Bazar günü günü, 06 sentyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Ömər Faiq Nemanzadə - dil və mətbuat fədaisi...
Tarix: 22.07.2015 / 02:16
Bölmə: Layihə
"Tərcüman" qəzetinin 7 yanvar 1900-cu il tarixli ilk sayında 28 yaşlı gənc Ömər Faiq Nemanzadə "Axalsıxdan xatirələr" məqaləsində yazırdı":Cənab mühərrir! Camaatımız çox rahatdır. Nə yeni məktəbimiz var, nə də əski! Camaatımız mərhəmətlidir. Sənət məktəbinin bir xeyli xərcini çəkib erməni, yəhudi və gürcü ətfalını məccani oxutdurur.
Camaatımız qənaətlidir. Öküz və eşşək işlərindən qeyrilərə baxmazlar. Bu səbəblə uyezdlərimizdə bir müsəlman dəmirçisi, yemənçisi bulunmaz. Amma kiçik bir köydə, məsələn, Azqurda müsəlmanların parası ilə keçinən beş böyük meyxana, altı qəhvəxana var. Bu hesabca qırx min cana bir üsul-cədid məktəbi düşdüyü halda, iyirmi evə bir meyxana ilə iki qəhvəxana isabət edir. Maarifimiz də o dərəcədədir ki, dörd saatlıq yol olan Qori darülmüəllimində bizdən ancaq bir müsəlman var. Camaata rəhbər olacaq dövlətlilərimiz, bəylərimiz az deyil. Heyf ki, maarifə, millətə olan hümmətləri pək azdır. Bu səbəbdən camelərimiz viran, məktəblərimiz pərişan, halımız yamandır". Milli qeyrət nümunəsi olan bu məqalə gənc publisist və jurnalistin maarifçilik sahəsində atdığı böyük addımlarından biridir. O dövrdə xalqının maariflənməsi işinə can yandıran qüdrətli qələm adamı bunu elmdə, təhsildə, mətbuatın inkişafında görürdü.
Tədqiqatçılar yazır ki, Ömər Faiq 24 dekabr 1872-ci ildə Gürcüstan Respublikasının Ahıska (Axalsıx) qəzasının Azqur kəndində anadan olub. O, ilk təhsilini kənd camesində alır və anasının təkidi ilə 1882-ci ildə İstanbula gedir, "Fateh" məktəbində təhsilini davam etdirir. Təbiət elmlərinə həvəsi olduğuna görə sonradan "Darüş Şəfəq" məktəbinə daxil olur. Həmin məktəbi bitirdikdən sonra (1891) Qalata poçt və teleqraf idarəsində əmək fəaliyyətinə başlayır. O burada qəzet və jurnallar vasitəsilə Avropadakı demokratik ruhlu türk mühacirlərinin əhval-ruhiyyəsi və türk inqilabçı şairlərin bədii yaradıcılığı ilə yaxından tanış olur. Bir müddətdən sonra Sultan istibdadına qarşı gizli çalışan cahillərə (cavanlara) qoşulur. Tədqiqatçılar yazır ki, Ahıskada milli münasibətlərin kəskinləşməsi dövründə (1894) vətənə qayıdır. İnqilabi dünyagörüşlü ziyalı kimi yetişmiş Ömər Faiq maarif və mədəniyyət sahəsində Azərbaycanın demokratik ruhlu vətənpərvər oğullarına qarışıb ömrünün axırına kimi biliyini və bacarığını xalqın azadlığı uğrunda mübarizəyə yönəldir. Ömər Faiq 1894-cü ildə Şəkidə ilk üsuli-cədid məktəbində dünyəvi elmlərdən dərs deyib və İstanbuldan gətirdiyi açıq fikirli əsərləri xalqa paylayıb oxutdurub. O burada M.F.Axundovun "Müsyö Jordan və dərviş Məstəli şah" pyesini səhnə üçün hazırlayır, Müsyö Jordan rolunda özü çıxış edir. 1896-cı ilin yazında xəstəliyi ilə əlaqədar Ömər Gəncəyə, oradan da Hacıkəndə gedir, orada İstanbuldan gələn Məhəmməd Əfəndi ilə yaxından tanış olur. Mətbuat tarixçiləri qeyd edir ki, Məhəmməd Əfəndi oradakı gənc müəllimlər və yazıçılara təsir edib. Ömər Faiq 1896-1898-ci illərdə xəstəliyinə görə Abastumanda və Azğurda qalır. Ahıskada milli məktəb açmaq fikrinə düşən Ömər Tiflis maarif müdirinə ərizə yazıb ondan: "Lazımsa, şkolada (məktəbdə) oxudun, ayrıca türk məktəbi olmaz" cavabını alır.
