çərşənbə axşamı günü, 18 avqust 2026
     

Gömrük sistemində aparılan islahatlar: nəticələr, perspektivlər...

Image


Vətən sərhəddən başlayır, sərhəd isə gömrükdən. Gömrük həm də, obrazlı desək, ölkənin giriş qapısıdır və o “qapı”dan istər daha çox müsafirin, istərsə də daha çox mal və məhsulun daxil olmasının ən ümdə yolu operativlikdən, çevik idarəetmədən, şəffaflıqdan keçir...

Büdcə daxilolmalarının artmasının ən sadə yolu – qüsursuz fəaliyyət…

Azərbaycan Respublikası ikinci dəfə müstəqilliyini əldə etdikdən sonra ölkədə aparılan genişmiqyaslı islahatlarla ciddi irəliləyişlərə nail olunsa da, son illər dövlətin uğurlu reformist revanşı ölkə həyatının bütün sahələrində daha fundamental dəyişikliklərə səbəb olmaqdadır. Təbii ki, bu dəyişikliklər ölkənin gömrük sistemindən də yan keçməyib. Nəticədə gömrük orqanları qaranlıq reputasiyalı, mücərrəd fəaliyyətli qurumdan şəffaf fəaliyyəti ilə örnək ola biləcək bir struktur səviyyəsinə qalxıb. Bunun real təsdiqini görmək üçün Dövlət Gömrük Komitəsinin rəsmi elektron saytında yer almış büdcə daxilolmaları üzrə cədvələ vizual nəzər salmaq kifayətdir. Cədvəl 2007-ci ildən üzübəri dövrü əhatə etdiyindən, həmin dövrlə indini müqayisə xarakterli kiçik bir araşdırma apardıq və rəqəmlərin dili ilə dövlətin islahat siyasətinin necə böyük nəticələrə gətirdiyinə şahid olduq. Bu nəticələrə siz də baxın: 2007-ci ilin yanvar ayı üzrə gömrük sistemindən büdcə daxilolmaları 57.716,16 manat təşkil etdiyi halda, 2014-cü ilin eyni dövrü üzrə bu göstərici 97.313,21, yeni yola saldığımız 2019-cu il üçün isə 329.645,70 manat təşkil edib. Göründüyü kimi, fərq inanılmazdır. Əslində isə bu fərqin təkcə ölkəyə daxil olan xalis gəlirin artması ilə deyil, eyni zamanda, gömrük orqanlarının fəaliyyətinin gedərək şəffaflaşdırılması ilə bağlı olduğu mübahisəsizdir.

Ölkə başçısı genişmiqyaslı reformalara vergi və gömrük sistemindən başlamaqda tam haqlı idi…

Bu isə onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin ölkədə genişmiqyaslı reformalara məhz vergi və gömrük sistemlərindən başlaması çox uğurlu bir siyasətin başlanğıcı oldu. Dövlət başçısı ötən ilin mayında Nazirlər Kabinetində keçirdiyi rüblük müşavirədə bu məsələyə bir daha toxunaraq deyib:”İlin əvvəlindən Azərbaycan iqtisadiyyatında baş vermiş müsbət dəyişikliklər bizim potensialımızı gücləndirir, əhali tərəfindən yüksək qiymətləndirilir və bizə əlavə maliyyə resursu əldə etmək üçün şərait yaradır. Birinci rübdə büdcə daxilolmaları ciddi şəkildə - 200 milyon manatdan çox artıb. Bunun 150 milyon manatdan çox hissəsini vergi sahəsində, 50 milyon manatdan çox hissəni isə gömrük sahəsində əldə etmişik...”

Yanvarın 13-də 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə isə Prezident İlham Əliyev ötən il vergi və gömrük orqanlarında aparılmış islahatlar nəticəsində xəzinəyə plandan əlavə 1 milyard manat vəsait daxil edildiyini bildirib. “Bu, öz növbəsində imkan verdi ki, biz çox geniş sosial paketi əhaliyə təqdim edək və bunu etdik. Hesab edirəm ki, həm müasir Azərbaycanın tarixində, həm də MDB məkanında bu dərəcədə böyük sosial paket bu günə qədər reallaşmamışdır”-deyə ölkə başçısı çıxışında qeyd edib.

