Cümə axşamı günü, 08 oktyabr 2026
     

Azərbaycanın “arxeoloji turizm” perspektivləri...

Image


Son illər Azərbaycanın müxtəlif bölgələrində arxeoloji qazıntılar aparılır. Uzun illər sönük vəziyyətdə olan bu sahənin hazırkı nailiyyətləri kifayət qədərdir. Bu gün arxeoloqlarımızın həyata keçirdiyi qazıntı işlərində xarici təşkilatlar və mütəxəssislərlə birgə əməkdaşlıq faktları da mövcuddur.

Azərbaycan, bütün dövrlərdə olduğu kimi, indi də dünya mütəxəssislərinin diqqət mərkəzindədir. Bununla paralel olaraq, ölkəmizə gələn xarici turistlər üçün də arxeoloji abidələrin maraqlı olması şübhə doğurmur. Bu halda nə etməliyik ki, turistlər arxeoloji abidələrimizə daha böyük maraq göstərsinlər?

Məlum olduğu kimi, dünyanın bir çox qədim mədəniyyətə malik olan ölkəsində arxeoturizm xüsusi inkişaf etdirilir. Bu həm ölkənin maddi mədəniyyət sərvətini dünyaya tanıdır, həm də dövlət büdcəsinə gəlir gətirir.

Qeyd etdiyimiz kimi, Azərbaycanın müxtəlif bölgələrində arxeoloji qazıntılar aparılır və bu qazıntılar zamanı olduqca dəyərli, qiymətli materiallar üzə çıxır.

Ekspetlərin fikrincə, bu gün arxeoloji qazıntılar aparılan ərazilərdə səyyar muzeylər təşkil etmək, turistləri birbaşa qazıntı aparılan ərazilərə aparmaq və yerindəcə eksponatlarla tanış etmək olar. Bunun böyük fayda verəcəyini düşünən mütəxəssislər hesab edirlər ki, turizmin bu sahəsinin inkişafı çox mühümdür.

  • “Bu layihənin həyata keçirilməsi və turistlərin bura cəlb edilməsinin təşkili...”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev “Bakı-Xəbər”ə bildirdi ki, mütəxəssislər bir neçə dəfə bu təkliflə çıxış ediblər. “Ölkədə arxeoturizmin inkişaf etdirilməsi üçün bir neçə istiqamətdə fəaliyyət göstərmək olar. Birinci istiqamətlərdən biri də məhz bölgələrdə olan çox maraqlı, əhəmiyyətli arxeoloji abidələrlə bağlıdır. Uzunmüddətli tədqiqatlar nəticəsində üzə çıxan və mühüm əhəmiyyət kəsb edən həmin abidələrin ətrafında müəyyən kiçik infrastrukturlar yaratmaqla ora turistləri cəlb etmək mümkündür. Həmin abidələrə turistlərin ziyarətini təşkil etmək olar. Dünya təcrübəsində bu var ki, uzunmüddətli öyrənilən, tədqiq edilən müxtəlif dövrlərə aid, elm üçün əhəmiyyətli olan, yaxud özündə maraqlı arxitekturanı ifadə edən arxeoloji abidələrə bu cür ziyarətlər təşkil edilir. Amma bu işlərin həyata keçirilməsində bir məsələ var. Bunun üçün çox böyük maliyyə tələb edən layihənin əvvəlcədən hazırlanaraq gündəmə gətirilməsi vacibdir. Çünki bəzən bəzi adamlar bundan sui-istifadə edirlər”.

F.Quliyev qeyd etdi ki, bu məsələdə Türkiyə təcrübəsinə diqqət yetirsək görərik ki, orada bu işə çox kiçik layihələrlə başlayırlar. Müsahibimiz qeyd etdi ki, bura kiçik muzeylərin açılması və s. daxildir. “Məsələn, hər il həmin abidənin ətrafında bir yeni ekspozisiya quraşdırılır, yeni infrastruktur yaradılır və proses ildən-ilə davam etdirilərək böyük layihəyə çevrilir. Həmin abidənin ictimailəşməsi, turizm potensialının ora cəlb edilməsi üçün sonradan ortaya möhtəşəm bir layihə çıxır. Yəni birdən-birə böyük maliyyə qaynaqlarının axtarılması bu gün mümkün deyil. Heç dünya praktikasında da bu çox aktual deyil.