Tədqiqatçılar bildirir ki, Tiflisdən müfti və şeyxülislama şikayətlənib "Rusiyadakı türklərlə Türkiyədəki rum və ermənilər arasında hüquqca böyük bir fərq olduğunu" söyləyib. Ömər Faiq milli hüquqları müdafiə məqsədilə "hər millətin mədəniyyətə və maariflənməsinə haqqı var və bu haqqı hər yerdə, hər zaman saxlamalıdır" deyir.
Xəstəlikdən sağalıb o, 1898-ci ildən 1900-cü ilə kimi Şəkidə came məktəbində müəllim işləyib. Orada dini dərslərin tədrisini azaltmaqla hesab, coğrafiya, tarix və dil fənlərini tədris edib. 1900-cu ildə Ömər Faiq ictimai həyatda fəal məşğul olmaq üçün Bakıya gəlir.
Bakı şəhərində milli məktəblərin yox dərəcəsində olduğunu, müsəlman xalqının acınacaqlı bir şəkildə yaşamasını görən Ömər Faiq "Əgər Tağıyevin açdığı qız məktəbini görməsəydim Bakının türk maarifi üzərinə qara bir cizgi çəkəcəkdim" deyib.
Onu da qeyd edək ki, Ömər Faiq 1900-cu ildə Şamaxıya gəlir. O burada milli məktəbin təşkil edilməsinə yaxından yardım edir və tarix, coğrafiya, hesab və türk dilindən dərs deyir. 1902-ci il yanvar ayının 31-də Şamaxıdakı güclü zəlzələdən sonra Ömər Faiq Tiflisə gedir. Mətbuat tarixçiləri yazır ki, Ömər Faiq 1903-cü ilin mart ayının 30-da nəşrə başlayan "Şərqi-rus" qəzetində Məhəmməd ağa Şahtaxtlı, Cəlil Məmmədquluzadə, Səməd ağa Qayıbov, Üzeyir Hacıbəyov, Rəşid İsmayılov, Əsəd Babayev, Yusif Əfəndizadə ilə bir yerdə işləməyə başlayıb. Bu qəzet Qafqazda ilk dəfə olaraq nəşr olunan siyasi və ictimai gündəlik türk qəzeti olur.
Bir sıra maddi çətinliklərdən sonra 1906-cı ildə ilk dəfə "Molla Nəsrəddin" jurnalı nəşr edilir. Jurnalın təsis edilməsində və onun nəşrində Cəlil Məmmədquluzadə və Ömər Faiqin müstəsna rolu olub. "Molla Nəsrəddin"də yalançı hürriyyətpərəstlərə qarşı yazdığı məqaləsində o deyirdi: "Əgər hürr yaşamaq istəyiriksə, dəliqanlı cavanlarımızı qurban verməliyik. Qurban verdikdən sonra isə onları ağlamaqla, uzun yas saxlamaqla özümüzü taqətdən salmamalıyıq. Dübarə qurban verməməliyik, təki, hürriyyət xalqın qanı ilə qazandığı halal malı olsun. Əgər oturub gözləsək və başımızı boş danışıqlarla qarışdırsaq, dilimizdə hürriyyət sözü bitsə də, onun bəhrəsi olmayacaq".
O, başqa bir məqaləsində isə belə yazırdı: "Sən ey türk! Nə əqidədə, nə məsləkdə olursan-ol, həmişə türksən! Sən gərək biləsən ki, dünyada hələ şiə, sünni, babı, şeyxi adları yox ikən sən var idin... Ey özündən xəbərsiz türk! Mədəniyyət əsrləri, nizam, idarə və asayiş üsulu "yasaq" qanunları hənuz Bağdad, Şam, Paris və Londonda yox ikən, sənin yurdunda var idi. Sənin öz dadlı dilini cığırından çıxarıb bugünkü acınacaq hala salan ərəb əlifba və yazısından əvvəl sənin göyçək əlifba və yazın var idi. Bəsdir, bəsdir, ey türk! Bir az ayıl... Əl-ayağını bir az tərpət! Vücudunu, varlıq ağacını soran, korlayan tikanları, sarmaşıqları, yad ağacların yarpaqlarını, budaqlarını qır at, qurtul. Vücuduna günəş, hava dəysin! Başını bir az yuxarı qaldır, öz varlığının, öz vücudunun qiymətini bil! İndiyə qədər yadlar üçün, özgə varlıqlar, özgə vücudlar üçün özünü həlak etmisən. Barı bundan sonra da olsa, ayıl, özünə gəl, öz gününə çalış!"
