınmış yazıçı-publisist, tədqiqatçı Kənan Hacının fikrincə də Nizaminin “Xəmsə”sinə daxil olan əsərlərin hamısı yendiən tərcümə edilməlidir: “Əvvəlcə onu deyim ki, biz Nizami ilə bağlı çox iş görməliyik. Nizami Beynəlxalq Ədəbiyyat Festivalı keçirilə, Nizami ədəbiyyat mükafatı təsis edilə bilər. Bütün vikimənbələrdə Nizami fars şairi, İran ədəbiyyatının nümayəndəsi kimi təqdim olunur. Biz Nizamini lazımi səviyyədə dünyaya təqdim edə bilməmişik. Bu istiqamətdə konseptual işlər görülməlidir. Nizaminin adına layiq çoxseriyalı bədii film çəkilməli, tamaşalar hazırlanmalıdır. Televiziyada Nizami ilə bağlı ciddi verilişlər hazırlanmalıdır, Nizamişünaslar ayrı-ayrılıqda onun əsərlərini şərh etsələr, çox gözəl olar. Bu həm də Nizamini geniş miqyasda xalqa, xüsusən də gənclərə daha dərindən tanıtmaq baxımından faydalı olar. Nizaminin həyatının, yaradıcılığının elə məqamları var ki, hələ də araşdırılmayıb. Bu sahədə xeyli tədqiqat aparılsa da, xeyli boşluq var. Bu sahədə ciddi işlər görülməlidir. Biz Nizami Gəncəvinin yubileyini böyük bir ədəbiyyat bayramına çevirə bilərik. Yüksək qonorar müqabilində hansısa yazıçımıza Nizamilə bağlı bədii roman, yaxud dram əsəri sifariş oluna bilər. Bədii düşüncəmizdə Nizami konsepsiyası daha geniş miqyasda oturuşmalıdır”.

K.Hacı vurğuladı ki, Nizami haqqında fikir bildirmək həddindən artıq məsuliyyətli bir işdir və bu barədə mütəxəssislər, Nizamişünaslar, Nizamini orijinalda oxumuş adamlar daha geniş danışa bilər. “Nizami haqqında fikir bildirmək həddən artıq məsuliyyətli bir işdir. Çünki Nizami təkcə bizim xalqa məxsus deyil, dünya ədəbiyyatı xəzinəsini əsərlərilə zənginləşdirmiş böyük dühadır. Dünya təcrübəsinə nəzər salsaq, görərik ki, bütün klassiklərin əsərləri müxtəlif tərcümanlar tərəfindən dəfələrlə öz dillərinə tərcümə olunub. Homerdən tutmuş, Şekspirə, Servantesə qədər. Nizaminin əsərləri bizim dilə sovet dövründə tərcümə olunub. O tərcüməçilərin də heç biri fars dilini bilməyib. Mən XX əsrdə yaşamış klassik şairimiz, Əliağa Vahidin ustadı olmuş Məşədi Azər haqqında araşdırmalar aparanda maraqlı məqamla rastlaşdım. Məşədi Azər fars, ərəb dillərini mükəmməl bilirmiş. Xalq yazıçısı Mirzə İbrahimov xatirələrində yazır ki, Nizaminin “Xəmsə”si 40-cı illərdə bizim dilə çevriləndə Süleyman Rüstəmlə Məmməd Rahim onun köməyindən tez-tez faydalanırdılar. O, Nizaminin dərin mənalarla dolu şeiriyyətinə o qədər yaxından bələd idi ki, hansı misranın hansı mahiyyət daşıdığını bilirdi və poemaları sətri tərcümə edərkən bunları səbrlə onlara izah edirdi ki, təhrifə yol verməsinlər. Sonra maarifçi-pedaqoq Əhəd Cəmilzadənin xatirələrini oxudum. Orada müəllif yazır ki, Nizaminin 800 illiyi ilə bağlı qərar verilmişdi. Bu münasibətlə tərcüməçilər qrupu yaradılmışdı. Səməd Vurğun, Süleyman Rüstəm, Məmməd Rahim, Rəsul Rza və başqaları bu işə cəlb olunmuşdu. “Xəmsə”nin Azərbaycan dilinə