Cümə günü, 16 oktyabr 2026
     

Azərbaycana “manat seli” gəlir

Image


Ölkə iqtisadiyyatında bu gün ən çox diqqət mərkəzində olan məsələlərdən biri də dövriyyədəki pul bazası ilə bağlıdır. Məsələni hazırda aktuallaşdıran məqamlardan biri də cari ildən etibarən məvacib və digər müavinətlərin artımı fonunda bunun pul bazasına və qiymətlərə təsiridir. 

Aydındır ki, maaş və müavinətlərin artımı fonunda pul bazasını həcmində mütləq şəkildə artım olacaq. Ekspertlərin fikrincə isə pul bazası artımının iqtisadiyyata müsbət təsirləri olacaq və əslində, Azərbaycanda bu bazanın artımı artıq zərurətdir. Düzdür, pul bazasının məhdudlaşdırılması manatın məzənnəsini və eləcə də inflyasiya səviyyəsini tənzimləməyə imkan versə də, real sektorda xərcləmələri məhdudlaşdırır. Bu isə iqtisadi inkişafa əngəl yaradır. Xərcləmələrin genişlənməsi real sektorun inkişafı baxımından vacibdir. Pul bazasının kiçilməsi manat qıtlığı yaradır ki, bu da birbaşa istehlakçıları xərcləməyə deyil, imkan daxilində yığıma təşviq edir. Banklarda nağdlaşdırma ilə bağlı limitləri və qadağaları da bura əlavə etsək, o zaman manat bazasının azalmasına bunun nə dərəcədə ciddi təsir etdyini təsvir etmək çətin olmaz. Araşdırmalar göstərir ki, sərt pul-kredit siyasəti manat bazasının genişləndirilməsinə imkan vermir ki, bu da real sektorun əsas çətinliklərindən birinə çevrilir. Manat qıtlığı nəinki uzun, hətta orta müddətli dövr üçün iqtisadi baxımdan arzuolunan deyil. Real sektorun və eləcə də qeyri-neft sektorunun inkişafı birbaşa pul bazasının optimallaşdırılması səviyyəsi ilə bağlı olduğundan, manat bazasının genişləndirilməsinə ehtiyac var. Ölkədə maaş və müavinət artımı isə buna təkan verəcək mühüm faktorlardan sayılır.

Məlumat üçün onu da bildirək ki, Azərbaycanda pul bazası sentyabrın 1-nə 10 milyard 157,6 milyon manat təşkil edib. Bu rəqəm ötən illə müqayisədə 611,9 milyon manat çoxdur. 2018-ci ilin sonuna pul bazası 9 milyard 545,7 milyon manat olub. İlin sonuna kimi bazanın daha da artması gözlənir.
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov  da bildirir ki, indiki halda, Azərbaycanda pul kütləsi kritik dərəcədə azdır: "Dinamik inkişaf edən milli iqtisadiyyatlarla müqayisədə Azərbaycan iqtisadiyyatında pul kütləsi az olub. Pul kütləsinin də böyük hissəsi məhz nağd pul bazasına aiddir. Bu, iqtisadi inkişafa mane olur, çünki milli iqtisadiyyatın dayanıqlı inkişafı üçün daim investisiya, daim pul kütləsi olmalıdır. Amma burada bir məqam ondan ibarətdir ki, artıq qeyri-nağd pul kütləsi var. Amma biz hələ də qeyri-nağd hesablaşmaların daha yüksək xüsusi çəkiyə malik olmasına nail ola bilmirik. Qeyri-nağd pul kütləsi çox olanda iqtisadi proseslərin şəffaflığına, dinamizminə müsbət təsir göstərir".