Mətbuat tarixçiləri qeyd edir ki, 1911-ci ildə C. Məmmədquluzadə Tiflisə, jurnalın müvvəqəti redaktoru Məmmədəli Sidqiyə göndərdiyi məktubda yazırdı: "Əzizim Məmmədəli! Bunu sənə əvvəllər də istəyirdim yazım ki, Faiq Əfəndi bundan sonra oranın sahibi-ixtiyarıdır, hərtərəfli".
Ömər Faiq təkcə "Molla Nəsrəddin" jurnalında deyil, eyni zamanda, o dövrdə çap edilən bir sıra qəzet və jurnallarda ("Açıq söz", "Tərəqqi", "İrşad", "Həyat", "Rəncbər", "Adıgün kolxozçusu", "Kommunist", "Qızıl bayraq", "Bağban" və s.) çıxış edib. Yazıları Ömər Faiq Nemanzadə, Ümidvar, Ümid, Faiq Nemanzadə, Lağlağı, Mozalan və s. ad və təxəllüslərlə çıxıb. Ömər Faiqin dövrün bir sıra mühüm ictimai-siyasi məsələləri haqqında müxtəlif mətbuat orqanlarındakı fəaliyyəti onu müasirlərinə yetkin qələm sahibi kimi tanıdır və sevdirir. Ömər Faiq Ahıskada erməni və gürcü dəstələrinin terror fəaliyyətini öz gözləri ilə görür. Onun bir sıra məqalələrindən aydın olur ki, Gürcüstanda səs salan "Gürcü işi" adlı əməliyyatın başlanması ilə əlaqədar o dərhal öz ictimai-siyasi fəaliyyətini dayandırır, həmin vaxtdan Gəncəyə köçüb fəaliyyətə başlayır, qəzet və jurnallarda tez-tez məqalələrlə çıxış edir. Ömər Faiqin ən fəal işlərindən biri 1917-1920-ci illərdə Ahıska (Axalsıx) bölgəsindəki fəaliyyəti olub. O, Cənub-Qərbi Qafqazda ilk müstəqil türk respublikası "Ahıska hökuməti-müvəqqətəsi"nə hökumət rəisi seçilib. Altı aydan sonra menşeviklər Gürcüstanı ələ keçirib və bu respublika ləğv olunub. "Cənubi-Qərbi Qafqaz hökuməti" yıxıldıqdan sonra o, Gürcüstan menşevik hökumətindən Ahıska və Ahılkələk əyalətlərinə muxtariyyət tələb etməyə başladı. Lakin bu arzusu həyata keçmədi. Əvəzində menşeviklər tərəfindən üç dəfə həbs olunub Metex qalasına salındı, lakin xalqın tələbi ilə yenidən azadlığa buraxıldı.
Onu da qeyd edək ki, Ömər Faiq 1920-ci ildə Gəncə Zəraət (kənd təsərrüfatı) Texnikumunun direktoru işləyib. O, 1920-1921-ci illərdə "Zəhmətkeşlərin gözü" jurnalının redaktoru, bir az sonra "Yeni fikir" redaksiya heyətinin üzvü seçilir. Sonra Gürcüstanda müsəlman işləri üzrə komitənin sədri təyin edilir. İnqilab illərində Ömər Faiq dəfələrlə həbs edilir. O, 1923-cü ildə Azərbaycana gəlib və 1924-cü ildə Azərbaycan SSR Xalq Maarif Komissarlığında işə düzəlib. O dövrdə dərsliklərin hazırlanmasına və onların çap edilməsinə yardım edir. Ömər Faiq Nemanzadə 1937-ci ildə Stalin repressiyasının qurbanı olur.
Ömər Faiq Nemanzadə böyük "Mollanəsrəddin"çi kimi tanınır. Dövrünün fəal qələm adamlarından olan Ömər Faiq Mirzə Ələkbər Sabirin şeirinin də qəhrəmanı olub. M.Ə.Sabirin həm Çar Rusiyası, həm də Abdulhamit dövrünün Osmanlısı tərəfindən inqilabçı fikirlərinə görə təqib olunan Ömər Faiq Nemanzadəyə yazdığı şeiri:
Söyləmədimmi sənə rahat otur, heyfsən,
Çəkmə bu millət qəmin, çək özünə keyf sən.
