Cümə günü, 16 oktyabr 2026
     

Asiya nəhənglərinin diqqəti Azərbaycana yönəlir

Image


Bu gün Asiya nəhəngləri adlandırılan, dünyanın ən çox əhalisinə malik ölkə olaraq birinci və ikinci yerləri bölüşən Çinlə Hindistanın Azərbaycana maraqlarının artan xətt üzrə inkişaf etməsi özünü qabarıq şəkildə büruzə verir.

Belə görünür ki, hər iki ölkə qarşıdakı dövr ərzində Azərbaycanla ilk növbədə iqtisadi müstəvidə əməkdaşlığı əhəmiyyətli dərəcədə dərinləşdirməkdə maraqıldır. Digər tərəfdən, səslənən fikirlərdən o da bəlli olur ki, hər iki ölkə iqtisadi əməkdaşlığının dərinləşməsi fonunda Azərbaycana müxtəlif istiqamətlərdə, o cümlədən qeyri-neft sektoruna sərmayə yatırılmasına da xüsusi maraq göstərir. Məsələn, Hindistanın Azərbaycandakı səfiri Bavitlung Vanlalvavna  qeyd edir ki, Hindistan şirkətləri indi Azərbaycana daha çox maraq göstərməyə başlayıb: “Hindistan şirkətləri Azərbaycanda əməkdaşlıqda maraqlıdır. Hindistan Sənaye Konfederasiyasının təmsilçilərinin Azərbaycana gəlişi də bunun təsdiqidir. Nümayəndə heyətinə turizm, ticarət, təhsil, enerji sahəsində fəaliyyət göstərən şirkətlər daxildir. Azərbaycan Hindistanın ixracında 4-cü ölkədir, ixracımızın 5,5%-i Azərbaycanın payına düşür. Əczaçılıq, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Ötən il Hindistandan Azərbaycana 40 min turist gəlib. Bu rəqəm ilbəil artır. Bu ilin 7 ayında Hindistandan Azərbaycana 33 min turist gəlib". Səfir bir daha qeyd edib ki, son illər ərzində Azərbaycana səyahət edən turistlərin sayında artım olub.

Hindistanla yanaşı, Çin də Azərbaycana sərmayə qoyuluşuna xüsusi diqqət yetirməyə başlayıb.  Çinin "Global Times" qəzetinə müsahibəsində baş nazirin müavini Şahin Mustafayev də bunu xüsusi vurğulayır: "Bu il biz Çin şirkətlərinin Azərbaycan məhsullarına və ölkəyə investisiya qoymaq istəkləri ilə bağlı daha çox maraqlarının yarandığını görürük". Ş.Mustafayev qeyd edib ki, Prezident İlham Əliyev ona yeni vəzifəsinin icrası zamanı Azərbaycan-Çin iqtisadi əlaqələri təşviqini davam etdirməyi həvalə edib:“İqtisadiyyat və ticarət, nəqliyyat, turizm, kənd təsərrüfatı, rabitə və texnologiya sahələrində əməkdaşlığı daha da irəli aparmaq üçün iki dövlət başçısının siyasi iradəsinə, iki xalq arasındakı dostluq və xoş münasibətə, iki ölkənin iqtisadi potensialına əsaslanacam”. 

Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın Çinlə ticarət dövriyyəsi 1,7 milyard dollara çatıb ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 96% çoxdur. Azərbaycan və Çin arasında 2015-ci ildə "İpək Yolu İqtisadi Kəməri"nin yaradılmasının birgə təşviq edilməsi üzrə anlaşma memorandumu imzalanandan bəri iki ölkə arasında ticarət dövriyyəsi 2,5 dəfə artıb.

