şənbə günü, 10 oktyabr 2026
     

Rusiya-Ukrayna müharibəsi Azərbaycanda narçılığı çökdürür...

Image


Azərbaycanın qeyri-neft ixracında aqrar məhsulların xüsusi çəkisi davamlı şəkildə artıb. Lakin indi dünyada yaşanan geosiyasi ziddiyyətlər, silahlı münaqişələr bu prosesə təsirsiz ötüşmür. Bunu ixrac edilən aqrar məhsullar arasında xüsusi çəkiyə malik narın timsalında görmək olar.

Qeyd edək ki, son illərdə Azərbaycanda nar istehsalında artım qeydə alınır. Ötən il ölkədə toplam 185 min ton nar yetişdirilib. Halbuki, 2016-cı ildə qeydə alınan göstərici bundan 40 min ton az olub və 145 min ton təşkil edib. Ötən 5 ildə məhsuldarlıq 30 faiz artsa da, əkin sahələrinin həcmi dəyişməyib. İstər 2016-cı, istərsə 2021-ci ildə nar əkinlərinin sahəsi 2 min hektar olub. Bu baxımdan, məhsuldarlığın artımı göz önündədir: Əgər 2016-cı ildə bir hektarda 79 ton nar yetişdirilmişdisə, ötən il bu göstərici 102 tona yüksəlib. Azərbaycanda yetişdirilən narın 23 faizi təkcə bir rayonun – Göyçayın payına düşür. Ötən il ölkədə istehsal edilən 185 min ton narın 43 min tonu məhz Göyçayda yetişdirilib. İkinci yeri Kürdəmir rayonu tutur. Ötən il Kürdəmirdə 32 min ton nar yetişdirilib. Bu, ölkə üzrə toplam istehsalın 17 faizi deməkdir. Şəmkir (7.5 faiz), Sabirabad (7.3 faiz) və Hacıqabul rayonları (6 faiz) da nar istehsalına görə ölkədə ilk beşlikdədir. Ölkə üzrə qeydə alınan toplam nar istehsalının 50 faizdən bir qədər artıq hissəsi Mərkəzi Aran iqtisadi rayonunun payına düşüb. Lakin indi ixracda müəyyən problemlər üzə çıxıb. Rusiyanın Ukraynaya hücumu ilə başlayan və hələ də davam edən müharibə qlobal bazarlarla yanaşı, yerli istehsalçılara da təsir edib. Azərbaycanın nar istehsalçıları da müharibədən təsirlənənlər arasındadır. Çünki  hər iki ölkə Azərbaycanın ixracında mühüm yer tutur. Özəlliklə kənd təsərrüfatı məhsullarının ixracatçıları üçün hər iki ölkə ayrıca önəm daşıyır. “Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Fərhad Qaraşov  da qeyd edir ki, Rusiya-Ukrayna müharibəsi Azərbaycanın nar ixracında əsas bazarları olan Rusiyaya tədarükü 45 faiz, Ukraynaya isə 83 faiz azaldıb. Qurumun açıqlamasından aydın olur ki, Azərbaycanın ixrac etdiyi narın 15 min tonu, yəni 70 faizi Rusiya bazarlarına göndərilir. Müharibə ucbatından bu il Azərbaycanın Rusiyaya nar ixracı düz 45 faiz azalıb. Nar ixracatçılarının fikrincə, Rusiyanın müharibə aparması və səfərbərlik alıcılıq qabiliyyətini azaldıb. Ölkə sanksiyalara məruz qaldığından, təbii ki, iqtisadiyyat da təsirlənib. Üstəlik, nar premium məhsuldur.

“Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” Rusiyaya nar ixracının azalmasını rəqiblərlə də əlaqələndirir. Belə ki, Rusiya bazarına ən çox nar çıxaran ölkələrdən biri də Türkiyədir. Türkiyədə son illərdə milli valyuta - lirə ucuzlaşır və onun dəyərsizləşməsi ixrac edilən məhsulu da ucuzlaşdırır. Beləcə, Türkiyə məhsulları rəqabətdə üstünlük qazanır. Digər tərəfdən, Türkiyə Azərbaycandan 3 dəfə çox nar yetişdirir (600 min ton). Rusiyanın illik nar istehlakı isə 140-150 min ton arasında dəyişir. Türkiyə ilə yanaşı, Özbəkistan da Rusiya bazarında Azərbaycan narının əsas rəqiblərindən sayılır. Özbəkistanda da nar əkinlərinin sahəsi və istehsalı Azərbaycanla müqayisədə daha çoxdur.