Xana deyildir sənin, getməlisən, zəifsən,
Eyləmədin etina, qissə haman oldumu?
Şimdi sənə mən deyən mətləb hasil oldumu?
Faidə verməz dedim etdiyin əfqan sənə,
Halına yandıqların eyləməz ehsan sənə.
Məskən olur aqibət guşeyi-zindan sənə,
Guşeyi-zindan sənə iştə məkan oldumu?
Şimdi sənə mən deyən mətləb hasil oldumu?
Mətbuat tarixçiləri bildirir ki, XX əsr Azərbaycan publisistikasının inkişafında böyük xidmətləri olan şəxslərdən biri də görkəmli jurnalist, molla nəsrəddinçilərin ideya rəhbərlərindən biri, C.Məmmədquluzadənin yaxın dostu və məsləkdaşı Ömər Faiq Nemanzadə fəal ziyalı kimi ölkədə baş verən ictimai-siyasi və mədəni hadisələrin fəal iştirakçısı olub. Mətbuat tarixçiləri yazır ki, xalqın maariflənməsi və azadlığı uğrunda yorulmadan mübarizə aparan Ömər Faiq cəmiyyətdə gördüyü nadanlığı, savadsızlığı və ədalətsizlikləri qələmə alaraq müxtəlif ədəbi məcmuələrdə dərc etdirirdi. 1905-ci ildə isə Ö.F.Nemanzadə Tiflisdə "Qeyrət" mətbəəsi açmağa nail olur. Adından göründüyü kimi, müəllif əqidəli, Vətən, millət təəssübü çəkən yurddaşlarını milli dirçəliş və milli birlik uğrunda qeyrət göstərməyə çağırırdı.
Tədqiqatçıların bildirdiyinə görə, Ömər Faiq Nemanzadə cəsarətli bir publisist kimi 1906-cı ildən 1917-ci ilə qədər "Molla Nəsrəddin" jurnalının məsul katibi olur. Professor Əziz Mirəhmədov Ömər Faiqin bu ədəbi məcmuələrdəki fəaliyyətini qiymətləndirərək yazırdı ki, gördüyü işin böyük əhəmiyyətini dərindən dərk etdiyi üçün Faiq bütün varlığını, bacarıq və qüvvəsini bu işə verirdi: "İstər "Qeyrət"in, istərsə də "Molla Nəsrəddin"in fəaliyyəti dövründə o, dostu Mirzə Cəlillə əl-ələ verib irticanın hücumlarını dəf edib, lazım gəldikdə hətta qaragüruhçularla açıq mübahisə və mübarizəyə də qoşulub. Faiq dostundan çevikliyi, yorulmazlığı, tez ünsiyyət bağlamaq xüsusiyyəti ilə də seçilirdi".
Tədqiqatçılar qeyd edir ki, başqa molla nəsrəddinçilər kimi Ömər Faiq də təhqirlərə, təqiblərə, təhdidlərə və həbs olunmasına baxmayaraq, öz kəsərli qələmi ilə ictimai həyatda və xalqın maariflənməsində inamla mübarizə aparırdı. Ö.F.Nemanzadənin ədəbi yaradıcılığı geniş və çoxşaxəlidir: bura mətbəəçilik və redaktorluqdan tutmuş, müxtəlif ədəbi dərgilərdə şeir, hekayə, məqalə, felyeton və s. janrlarda yazıb yaratması və maarifçilik sahəsində apardığı işlər daxildir. Mətbuat tarixi ilə bağlı keçən yazılarımızda da qeyd edirdik ki, Ö.F.Nemanzadə "Şərqi-rus", "Tərcüman", "Molla Nəsrəddin", "İrşad", "Həyat", "Açıq söz", "Sərvəti-fünun" və s. ədəbi məcmuələrdə çap olunub. Bu məqalə və felyetonları o, 40-dan çox, o cümlədən "Heyrani", "Məşrutəçi", "Lağlağı", "Ümidvar", "Ümid" imzaları ilə çap etdirib. Tədqiqatçılar yazır ki, həyatda rastlaşdığı bütün çətinliklərə baxmayaraq, bu vətənpərvər jurnalist xalqın xoşbəxt gələcəyinə ümidlə baxırdı. Bəllidir ki, dövrün qabaqcıl ziyalısı kimi o, öz xalqını dünyanın ən mədəni xalqları səviyyəsində görmək arzusu ilə yaşayır və nicat yolunu elmdə, təhsildə, xalqın maariflənməsində görürdü. Başqa millətlərin irəli getdiyi halda, o, "müsəlmanlarda bir tərpəniş" görmür, daxili bir təəssüf və narahatlıq hissi keçirərək yazırdı: "Qiyamətə qədərmi kor gəlib, kor gedəcəyiz? Qafil doğub, qafil öləcəyiz? Boynumuzdakı bu ağır cəhalət zəncirlərini, qəflət yüklərini məhşərə qədərmi sürükləyib götürəcəyiz?"