Elə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev də mətbuata müsahibəsində məhz bu məqamlara toxunub. Onun sözlərinə görə, ölkədə aparılan uğurlu iqtisadi islahatlar fonunda gömrük xidmətində həyata keçirilən reformalar xarici ticarət iştirakçılarının aktivliyini artırıb, biznes mühitinin əlverişliliyinin daha da yaxşılaşdırılması, rəqabətliliyin qorunub saxlanmasını, şəffaflığı təmin edib, eyni zamanda, bununla dövlət büdcəsinə gömrük ödənişləri üzrə daxilolmaların məbləğinin artırılmasına nail olunub.

Səfər Mehdiyev rəqəmlərin dili ilə nələrdən danışdı...

Komitə sədri deyib ki, son iki ildə “Dövlət büdcəsi haqqında” AR Qanunu ilə müəyyən edilmiş illik büdcə proqnozu ilə müqayisədə dövlət büdcəsinə 2 milyard manat artıq ödəniş təmin olunub: “2019-cu ildə Dövlət Gömrük Komitəsi üçün qanunla təsdiqlənmiş 3 milyard 702 milyon manat büdcə öhdəliyinə qarşı 11 ay ərzində 4 milyard 6 milyon manat gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülüb, proqnoza 611 milyon 610 min manat və ya 118,02 faiz, ötən ilin faktiki göstəricilərinə nisbətdə 753 milyon 300 min manat və ya 23,2 faiz büdcəyə artıq ödəmələr həyata keçirilib”.

Səfər Mehdiyev onu da deyib ki, idxal mallarına qanunvericilik aktlarına əsasən tətbiq edilən azadolmaları nəzərə alsaq, vergitutma bazası 50-55 faiz olmaqla, ötən illə müqayisədə dəyişməz qalıb. Aparılan islahatların məntiqi nəticəsi olaraq, gömrük orqanlarının etibarını qazanan şəxslərə münasibətdə sadələşdirilmiş gömrük rəsmiləşdirilməsini və digər imtiyazları özündə ehtiva edən müxtəlif proqramlardan istifadə edilir. Mövcud proqramların mahiyyətini dövlət-özəl sektor tərəfdaşlığı, gömrük orqanlarının biznes subyektləri ilə qarşılıqlı əlaqələrinin təşkili ilə əsaslandıran Komitə sədri bu cür sadələşdirmə proqramlarının ölkəmizdə tətbiq edilməsi məqsədilə Prezidentin 21 dekabr 2018-ci il tarixli, 427 nömrəli Fərmanı ilə “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ məsələsinə də diqqət çəkərək, həmin buraxılış sistemindən daimi istifadə hüququnun əldə olunması ilə əlaqədar 2019-cu il 1 fevral tarixindən daxil olan müraciətlər əsasında 500-dən artıq xarici ticarət iştirakçısına həm idxalda, həm də ixracda mövcud sistemdən istifadəyə icazələr verildiyini bildirib. Qeyd edək ki, bu sistemin məqsədi xarici ticarət iştirakçıları üçün daha əlverişli şəraitin yaradılmasından, biznesin dövlət tənzimlənməsi mexanizmlərinin effektivliyinin artırılmasından, eyni zamanda, gömrük nəzarətinin risq qiymətləndirilməsi və gömrük auditi əsasında daha çevik və şəffaf həyata keçirilməsindən ibarətdir ki, bununla fiziki gömrük yoxlamaları minimuma enir, ölkənin ixrac potensialı güclənir, məmur-sahibkar münasibətləri təkmil forma alır. Bütün bu yeniliklər isə Azərbaycan gömrüyünün inkişafından, onun beynəlxalq arenada bir çox ölkələrə nümunə göstəriləcək fəaliyyət mexanizminə sahib olmasından xəbər verir.

Dövlət orqanlarında fəaliyyət şəffaflaşdıqca büdcənin gəlirləri, geniş anlamda götürülsə, ölkənin qüdrəti artır...