Soruşursunuz ki, indiyə qədər bu məsələnin reallaşmasına nə mane olub? Bu məsələnin necə həll edilməsinə diqqəti cəlb etmək istəyirəm. Biz təklif edərdik ki, bu layihələr daha çox mütəxəssislərlə razılaşdırılmaq  şərtilə, eyni zamanda, Arxeologiya və Etnoqrafiya İnstitutunun və Mədəniyyət Nazirliyinin rəyi əsasında yerli icra strukturları tərəfindən gerçəkləşdirilsin. Yəni bölgələrin icra strukturlarının müəyyən iş adamlarını bu işə cəlb etməklə, yaxud büdcədən kənar mənbələrdən vəsaitlər əldə etməklə həmin bölgələrdə aşkar olunmuş, öyrənilmiş  arxeoloji abidələrin ətrafında bu işləri həyata keçirməsi mümkündür. Bizdə isə belədir ki, sanki hamı Bakıdan göstəriş gəlməsini, bu işə büdcədən vəsait ayrılmasını gözləyir. Bu da problemin həllində çətinliklər yaradır. Yerli icra strukturları gözləyirlər ki, ya Mədəniyyət Nazirliyindən, ya da digər qurumlardan bölgə üçün turizm baxımından əhəmiyyətli olan bu layihələrə vəsait ayrılsın. Bəli, çox vaxt bu işə böyük vəsaitlər ayrılır. Son illərin təcrübəsi onu göstərir ki, turistlər daha çox mahiyyət etibarilə maraqlı olan abidələri ziyarət edirlər. Burada heç də təmtəraqlı infrastrukturun yaradılmasından, böyük restoranların, 5 ulduzlu otellərin tikintisindən söhbət getmir. Sadəcə olaraq, turistin abidə ilə tanış olması üçün maraqlı ekspozisiya təşkil olunmalıdır ki, o, ekspozisiya ilə tanış olsun. Və orada onların istirahətinin təşkil olunması üçün minimim tələblər var ki, onlar reallaşmalıdır. Sonradan böyük layihələrə çevriləcək bu cür layihələri bölgələrin icra strukturları həyata keçirə bilərlər”.

O qeyd etdi ki, maddi-mədəni abidələrin qorunması, yaşadılması, təbliği ilə bağlı ən mükəmməl konsepsiya Türkiyəyə məxsusdur. Onun sözlərinə görə, arxeoloji abidələrin ətrafında kiçik muzeylərin təşkil edilməsi çox yaxşı təklifdir: “Bu layihənin həyata keçirilməsi və turistlərin bura cəlb edilməsinin təşkili baxımından çox ciddi və önəmli vəzifə kimi icra strukturlarının qarşısında durur. Bu layihələr yerli icra hakimiyyəti başçılarının dəstəyilə reallaşa bilər. Yəni Mədəniyyət Nazirliyi və digər qurumlar da onlara dəstək ola bilər. Amma hansı bölgədəki arxeoloji abidə aşkarlanıb və onun üzərində uzunmüddətli tədqiqatlar gedib, onun ətrafında muzeyfikasiya işlərinin görülməsində, orada müəyyən infrastrukturun formalaşmasında icra başçıları maraqlı olmalıdırlar. Onlar bura müəyyən iş adamlarını, digər strukturları, rayonlardakı zavodları, fabrikləri sponsor qismində bu işə cəlb etməlidirlər. Bəzi bölgələrdə böyük məbləğli layihələrə rastlaşırsan, amma ümumən götürdükdə hamı kiçik layihələrdən başlayır və bu, effekt verdikdən sonra böyük layihələrə başlanır. Arxeoloji abidələrə turist axını da bu yolla cəlb olunur. Hesab edirəm ki, yerli icra strukturları təşəbbüs göstərərlərsə və onlar bu işə iş adamlarını cəlb edərlərsə, bu bizim gələcəkdə göstərilən istiqamətdə bir çox layihə həyata keçirməyimiz üçün əhəmiyyətli olardı” - deyə F.Quliyev bildirdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