Rusiya ilə yanaşı, müharibənin digər iştirakçısı olan Ukraynaya da nar ixracı kəskin azalıb. Ukraynaya ixrac edilən narın həcmi Rusiyaya nəzərən daha azdır. Ötən il Azərbaycandan Ukraynaya təxminən 5 min ton nar göndərilib. Bu il Azərbaycanın Ukraynaya nar ixracı 83 faiz azalıb. İndi Ukraynanın yalnız bəzi qərb vilayətlərinə nar ixracı gerçəkləşdirilir. Bu iki ölkədən fərqli olaraq Gürcüstana nar ixracında artım qeydə alınıb. 2022-ci ildə Azərbaycanın Gürcüstana nar ixracı 3 dəfəyə yaxın artıb. İlk 9 ayda nar ixracından toplam 3 milyon 727 min dollar gəlir götürülüb. Ötən ilin eyni dövründə bu rəqəm 5 milyon dolları aşırdı. Bu baxımdan, bir il ərzində nar ixracından əldə edilən gəlirdə 47 faiz azalma qeydə alınıb. Azərbaycanın nar ixracında çəki olaraqsa 50 faiz azalma var. Bu ilin ilk 9 ayında Azərbaycan toplam 2 min 373 ton nar ixrac edib. Həmin narın 2 min 40 tonu - 86 faizi Rusiyaya göndərilib. İxracın 152 tonu Gürcüstanın, 145 tonu Ukraynanın payına düşür. Bu baxımdan, aydın olur ki, 2022-ci ildə Gürcüstana nar ixracı Ukraynanı ötüb. Nar ixracatçıları yaranmış durumdan, təbii ki, məmnun deyillər, axı xaricə satıla bilməyən məhsulun daxili bazara çıxarılmasında da çətinliklər var. Xaricə satılmayan məhsulun daxili bazara təklif edilməsi gəliri xeyli azaldır. Bu da bağlarda nar israfına səbəb olur. Emal müəssisələri narın kiloqramını 5-7 qəpiyə qəbul edir. “Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası”nın fikrincə, bu, narın yetişdirilməsinin heç maya dəyəri etmir. Bu səbəbdən də fermerlərin rifahının pisləşməsinə səbəb olur. Digər tərəfdən, nar istehsalı ilə bağlı dərman, gübrə və s.-in bahalaşması fermerlərin durumunu daha da çətinləşdirir. Ekspertlərinfikrincə, mövcud problemləri çözmək üçün ixrac coğrafiyası artırılmalıdır. Özəlliklə Avropa bazarlarına çıxış vacib sayılır. Bundan ötrü gərəkən addımlardan biri “Global Gap” sertifikatının alınmasıdır. Deməli, fermerlər üçün standartlara cavab verən ortam qurulmalı və bütün texniki şərtlər Avropa bazarlarına uyğun olmalıdır. Nar istehsalçıları bir müddət tətbiq olunmuş 3 faizlik ixrac təşviqinin də yenidən tətbiqini təklif edirlər. Elə Fərhad Qaraşov  da “report” portalına açıqlamasında bildirib ki, İqtisadiyyat Nazirliyi tərəfindən tətbiq edilmiş 3 % ixrac təşviqinin yenidən bərpa olunması və məhsul ixracı zamanı itirilmiş çəki məbləğinin bu vasitə ilə bərpa edilməsi fermerlərimiz tərəfindən arzuolunandır: “Yerlərdə fermerlərimizlə sorğuların keçirilməsi, mövcud vəziyyətin qiymətləndirilməsi və narçılıqda dəyər zəncirinin və keyfiyyətin əldə edilməsi üçün artıq Kənd Təsərrüfatı Nazirliyinin lazımi strukturları ilə görüşlər keçirilmiş və bununla bağlı tədbirlər planı yaxın vaxtlarda tərəfimizdən hökumətə təqdim ediləcək”.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