Heç kəs üçün sirr deyil ki, 10-15 il əvvəl Gömrük Komitəsi ictimaiyyətə tam qapalı, fəaliyyəti haqqında heç bir məlumat verilməyən, ünvanına ən çox şikayətlərin səsləndiyi bir qurum idi. Bu “qaranlıq” fəaliyyət isə bir çox hallarda gəlirlərin gizlədilməsi, “kölgə iqtisadiyyatı”nın çiçəklənməsi ilə özünü büruzə verirdi. Beləliklə, Gömrük Komitəsi uzun müddət qalmaqallı qurum kimi tanınıb, hətta barəsində illərlə korrupsiyanın və rüşvətxorluğun tüğyan etdiyi qaranlıq bir imic formalaşıb. Lakin bu gün DGK bəlkə də ölkədə yeganə dövlət strukturudur ki, özü öz daxilində korrupsiyaya qarşı ardıcıl mübarizə aparır və konkret nəticələr ortaya qoyur. Ötən il Komitənin bir neçə yüksək çinli məmurunun elə Komitə rəhbərliyi tərəfindən ifşa olunaraq ədalət mühakiməsinə təqdim edilməsi deyilənlərə bariz nümunə sayıla bilər. Elə bu mübarizənin nəticəsidir ki, bu gün ölkənin gömrük sistemində tam şəffaflıq hökm sürür. Bu şəffaflığın əsas göstəricilərindən biri isə qurumun mətbuata açıq olması, qəzet və saytlara öz fəaliyyəti, qaçaqmalçılıqla mübarizəni əks etdirən gündəlik məlumatların verilməsilə özünü göstərir. Bu gün Komitənin Mətbuat xidmətinin, nəinki mətbu orqanlarda, hətta sosial şəbəkələrdə DGK-nın ünvanına səslənən ən kiçik iradın belə dərhal obyektiv şəkildə araşdırılması və ictimaiyyətə dolğun məlumatın çatdırılmasında maraqlı olması düşünməyə əsas verir ki, Komitə şəffaf fəaliyyəti özünün prioritet vəzifələrindən elan edib və heç bir halda fəaliyyətinin üzərinə kölgə düşməsinə imkan vermək istəmir. Bundan əlavə, Gömrük Komitəsi vaxtaşırı jurnalistlərin sərhəd-keçid məntəqələrinə səfərlərini təşkil etməklə də öz fəaliyyətilə bağlı ölkə əhalisinin daha əhatəli məlumata malik olmasına şərait yaradır ki, bunun özü də qurumun fəaliyyətində şəffaflığın qorunmasında maraqlı olduğuna sübutdur.

Azərbaycan gömrüyündə ən müasir informasiya texnologiyaları...

Azərbaycanın gömrük sisteminin şəffaf fəaliyyətinin daha bir səbəbi onun son dərəcə müasir və unikal informasiya texnologiyaları vasitələrinə malik olmasıdır. Belə ki, hazırda ölkəyə gətirilən mal və məhsulların ciddi gömrük nəzarətindən keçməsi üçün sərhəd-keçid məntəqələrində hər cür texnoloji vasitələr quraşdırılıb ki, bunun da nəticəsində sərhəddən qaçaq yolla hansısa yüklərin keçirilməsi halları minimuma endirilib. Eyni zamanda, yük avtomobilləri ölkə ərazisinə daxil olduqda onlara xüsusi çiplər yerləşdirilir ki, həmin çiplər vasitəsilə gömrük orqanları yüklər təyinat yerinə çatana kimi onları tam mənasında izləyə bilir. Bu isə istər ölkədə təhlükəsizliyin qorunmasında, istərsə də qaçaqmalçılıq cəhdlərinin qarşısının alınmasında çox ciddi irəliləyişlərə nail olunmasına gətirən unikal yeniliklərdir. Bu yeniliklərdən biri kimi isə Ələt Beynəlxalq Dəniz Ticarəti Limanında istifadəyə verilən Ro-Ro terminalını göstərmək olar. Bu sistemin özəlliyi ondadır ki, ölkəyə mal və məhsulların qəbulunda şəffaflığın təmin olunması ilə yanaşı, həm də sənədləşmə və digər üzücü proseslər avtomatik qaydada həyata keçirilir. Belə ki, Azərbaycanın dövlət sərhədini keçən və bu limana istiqamətlənən yükün elektron bəyannaməsi həmin anda Dövlət Gömrük Komitəsinin xəttilə buradakı Əməliyyat İdarəetmə Sisteminə daxil olur. Nəticədə həm yükün limana gəlmə tarixi bəlli olur, həm onun gözləmə ərazisində yeri ayrılır, həm də ödəmə rüsumu barədə informasiya onlayn formada daşıma şirkətinə göndərilir. Yükə dair məlumat isə limana daxil olan nəqliyyat vasitəsinin qeydiyyat nişanına əsasən əməliyyat sistemində əks olunur və yük sahibi bu məlumatı anında müşahidə edə bilir. Sənədləşdirmə bitdikdən sonra TIR gəmiyə yüklənir, təyinat limanı isə yük, onun çatdırılma vaxtı və gəmi barədə məlumat əldə edir. Beləliklə də əslində çox uzun və yorucu bir proses avtomatik qaydada, heç bir bürokratik əngəl olmadan tez bir zamanda həyata keçirilmiş olur.