Ömər Faiq zəmanəsinin bütün insanlarını-şeyxülislamları, müftiləri, qazıları, mollaları, axundları, müəllimləri, qulluqçuları "geri qalan camaatın dərdinə qalmağa", öz mənəvi suverenliyi uğrunda mübarizəyə çağırırdı. Özgə millətlər, dünya gündən-günə dəyişib inkişaf etdiyi halda mübariz publisist özünəməxsus daxili bir yanğı ilə yazırdı: "Əsil islamiyyətdən, zəmanənin təqazasından bixəbər yatırıq, halbuki, zaman dəyişir, dünya dəyişir, hər zərrə dəyişir. İnsaf və mürvətmidir ki, bizlər hər şeydən də dışarı olaq? Dəyişməli, biz də mütləq dünyəvi əməllərimizi, göz görə təhlükələrə, səfalətlərə sürükləyən köhnə adətlərimizi, cahilanə fikirlərimizi, əməllərimizi dəyişməliyik. Və illa özgələr bizləri bütün özgə yolda dəyişdirib yox edərlər".
Maarif və mədəniyyəti inkişaf etdirməyin ən birinci şərtini o, kitab və qəzetlərdə-mətbuatda görürdü. Onun fikrincə, "hər millətin mədəniyyət və qüvvəti mətbəələrin sayı ilə mütənasibdir".
Ömər Faiq məqalələrindən birində yazırdı: "Ay mənim sevgili məzlum millətim, vaxtdır oyanaq, vaxtdır iş görək". Tədqiqatçılar yazır ki, Ö.F.Nemanzadənin publisistik yaradıcılığında dil məsələlərinə həsr etdiyi məqalələri xüsusi yer tutur. Qeyd edilənə görə, o, mübariz bir mətbuat işçisi, vətənpərvər ziyalı kimi daim Azərbaycan dilinin təmizliyi keşiyində dayanıb və bu sahəyə aid bir sıra məqalələr yazıb çap etdirirdi. Tədqiqatçılar onu da yazır ki, Ömər Faiqə görə, milləti sevməyin birinci əlaməti onun dilini sevməkdir. Professor Şamil Qurbanov yazırdı: "Milli dil problemi onun yaradıcılığında başlıca yer tuturdu. Bu da təsadüfi deyildi. Çünki XX əsrin Azərbaycan ziyalılarının əsas mübarizə hədəflərindən biri də milli dilə xor baxan, ona biganə olanlar idi. Ana dilinə olan məhəbbətin ifadəsidir ki, Ömər Faiq yazırdı: "Dil yoxluğu millət yoxluğudur", "Mən inanmıram ki, dilini sevməyən xalqını sevsin", "Məhəbbətlərimizin ən üst qatına dil məhəbbətini çıxarmalıyıq" və s. "Yazımız, dilimiz", "İkinci il"imiz adlı məqaləsində müəllif dilimizin ahəng qanununu inkar edib, onu ərəb-fars qəlibinə salmaq istəyənlərə tutarlı cavab verirdi. Dilimizdə əsl öz sözlərimiz olduğu halda, alınma sözlərin işlədilməsinə öz etirazını bildirirdi: "Biz deyirik: çox heyflər olsun ki, dilimizin yarısını ərəb və fars sözləri ilə doldurub bizi dilsiz və bədbəxt etmişlər. Elm və mərifətin camaat arasında yayılmağına böyük əngəl olmuşlar. Dilimizi genişləndirərkən, qaşımızı qayırarkən gözümüzü çıxarmışlar".