Azərbaycan Prezidenti İlham Əliyev və Çin rəhbəri Si Tszinpin arasında 2019-cu ilin aprelində Pekində keçirilmiş "Bir kəmər, bir yol" ikinci beynəlxalq forumu çərçivəsində keçirilmiş görüş ikitərəfli əlaqələrin inkişafına yeni təkan verib. Bu forum zamanı Azərbaycan Çin şirkətləri ilə dəyəri 800 milyon dollardan çox olan 10 ortaq sənəd imzalayıb. 2019-cu ilin yanvar ayından sentyabr ayına qədər Azərbaycana gələn çinli turistlərin sayı 64% artıb. İl ərzində bu rəqəmin daha da artması gözlənilir. Hindistan və Çinin Azərbaycana diqqətini artıran daha bir mühüm məqam isə beynəlxalq daşımalar sahəsində qurulan əməkdaşlıqdır. Məlumdur ki, Azərbaycan və Hindistan  Orta Şərqi Qafqaz, Mərkəzi Asiya, Rusiya və Avropa ölkələri ilə birləşdirən "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi layihəsinin iştirakçılarından biridir. Bu layihənin reallaşdırılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır. Hazırkı marşrut, yəni Suveyş kanalı üzrə çatdırılma vaxtı 45-60 gündür, "Şimal-Cənub"  vasitəsilə 14-20 gün olması gözlənilir. Dəhlizin Azərbaycan ərazisi üzərindən keçən hissəsində gözlənilən yükdaşıma həcmi birinci mərhələdə 3 milyon ton, ikinci mərhələdə 5-8 milyon ton, üçüncü mərhələdə  15 milyon ton təşkil edəcək. Müddət və səmərəlilik, eləcə də gəlir baxımından Azərbaycan və Hindistan "Şimal-Cənub"a xüsusi maraq göstərir. Çin üçün isə "Şərq-Qərb" marşrutu, o cümlədən onun əsas tərkib hissəsi olan Bakı-Tiflis-Qars dəmir yolu xətti böyük önəm kəsb edir. Burada bir məsələni də xatırladaq ki, Çinin elan etdiyi “Bir kəmər, bir yol” iqtisadi inkişaf strategiyası həm də Şərqdən Qərbə güzəştli şərtlərlə birbaşa malgöndərmələr üçün ticarət dəhlizinin yaradılmasını nəzərdə tutur. Onun başlıca vəzifəsi Çindən və Cənub-Şərqi Asiyanın digər ölkələrindən Avropaya yüklərin daşınmasıdır. Yəni bu dəmir yolu qitələrarası daşımalar üçün böyük imkanlar yaradır. Yeri gəlmişkən qeyd edək ki, Çin məhsullarının Avropaya ixracında bundan sonra Azərbaycan ərazisindən daha geniş şəkildə istifadə etmək qərarına gəlib. Söhbət ondan gedir ki,  Çinin ilk yük qatarı elə bu günlərdə  Bakı-Tiflis-Qars dəmir yolu ilə Avropaya yola salınıb. Çinin Sian şəhərindən yola düşən və Bakı-Tiflis-Qarsla Ankaraya çatan “China Railway Express” yük qatarı Türkiyədən Avropaya çatıb. 42 konteynerdən ibarət “China Railway Express” blok qatarı İstanbul boğazından keçməklə polad magistrallar üzərində Avropaya hərəkət edən ilk yük qatarıdır. Bakı-Tiflis-Qars dəmir yolu xətti Çinlə Türkiyə arasında yükdaşımaların müddətini 1 aydan 12 günə endirib. Məhz bu da Çinin Azərbaycanın nəqliyyat infrastruktuna marağını artırır. Xatırladaq ki, dünyanın ən böyük iqtisadiyyatına malik ölkələrdən olan Yaponiya da Çindən sonra öz məhsullarını Azərbaycan üzərindən dünya bazarlarına çıxarmağa başlayıb. Artıq Yaponiyanın Mie prefekturası ilə “HIS Co. Ltd” şirkəti arasında yapon ərzaq məhsullarının Azərbaycan vasitəsilə dünya bazarlarına çıxarılması məqsədilə strateji əməkdaşlıq müqaviləsi də imzalanıb. Bütün bu qeyd edilənlər bir daha göstərir ki, Asiyanın iqtisadi nəhəngləri üçün Azərbaycan artıq xüsusi diqqət mərkəzində yer almağa başlayır. Hərtərəfli inkişaf edən əlaqələr isə Azərbaycana yeni böyük iqtisadi dividendlər vəd etməklə yanaşı, onun beynəlxalq miqyasda nüfuzunu da əhəmiyyətli dərəcədə artırır.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