“Qara bazar”ın “ağaran” hesabları...

Azərbaycanın müasir gömrük sistemindən danışarkən “yaşıl dəhliz” və “bir pəncərə” kimi unikal sistemlərin tətbiqindən söz açmamaq olmur. Çünki, məhz bu sistemlərin tətbiqi ticarətin asanlaşdırılmasına, tranzit yüklərin daşınmasının sürətləndirilməsinə xidmət etməklə, “kölgə iqtisadiyyatı”na qarşı mübarizəyə də öz müsbət təsirini göstərib. Dövlət başçısının “kölgə iqtisadiyyatı”na qarşı mübarizənin gücləndirilməsi barədə müvafiq icra orqanlarına verdiyi tapşırıqların yerinə yetirilməsinə dair çağırışlara artıq biznes subyektlərinin də qoşulması isə aparılan xarici ticarət əməliyyatları üzrə uçot və hesabatlılığın düzgün bəyan edilməsini şərtləndirib, nəticədə dövlət büdcəsinə qanunla müəyyən edilmiş vergi və gömrük rüsumlarının vaxtında və artıqlaması ilə ödənilməsi təmin olunub. Dövlət Gömrük Komitəsinin açıqlamasına görə, görülən tədbirlər nəticəsində son iki ildə idxal-ixrac əməliyyatları üzrə səffaflığın təmin edilməsi ilə beynəlxalq iqtisadi münasibətlər kontekstində illik ticarət dövriyyəsi böyük həcmdə artıb ki, bu da “güzgülü statistik uçot”un aparılmasını asanlaşdırır. Eyni zamanda, son iki il ərzində gömrük sahəsində hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi və gömrük xidmətində əməliyyat-axtarış fəaliyyətinin genişmiqyaslı formada həyata keçirilməsi “kölgə iqtisadiyyatı”na vurulan əsas zərbələrdən biri kimi xarakterizə olunur. Belə ki, 2018 və 2019-cu illər ərzində “qara bazar”da satış dəyəri 300 milyon dollarla ölçülən, ümumi çəkisi 3 tondan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, eyni zamanda, istehlak bazarında haqsız rəqabətə səbəb ola biləcək kontrafakt malların dövriyyəsinin qarşısı alınıb, qanun pozuntularına qarşı istintaq hərəkətləri həyata keçirilib. Bəşəri bir bəla sayılan “kölgə iqtisadiyyatı”na qarşı mübarizənin gücləndirilməsi məqsədilə gömrük işinin daha da sadələşdirilməsi isə onun təzahürlərinin aradan qaldırılmasında əsaslı rol oynayıb.

“Biz elə bir gömrük orqanı yaratmalıyıq ki...”