"Eşq və məhəbbət" məqaləsində Ömər Faiq qeyd edir: "Dilimiz dünyadakı asan və gözəl dillərdən biridir".
Ana dilimiz haqqında belə dəyərli fikir söyləyən Ömər Faiq həm dil, həm millət, həm də mətbuat fədaisi olub.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 03.09.2026 / 21:48
Səfərbərlik rəisi İbrahimovdan super dürüst mövqe - Həqiqi oxuyana, işləyənə güzəşt olacaq...
Tarix: 03.09.2026 / 20:23
Putin 102-ci bazanı da Ermənistandan çıxara biləcəyini açıq dedi - tam aydınlıq içində müəmma...
Tarix: 03.09.2026 / 15:08
Aqrar sektorumuzdan getməyən ət problemi - bahalaşma davam edir, heyvan sayı azalır...
SON XƏBƏRLƏR
06.09.2026 / 00:26
Kremldə üç saatdan çox davam edən Putin-Uitkoff-Kuşner danışıqları başa çatdı...
- YENİLƏNDİ
06.09.2026 / 00:19
Ağdamda traktor minaya düşdü
05.09.2026 / 22:12
Everest buzlaqlarını əridən… alpinistlərin sidiyi imiş…
İlginc…
05.09.2026 / 21:36
“Sputnik Armenia”dan Azərbaycanla aranı qatmaq üçün təxribatçı xəbər...
05.09.2026 / 20:34
Paşinyan Ermənistanın yenidən inqilaba ehtiyacı olduğunu deyir…
05.09.2026 / 20:11
Zelenskidən Putinin atəşkəs əmrinə reaksiya
- üç gün Moskvaya hücum olmayacaq…
05.09.2026 / 19:48
Səlim Müslümovun müsadirə edilmiş daha bir bahalı evi yarı qiymətinə satışa çıxarıldı
05.09.2026 / 19:32
Vətəndaşları aldatmaqda ittiham olunan turizm şirkətinin rəhbəri həbs edildi
05.09.2026 / 19:08
Bakıda narkotikin təsiri altında maşın sürən şəxs həbs edildi
05.09.2026 / 18:50
Serbiyanın hakim partiyası Vuçiçi rəsmən baş nazir vəzifəsinə namizəd göstərdi....
05.09.2026 / 18:12
ABŞ İranın üç neft tankerini vurdu və Tehrana xəbərdarlıq etdi
– birini vursanız üçünü vuracağıq…
05.09.2026 / 16:38
Putin Trampın elçilərini Kremldə qəbul edəcək…
05.09.2026 / 16:21
Putin Zelenskinin təklifini qəbul etdi
- Kiyevə hücumlar təxirə salındı…
05.09.2026 / 15:45
50 yüksək rütbəli hərbçi yalan detektorundan keçirildi, nazirin istefası tələb olundu
- İrana hücumla bağlı məxfi məlumatların sızdırılması ABŞ-ı qarışdırdı…
05.09.2026 / 15:07
Rusiya Ukraynanın atəşkəs təklifinə cavab vermir
- təklif Putinə çatdırılıb, ancaq…
05.09.2026 / 14:24
Rusiyada vəzifəlilərin şübhəli ölümlərinə daha biri əlavə olundu
– istefa verdi, qısa müddət sonra 9-cu mərtəbədən yıxıldı…
05.09.2026 / 13:55
Avrokomissar hərbi caninin qəhrəmanlaşdırılmasına görə Serbiyaya səfərini ləğv etdi…
05.09.2026 / 13:26
Rusiya səfiri Kiyevdə SBU binasına hücuma görə Slovakiya XİN-ə çağırıldı…
05.09.2026 / 13:09
Trampın sülh elçilərini daşıyan təyyarə Moskvaya endi…
05.09.2026 / 12:53
AB Xark adası sahillərində İran tankerini vurdu…
05.09.2026 / 12:37
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunub
05.09.2026 / 12:19
Armen Qriqoryan 2018-ci ilin "məxməri inqilabı"ndan kitab yazdı
- Suallardan isə yayındı...
05.09.2026 / 12:14
Azərbaycan LLDCs-nin vitse-sədri seçildi...
05.09.2026 / 11:50
Bir gündə axtarışda olan 149 nəfər saxlandı...
05.09.2026 / 11:40
Bakıda daha bir BMT tədbiri keçiriləcək -
Dördüncü İqlim Həftəsi
05.09.2026 / 11:22
ABŞ Ermənistana Azərbaycanla razılaşmaya görə 5 milyardlıq layihə verib...Hikmət Hacıyevdən maraqlı sitat...