tərcüməsində Məşədi Azər böyük əmək sərf etmişdi. Xüsusi qeyd edir ki, mən bunun canlı şahidiyəm. Bu xatirələr Məşədi Azərin “Seçilmiş əsərləri”nə daxil edilib. Sonra mən bu faktlardan  “Məşədi Azər təzkirəsi” kitabında istifadə etdim. Yeri gəlmişkən, Azər Firdovsinin “Şahnamə”sindən də bir neçə fəsli bizim dilə tərcümə edib. Amma təəssüf ki, onun adı heç yerdə qeyd olunmayıb. Hələ uşaq ikən “Sirlər xəzinəsi”ndən bəzi məqalatları anam mənə oxuyardı. O vaxtdan Nizami sözünə qarşı məndə bir xof, həyəcan vardı. Sevgidən yaranan o doğma hissdə hələ də xof, həyəcan qalır. Bu gün də Nizamini oxuyanda o həyəcan içimi bürüyür. Nizaminin söz kimyagərliyi adamı sehrləyir. Sonra mən Nizamini filoloji tərcümədə oxudum və poetik tərcümələrlə müqayisədə yerlə göy qədər fərq gördüm. Nə qədər sərt səslənsə də, həqiqət budur ki, poetik tərcümələrdə Nizamidən əsər-əlamət yoxdur, bu mətnlər ciddi xətalarla doludur. Nizami çoxqatlı şair olduğundan, tərcüməçilər onun endiyi dərinliyə enə bilməyiblər. Görünür, Nizamini olduğu kimi yox, sovet ideologiyasına sərf edən formada təqdim etmək tələb olunurmuş. Təsəvvür edin ki, Heydər Hüseynov kimi böyük alim “XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən” kitabında Nizamini idealizmə aludə olmaqda günahlandırır və yazır ki, o, yəni Nizami elmin və incəsənətin inkişafının təməli olmuş faktorları başa düşmürdü. Az qala, Nizamini ateist kimi təqdim edir. Dövrün qadağaları Heydər Hüseynovu məcbur etmişdi ki, Nizamini bu cür təqdim etsin. Nizamidən materialist şair düzəltmişdilər. O dövrün Nizamilə bağlı tədqiqatlarına nəzər salın. Nizami tamamilə yanlış yöndən araşdırılıb. Sözsüz ki, sovet təbliğatının icazə verdiyi kriteriyalarla Nizami tərs mütənasib idi və nəticədə tərcümələr də şikəst halda ortaya çıxdı. Məhz bu baxımdan düşünürəm ki, Nizami fars dilini bilən mütəxəssislər tərəfindən yenidən dilimizə tərcümə olunmalıdır. Bu işi görənlərdən biri də Mircəlal Zəkiyev idi. O, Nizamini farscadan tərcümə edirdi. “Sirlər xəzinəsi”ni tərcümə edib, hətta kitab halında da nə vaxtsa çap olunub. Nizami bu əsəri səri bəhrində yazıb, Mircəlal o bəhri qorumaqla mənanı da saxlamağa çalışıb. Süleyman Rüstəmin tərcüməsi ilə onun tərcüməsini tutuşdurun, görün nə qədər fərq var. Təəssüf ki, o da bu yaxınlarda dünyasını dəyişdi. Onunla uzun illər ünsiyyətimiz olmuşdu, son dərəcə zəngin kitabxanası, arxivi vardı. Ərəb-fars dillərini əla bilirdi. Şərq ədəbiyyatını orijinalda oxuyurdu. Nizamini, Füzulini mənə sevdirən alimlərdən biri də o idi. Nizamini orijinalda oxuyub xırdalıqlarına qədər şərh edirdi. Hərtərəfli biliyə malik bir insan idi, sözün əsl mənasında, fədai idi bu adam. Ömrünü bu işə sərf etmişdi. Yeni nəşrlərdə onun tərcümələrindən də istifadə etmək olar. Heyif, çox heyif ki, qədri-qiyməti bilinmədi bu adamın…” - deyə K.Hacı vurğuladı.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