Hələ 1995-ci ilin yanvarında prezident yanında keçirilən müşavirədə Dövlət Gömrük Komitəsinin fəaliyyətinin müzakirəsi zamanı Heydər Əliyev sanki bugünkü gömrük sistemini xəyal edərək demişdi:"Biz elə bir gömrük orqanı yaratmalıyıq ki, o, xarici- iqtisadi əlaqələrimizdə öz yerini tutsun, iqtisadiyyatımızın inkişafına xidmət etsin, bütün hallarda müstəqil Azərbaycanın nüfuzunun yüksəldilməsinə öz töhfəsini versin". Bu gün əminliklə demək olar ki, mərhum prezidentin qoyduğu hədəfə çatılıb. Hazırda xarici iqtisadi əlaqələrin genişlənməsində, iqtisadiyyatın çiçəklənməsində və Azərbaycanın beynəlxalq siyasi arenada nüfuzunun əhəmiyyətli dərəcədə artmasında ölkənin mütərəqqi gömrük sisteminin oynadığı rol danılmazdır. Bu nüfuzun artmasını şərtləndirən daha bir faktor isə son illər Azərbaycanın həyata keçirdiyi beynəlxalq layihələrlə Şərqlə Qərbi qovuşduran tranzit ölkə rolunda inamla çıxış etməsidir. Artıq ən sərfəli tranzit nəqliyyat sisteminə malik ölkə kimi dünya dövlətlərinin diqqətini getdikcə daha çox üzərinə çəkən Azərbaycanın gömrük sisteminin bundan sonrakı uğurlu fəaliyyəti isə onun perspektiv gələcəyini təmin edəcək əsas amil kimi çıxış edir.

Müasir gömrük sisteminin təkmilləşməsi, ölkəyə mal və məhsulların giriş-çıxışının həm təhlükəsiz, həm də heç bir əngəl və süründürməçilik olmadan operativ həyata keçirilməsi, elə müvafiq dövlət proqramlarında da nəzərdə tutulduğu kimi, həm Azərbaycan insanının rifahına, həm də ölkə iqtisadiyyatının çiçəklənməsinə xidmət edir. Bu istiqamətlərin hər ikisi isə insan amilinə dayanır ki, bu mənada Azərbaycan gömrükçülərinin daşıdığı missiya həm çətin, həm də şərəflidir. Heç şübhə yoxdur ki, ölkənin gömrük strukturları bu əzmkarlığı gələcək illərdə də davam etdirəcək, media ilə qarşılıqlı əlaqələr nəticəsində isə bizlər bu uğurlardan daha çox yaza biləcəyik.

Samirə SƏFƏROVA

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim etmək üçün.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

18.08.2026 / 17:48
Ərdoğanın Avropa Birliyi ilə münasibətlərində qaranlıq şey qalmadı - məsələnin Azərbaycana təsiri olacaq?..

18.08.2026 / 17:34
Rusiya Xəzər dənizi vasitəsilə İrana dron və sursat tədarük edir…

18.08.2026 / 17:19
İndi də İran ABŞ-dan əl çəkmir - ABŞ-la İran rol dəyişdirirlər...

18.08.2026 / 17:02
Tramp Hörmüz boğazının xəritəsini "yeni ABŞ ərazisi" adı ilə paylaşdı…

18.08.2026 / 16:47
Paşinyan Rusiya ilə KTMT mübahisəsini özünə lazımlı sonu görünməyən ritorikaya çevirir...

18.08.2026 / 16:31
Türkiyədə yayın dadı yalnız dənizdə deyil, süfrədə də yaşanır

18.08.2026 / 16:16
Mütəşəkkil köləlik: Rusiyanın sərt miqrant qaydaları

18.08.2026 / 16:05
Doğum sürətlə azalır, ölüm sayı artır...

18.08.2026 / 16:01
Ermənistan-Azərbaycan sərhədində ticarət - Ermənistanın tekstil istehsalı Azərbaycan xammalına əsaslana bilər...

18.08.2026 / 15:56
Rusiyanın Ukraynadakı quru qoşunları ardıcıl şəkildə zəiflədilir... Necə?

18.08.2026 / 15:51
"Təhlükəsizlik bizim gündəliyimizdə prioritet olmağa davam edəcək"" - Prezident

18.08.2026 / 15:49
Kedminin Azərbaycan tarixini hədəfə alan ritorikası - tarixi silmək cəhdi, yoxsa yeni siyasi təxribat?

18.08.2026 / 15:26
Prezident İlham Əliyev Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO

18.08.2026 / 13:58
Türkiyə Qara dənizdə alternativ logistika yaradır - İydərə limanı

18.08.2026 / 13:43
Bəşər Əsədin əmisi oğlu da edam cəzasına məhkum edildi...

18.08.2026 / 13:26
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı...

18.08.2026 / 13:20
Rusiyada miqrantlar üçün giriş tələblərinin daha da sərtləşdirilməsi təklif edildi...

18.08.2026 / 13:07
Tramp Məkkə sazişinə rişxənd elədi...(?)