05.09.2026 / 11:08
Erməni hüquq müdafiəçisi Azərbaycana böhtan atdı
- Ombudsmandan da tutarlı cavab aldı...
05.09.2026 / 10:32
"Skuter oyuncaq deyil, qaydalara ciddi əməl edilməlidir"
- DYP vətəndaşlara çağırış etdi...
05.09.2026 / 09:30
Nigerdə avqust üsyanının arxasından Makron çıxdı
- "şəbəkəyə o rəhbərlik edib"...
05.09.2026 / 00:49
Davudoğluna bu çıxışına görə cinayət işi açıldığı deyilir...
04.09.2026 / 22:43
ABŞ öz günahını Ukraynanın üzərinə yükləməyə çalışır
- qlobal enerji qiymətlərinin artmasında Kiyev günahkardır…
04.09.2026 / 22:26
Ukrayna Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qalacaq
- "Patriot" böhranı dərinləşir…
04.09.2026 / 22:16
Azərbaycanın reallıqları və Qərb mediasının dezinformasiya kampaniyası
04.09.2026 / 22:09
Deputat nazir parlamentdə çıxış edərkən it kimi hürməyə başladı...
04.09.2026 / 21:51
Almaniya-Rusiya münasibətləri 1-2-ci dünya savaşları ərəfəsindəki həddə qayıdır...
04.09.2026 / 21:33
Paşinyan özü üçün “ən real variantı” seçdi
- Putininsə variant seçmə imkanını “qeyri-real” hesab etdi...
04.09.2026 / 21:15
Lavrovun “uzaqgörənliyi”
- Ermənistanın Avropaya həvəsi çox tez sönəcək...
04.09.2026 / 20:57
Azərbaycana Ermənistandan ilk mal ixracı başladı
- Ticarət hansı valyuta ilə aparılacaq...
04.09.2026 / 20:42
Əliyevdən ATƏT-ə “30 illik səhvinizdən heç olmasa bundan sonra nəticə çıxarın” mesajı...
04.09.2026 / 20:29
Tibbdə maaş islahatının hədəflərindən biri
- Təcili yardım sürətlə dəyişəcək...
04.09.2026 / 20:15
İran 56 gəminin Hörmüz boğazından keçidinə qadağa qoydu...
04.09.2026 / 20:02
Meloni Prezident İlham Əliyevə təşəkkür etdi
04.09.2026 / 19:59
Zaxarova Paşinyana
- "Sən kişisən, yoxsa qadın?"...
04.09.2026 / 19:50
Paşinyan Rusiyanın 102-ci bazasını ölkədən çıxarmaqda israrlıdır...
04.09.2026 / 19:21
Məhkum ermənilərlə bağlı Paşinyanın “Əliyevlə müzakirə etdik” bəyanatında ciddi qüsur var...
04.09.2026 / 19:07
Prezident və Birinci xanımın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürüldü
- FOTO
04.09.2026 / 19:03
Rusiya Ukrayna Təhlükəsizlik Xidmətinin mərkəzi qərargahını vurdu
–birbaşa SBU rəhbərinin otağı hədəf alındı...
04.09.2026 / 18:51
ABŞ Ermənistanla İran sərhədində qoşun yerləşdirmək niyyətindədir –
iddia
04.09.2026 / 18:38
Trampın xüsusi nümayəndəsi Kiyevə getməkdən qorxur...
04.09.2026 / 18:27
Rusiyanın uzaq adasında bioloji silah sirləri gizlədilir...
ABŞ 2022-də "qara siyahı”ya salıb...
04.09.2026 / 18:25
Ermənistan-Rusiya münasibətlərinin “inventarlaşdlrılmasına” başlanılır...
Bu nədir?
04.09.2026 / 18:20
Çin Yaxın Şərqdə ABŞ-a meydan oxuyur -
Pekin mühüm gedişlərə başladı...
04.09.2026 / 18:03
Gümrüdəki 102-ci bazanın məsələsini Paşinyandan qabaq Putin özü qaldırdı -
şübhəlidir...
04.09.2026 / 17:51
Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq
04.09.2026 / 17:45
Tramp Rusiyanı səssiz şəkildə beynəlxalq təcriddən qurtarır -
G20 dəvəti təsadüf deyil...