O bildirib ki, son aylarda pul bazasının artması müəyyən iqtisadi canlanma, sosial paket ilə izah oluna bilər: "Bu artımın bir tərəfdən məhz nağd pula aid olması mənfi məqamdır. Çünki qeyri-nağd pul kütləsinin artması daha məqsədəuyğun olardı. Amma, bütövlükdə, pul bazasının artımının müsbət tərəfləri ondan ibarətdir ki, bu, alıcılıq qabiliyyətinin artmasına və iqtisadi proseslərin stimullaşdırılmasına xidmət edir. Ona görə də burada əsas məsələ pul kütləsinin artımına nail olmaqdır. Artan pul kütləsinin daxilində də qeyri-nağd pul vəsaitlərinin xüsusi çəkisi daha üstün olmalıdır və təəssüf ki, hələlik buna nail olmamışıq".

Ekspertin sözlərinə görə, Mərkəzi Bank pul-kredit siyasətini yumşaldaraq investisiyaların artımına nail olacaq: "Çünki bu ilin dinamikasında investisiyaların azaldığını görürük və bu, qəti şəkildə yolverilməzdir, investisiyalar artmalıdır. İnvestisiyaların artımı üçün də pul kütləsi artmalıdır". Professor "Sputnik" portalına bildirib ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları daxildir: "İqtisadiyyatın inkişafına əsasən nağd olmayan vəsaitlər xidmət etməlidir. Bu isə təxminən 4-5 milyard manatdır. Pul kütləsinin üçdə ikisi məhz nağd puldur. Amma, ümumilikdə, nağd və qeyri-nağd vəsaitlər çox azdır. Bizim ÜDM 80 milyard manatdırsa, pul kütləsi isə 15 milyard manatdırsa, bu, ÜDM-in 20 faizi də etmir. Amma aparıcı iqtisadiyyatlarda bu göstərici ən azı 70-80 faiz olmalıdır. Bu, sistemli məsələdir və pul bazasının azalması düzgün deyil. Pul bazası azalanda Azərbaycanda bütün pul kütləsi azalır və bu da problemdir. Pul kütləsini artırmadan investisiyaları necə artıracağıq? İnvestisiya olmayan yerdə iqtisadi inkişaf necə ola bilər? Burada koordinasiya olmalıdır. İnvestisiyaların artımına da bilavasitə bank sektoru cavabdeh olmalıdır. Bank sektoru bunun üçün kreditləri artırmalıdır. Çünki investisiyanın artımı kreditlə bağlıdır. Kredit artmırsa, investisiya da artmır".

Hələlik isə, yuxarıda qeyd olunduğu kimi, maaş və müavinətlərin artımı fonunda dövriyyəyə əlavə vəsait daxil olması pul bazasının da həcmini artıracaq. Xatırladaq ki, təkcə minimum əməkhaqqının artımı birbaşa olaraq 950 minədək insanı əhatə edəcək. Həmin insanlardan 600 mini dövlət, 350 mini özəl sektorda işləyənlərdir. Bu artımın təmin edilməsi üçün dövlət büdcəsindən illik 780 milyon, 2019-cu il sentyabr-dekabr ayları üzrə 245 milyon manat əlavə vəsait ayrılması təmin olunacaq. Minimum əməkhaqqı və dövlət sektorunda işləyənlərin əməkhaqlarının artımı ümumən 1 milyon 350 min insanı əhatə edəcək. Bütün bunlar isə, yuxarıda qeyd olunduğu kimi, pul bazasının həcmini əhəmiyyətli dərəcədə yüksəldir. Digər tərəfdən xatırladaq ki, dövlət başçısının təşəbbüsü ilə həyata keçirilən ilk sosial paket 3 milyon insanı əhatə etməklə onların illik maliyyə tələbinin qarşılanmasına 1,6 milyard manata bərabər vəsait sərf olunmasına gətirib çıxarıb. İkinci paket isə, yuxarıda qeyd olunduğu kimi, bu aydan icraya yönəldilir. Ümumilikdə isə iki sosial paketin maliyyə tutumu təkcə bu il üçün 2,3 milyard manatdır. Davam etdiriləcək sosial tədbirlərə növbəti ildə 3 milyard manat xərclənəcək. Bunlar həm də pul bazasını artırmaqla real sektorun inkişafına da təkan olacaq.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