18.08.2026 / 12:51
Husilər Saudi Aramco neft emalı zavoduna hücum etdi…

18.08.2026 / 12:36
Ukrayna ilk dəfə Rusiya daxilindəki hədəfləri Britaniya dronları ilə vurdu – Moskva Londonu hədələdi…

18.08.2026 / 12:14
Övladlarından ayrı qalan ana iki azyaşlı uşağına qovuşdu

18.08.2026 / 12:02
“Kərkükdən gələn səs”: unudulmuş nəğmələr yenidən səhnəyə qayıdır

18.08.2026 / 12:00
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub

18.08.2026 / 11:46
Mətbuat Şurası Bəyanat yaydı

18.08.2026 / 11:41
Mətbuat Şurası Rusiya KİV-lərində Azərbaycana qarşı təhdidləri pislədi - BƏYANAT

18.08.2026 / 11:30
Hörmüz boğazında daha bir gəmiyə atəş açıldı – ölən var…

18.08.2026 / 11:19
Trampın reytinqi 33%-ə düşüb - Reuters/Ipsos

18.08.2026 / 11:09
Trampın komandası ilə bağlı maraqlı fakt ortaya çıxdı - 57 məmurun sərvəti dodaq uçuqlatdı…

18.08.2026 / 10:55
Axtarışda olan 101 nəfər saxlandı

18.08.2026 / 10:41
Lavrov qəzəbləndi - Yaponiya "əxlaq həddini aşıb", səfir XİN-ə çağırıldı, amma gəlmədi

18.08.2026 / 10:18
İran Bərzaninin ofisinə edilən hücuma münasibət bildirdi – ehtiyatsızlıq…

18.08.2026 / 10:02
Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olundu

18.08.2026 / 09:43
Tovuzda avtomobil su arxına düşdü, sürücü öldü

18.08.2026 / 09:25
Ukrayna Qara dənizdə rus nefti daşıyan Yunanıstan tankerini vurdu…

18.08.2026 / 09:03
Elbrusda 8 alpinist itkin düşdü

18.08.2026 / 08:24
Türkiyənin S 400-nə dünyada sahib çıxan yoxdur - milyardlar metalloma verilə bilər

18.08.2026 / 07:12
Kuşner Yaxın Şərq səfərindən “əliboş” döndü - Netanyahu “öncə HƏMAS” dedi

18.08.2026 / 06:53
Yaponiya səfiri Rusiya XİN-ə getmək qərarı verdi - Lavrovun atmacasından sonra…

18.08.2026 / 06:41
Xaricdən maliyyələşmə şübhəsi “Yabloko”nu Dumadan kənarda qoydu

18.08.2026 / 06:29
Qara dənizdə Rusiya nefti daşıyan yunan gəmisinə hücum edilib

18.08.2026 / 06:16
Konqres Demokratları Trampın səlahiyyətlərini məhdudlaşdırmaq niyyətindədir - Omana təhdidlərdən sonra…

18.08.2026 / 06:08
Fidan və Araqçi arasında yeni “Hörmüz müzakirəsi” - sırada nə var…

17.08.2026 / 21:47
İran ABŞ-a bir neçə həftə vaxt verdi – razılaşma yerinə yetirilməsə, hücuma başlayacağıq…

17.08.2026 / 21:23
Saakaşvili düz deyirsə, Gürcüstan Bakı və İrəvana qarşı Kremlin oyunlarını oynayacaq...

17.08.2026 / 20:56
Zəngəzur dəhlizindən İrana ikinci dəmir yolu - ABŞ-İran savaşı davam etsə...

17.08.2026 / 20:43
Putinin öz partiyası da xarici maliyyə mənbələrindən asılı vəziyyətə düşüb... 810 milyard...

17.08.2026 / 20:17
Lavrov Türkiyəyə - Eyni vaxtda həm Avropada, həm NATO-da, həm də Rusiya ilə dostluq olmaz...

17.08.2026 / 19:56
Ermənistan vətəndaşlığı almaq istəyən xarici ermənilərlə ciddi problem yaranıb...

17.08.2026 / 19:11
“Avroittifaq Azərbaycanla münaqişədə (?) Ermənistanı müdafiə edə bilməyəcək”...