04.09.2026 / 17:44
Meloni hökuməti rekord qırdı -
ən uzunömürlü hakimiyyət
04.09.2026 / 16:39
Seuta anklavına miqrant axınında İsrail barmağı -
İspaniya hökuməti ifşaedici hesabat açıqlayacaq...
04.09.2026 / 15:52
Rusiya TRİPP-lə bağlı əndişəsini gizlətmir -
bu dəfə Şevtsov dilləndi
04.09.2026 / 15:35
Ceyhun Bayramov İsveç səfiri ilə Azərbaycan-Aİ əməkdaşlığını müzakirə etdi
04.09.2026 / 15:12
ABŞ-İran savaşının qızışması neft qiymətlərini yenidən kəllə-çarxa çıxarır
04.09.2026 / 15:10
Prezident İsveçrə və Niderlanda yeni səfirlər təyin etdi
04.09.2026 / 14:57
Minatənizləmə üzrə beynəlxalq Bakı konfransının yekun sənədində mühüm maddə...
04.09.2026 / 14:33
Azərbaycanlı professor “The Guardian”ı fakt qarşısında qoydu -
Qarabağla bağlı təhriflərə etiraz olundu
04.09.2026 / 14:23
Külli miqdarda qızılı Türkiyəyə keçirmək istəyən qrup üzvlərinə hökm oxundu -
Naxçıvanda
04.09.2026 / 14:16
"Brutto müqavilə" modeli AYNA-nı saysız ictimai qınaqlardan necə qurtara bilər...
04.09.2026 / 13:50
Almaniya Ukrayna üçün hücum dronlarının kütləvi istehsalına başladı
- beş min…
04.09.2026 / 13:36
Azərbaycan-ŞƏT əməkdaşlığının geosiyasi əsasları
04.09.2026 / 13:21
Ukrayna Soçidə "Rosneft"ə məxsus neft anbarını və HHM batalyonunu bombaladı...
04.09.2026 / 13:08
SOCAR ilk dəfə İtaliyadan Gürcüstana benzin idxal edib
04.09.2026 / 12:57
Macarıstan Ukraynanın Aİ-yə üzvlük prosesini üçüncü dəfə blokladı
04.09.2026 / 12:45
Axtarışda olan 2 nəfər Rusiyada saxlanaraq Azərbaycana gətirildi
04.09.2026 / 12:33
Polşa minə yaxın rus diplomatın Avropadan qovulmasını təklif etdi...
04.09.2026 / 12:17
Oman İranla Hörmüz razılaşmasından imtina etdi…
04.09.2026 / 12:05
İngiltərənin 1918-ci il Azərbaycan siyasəti və Bakı uğrunda döyüşlər
04.09.2026 / 11:42
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşdı
04.09.2026 / 11:25
Əvvəlki dövrlərdən bağlı qalan 36 cinayətin üstü açıldı...
04.09.2026 / 11:08
Lənkəran, Şirvan və Yevlax Yaşayış Komplekslərində mənzillərin güzəştlə satışına başlandı
04.09.2026 / 10:41
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi bəyanat yaydı
04.09.2026 / 10:12
S&P: "Comstock"un SOCAR-la sövdələşməsi şirkətin kredit göstəricilərini yaxşılaşdıracaq"
04.09.2026 / 09:53
İrandan Rusiyaya narkotik daşıyanlar Biləsuvarda yaxalandı
04.09.2026 / 09:16
Prezident İlham Əliyev İtaliyanın Baş nazirini təbrik etdi
İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...
Populyar xəbərlər
Tarix: 10.08.2026 / 15:53
Marneulidə 8 avqust qəhrəmanlarının xatirəsi yad edilib
Tarix: 07.08.2026 / 22:55
SDU rektorundan Sumqayıtlı abituriyentlərə çağırış
Tarix: 08.08.2026 / 13:43
Bakının yeraltı mineral suları: Hidrogeoloji xüsusiyyətləri, şəhərsalma tarixi və istifadə perspektivləri
Tarix: 12.08.2026 / 18:15
XIX əsr Qarabağ memarlığının nadir nümunələri
- Ağdamın Abdal-Gülablı kəndində Kərbəlayi Səfixan Qarabağinin məscid və hamam kompleksi...
Tarix: 02.09.2026 / 21:38
Trampın İrana yeni zərbələrinin 2 hədəfi var -
neftin qiyməti və... Sanksiyalar iflas etdi...
XƏBƏR ARXİVİ