17.08.2026 / 18:38
Azərbaycana qarşı terror və zorakılıq çağırışları edən 3 Rusiya vətəndaşı beynəlxalq axtarışa verildi...

17.08.2026 / 18:03
Tramp Omanı vurmaqla hədələdi - "yolumuza çıxarlarsa, onları yerlə bir edərik”…

17.08.2026 / 17:40
Böyükşor gölünün suyu yaşıl rəngə boyandı - Dövlət Xidməti səbəbi açıqladı...

17.08.2026 / 17:23
Husilər Qırmızı dənizdə Səudiyyənin hərbi gəmilərinə raket zərbələri endirdi…

17.08.2026 / 17:05
İran Ermənistanı hərblə hədələyir - İrəvan qorxu içində...

17.08.2026 / 16:52
ABŞ Çindən donanmanı geri çəkir - Vaşinqtonda yeni siyasi qalmaqal başladı...

17.08.2026 / 16:38
Gürcüstan tezliklə Rusiyanın bir hissəsi ola bilər

17.08.2026 / 16:31
İran İraq Kürdüstanının baş nazirinin ofisini bombaladı…

17.08.2026 / 16:20
Azərbaycan diasporunun Moskvadakı rəhbəri Rusiyadan deportasiya edildi...

17.08.2026 / 16:06
Rusiya Ermənistan mallarını Azərbaycan məhsulları ilə əvəzləyir...

17.08.2026 / 15:50
Azərbaycan Xəzər dənizini Avropa ilə Asiya arasında rəqəmsal körpüyə çevirir...

17.08.2026 / 15:43
Nikah və boşanmaların sayı azalıb...

17.08.2026 / 15:36
Azərbaycan əhalisinin sayı açıqlandı

17.08.2026 / 15:23
Ceki Çanın Azərbaycandakı film çəkilişləri başa çatdı

17.08.2026 / 15:15
Dövlət qulluqçularının adından kiberdələduzluq edən dəstə ifşa edildi - VİDEO

17.08.2026 / 14:57
Trampın "Hörmüzü işğal planı"nın görünməyən və görünən tərəfləri...

17.08.2026 / 14:41
Bakıda Taras Şevçenkonun abidəsinin yerləşdiyi meydana onun adı verildi

17.08.2026 / 14:15
Netanyahu Qəzzanın qisasını İspaniyadan belə alır - Mərakeşdə nə baş verir...

17.08.2026 / 14:01
Ukrayna səfiri Prezident İlham Əliyevə təşəkkür etdi

17.08.2026 / 14:00
Gürcüstandan Azərbaycana və Ermənistana avtomagistral çəkilişi niyə ləngidildi?..

17.08.2026 / 13:48
Rusiya Türkiyənin Qara dənizdə atəşkəs təklifini qəbul etmədi...

17.08.2026 / 12:56
İlk dəfə açıqlandı - ABŞ İrana Vyetnam müharibəsindəkindən daha çox bomba atıb…

17.08.2026 / 12:36
Ərdoğan İsraillə mümkün müharibədən danışdı – “Türkiyə bundan çəkinməyəcək”…

17.08.2026 / 12:21
İran müharibəsi İraqı pulsuz qoydu - neft gəlirləri bir gecədə 6,8 milyarddan 2 milyard dollara düşdü…

17.08.2026 / 12:15
Prezident DSX-nin bir qrup hərbi qulluqçusunu təltif etdi

17.08.2026 / 12:12
Bir qrup hərbçi və mülki işçi ölümündən sonra "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi

17.08.2026 / 12:10
Dövlət Sərhəd Xidmətinin bir sıra hərbçisinə ali hərbi rütbələr verildi - SƏRƏNCAM

17.08.2026 / 11:46
Prezident İlham Əliyevə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

17.08.2026 / 11:44
Prezident İlham Əliyev Ukraynanın sabiq Prezidenti Yuşenko ilə görüşdü - FOTO

17.08.2026 / 11:32
Avqustun 28-də bu ilin ikinci Ay tutulması olacaq

17.08.2026 / 11:15
Prezident İlham Əliyev indoneziyalı həmkarını Müstəqillik Günü münasibəti ilə təbrik etdi

17.08.2026 / 10:58
Salyanda 16 yaşlı qızın toyu polisin müdaxiləsindən sonra təxirə salındı

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