şənbə günü, 10 oktyabr 2026
     

Azərbaycandan ərəb bazarlarına birbaşa dəmir yolu çıxışı...

Image


Dünya iqtisadiyyatı indi yüksək inflyasiya göstəricilərilə üz-üzə qalıb. Qiymət artımlarının belə sürətlənməsinin başlıca səbəblərindən biri qlobal təchizat zəncirinin pozulmasıdır. Özəlliklə pandemiyanın törətdiyi çətinliklər son bir neçə ildə logistika və daşıma xərclərini dəfələrlə artırıb.

Beləcə, məhsulların maya dəyəri çoxalıb və sonucda qiymətlər də bahalaşıb. Rusiya-Ukrayna savaşının yaratdığı durum da daşıma problemlərini artırıb. Bu problem Azərbaycan şirkətlərindən də yan ötməyib. Buna misal kimi ərəb ölkələrinə aqrar məhsullar ixrac etmək istəyən azərbaycanlı iş adamlarını göstərmək olar. Məsələ burasındadır ki, Azərbaycan məhsullarının ərəb ölkələrinə daşınması daha baha başa gəlir. Bu məqam, təbii ki, həmin məhsulların maya dəyərini artırır. Nəticədə Azərbaycan məhsulları ərəb bazarlarında rəqabətə davamlı olmur. Azərbaycanın açıq dənizlərə birbaşa çıxışı olmadığından, yerli məhsullar Fars körfəzi ölkələrinə ya İran, ya da Gürcüstan ərazisi ilə göndərilir. Məsafə baxımından məhsulların İran üzərindən göndərilməsi daha sərfəli olsa da, oradan daşımalar imkansız dərəcədədir. Bunun səbəbi Azərbaycan dövlət qeydiyyatlı yük avtomobillərinə İran ərazisində yaradılan maneələrdir. Azərbaycandan gələn yük maşınları dəfələrlə Bəndər Abbas limanında (İran ərazisindəki böyük liman) uzun müddət gözlədilib. Nəticədə gətirilən məhsullar xarab olub. Məhz bu səbəbdən iş adamları yükləri bu marşrutla daşımağa risq etmir və yükü daha çox İran və ərəb ölkələrinin qeydiyyat nişanı olan avtomobillərlə göndərir. İranın belə davranışı onunla əsaslandırılır ki, cənub qonşumuz özü də Körfəz ölkələrinə meyvə ixrac edir və bu üzdən Azərbaycan məhsullarını özününkülərə rəqib görür. Ekspertlər belə problemləri çözməkdən ötrü ərəb ölkələrindəki alıcılarına öz yük avtomobillərini göndərməyi təklif edir. Amma Körfəz ölkələrinə ixracla bağlı rəqabət yüksək olduğundan, heç də hər alıcı bu təkliflə razılaşmır. İran marşrutuna alternativ olan Gürcüstan istiqamətinin də öz çətinlikləri var. Bu istiqamətdən yüklərin göndərilməsi 22-24 günə başa gəlir. Həmin müddət məhsulun yararlılığına mənfi təsir göstərir. Hava daşımalarındakı tariflərin bahalığı və təyyarə parkının məhdudluğu məhsulların hava nəqliyyatı ilə çatdırılmasını da mümkünsüzləşdirir. İxracla məşğul olan şirkət nümayəndələri Rusiya-Ukrayna müharibəsinin törətdiyi çətinliklərə də diqqət çəkir.  Amma hadisələrin inkişaf axarı Azərbaycanın tezliklə ərəb bazarlarına daha sərfəli şərtlərlə çıxış imkanı qazanacağını göstərir. Məsələ burasındadır ki, Körfəz Ərəb Dövlətləri Şurasına (KƏDŞ) üzv dövlətləri - Küveyt, Qətər, BƏƏ, Bəhreyn, Oman və Səudiyyə Ərəbistanını birləşdirməyi nəzərdə tutan dəmir yolu layihəsi hazırlanır. Sözügedən dəmir yolu layihəsi 2001-ci ildə elan edilib və 2009-cu ildə təsdiqlənib. Lakin Yaxın Şərq regionunda qeyri-müəyyənlik və münaqişələr səbəbindən 2021-ci ilədək həyata keçirilməsi mümkün olmayıb. Ötən il KƏDŞ-ə üzv olmayan dövlətlərin də layihəyə daxil edilməsi ilə ərəb dövlətləri liderlərinin zirvə görüşündə Körfəz ölkələri Dəmir Yolları İdarəsi təsis edilib və bu prosesə start verilib. Artıq Səudiyyə Ərəbistanı, Oman və BƏƏ-ni birləşdirən 15 milyard dollarlıq 2200 kilometr uzunluğunda olan dəmir yolunun birinci mərhələsinin 2023-cü ildə istifadəyə verilməsi gözlənilir. Layihənin Küveyt və Bəhreyni birləşdirəcək ikinci mərhələsinin isə 2025-ci ilə qədər başa çatdırılması nəzərdə tutulur. Nəqliyyat üzrə ekspertlər hesab edirlər ki, bu layihənin aşkar faydalarına baxmayaraq, bir sıra problemlər meydana çıxa bilər və regional maraqların milli maraqlardan üstün olmasını təmin etmək üçün daha sıx əməkdaşlığa ehtiyac duyulur. Yaxın tarixə nəzər saldıqda, 2010-cu ildə İraq körfəzini Suriya və Türkiyə vasitəsilə Avropaya birləşdirəcək 60 milyard dollarlıq dəmir yolu layihəsi planlaşdırılmışdı. Lakin 2011-ci ildə Suriyada başlayan vətəndaş müharibəsi Bağdadın planlarını pozdu. Bundan sonra Körfəzin ərəb ölkələri bu layihəni yenidən nəzərdən keçirib və bu müzakirələrdə yenidən Türkiyənin əhəmiyyəti gündəmə gəlib. Qeyd edək ki, Türkiyənin Körfəzin ərəb ölkələri ilə münasibətlərinin normallaşması sayəsində hazırda turizm, biznes və infrastruktur da daxil olmaqla, münasibətlərin sektoral yaxşılaşdırılması ilə bağlı danışıqlar davam edir. Türkiyə-Qətər Biznes Şurasının sədri Başar Arıoğlu ötən ay Körfəz ölkələrini Avropa, Yaxın Şərq və Çinlə birləşdirəcək KƏDŞ dəmir yolu layihəsinin Türkiyəyə çata biləcəyini söyləyib. Bu halda Azərbaycan da KƏDŞ-dən istifadə imkanı qazanacaq. Belə ki, Azərbaycan və Türkiyənin Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu layihəsi vasitəsilə həyata keçirdiyi dəmir yolu diplomatiyası bu kontekstdə mühüm rol oynayacaq. BTQ ölkələrimizi KƏDŞ-in dəmir yolu layihəsi ilə birlikdə Çindən Oman sahilinədək birləşdirəcək haba çevirə bilər. Beləliklə, Türkiyə, Azərbaycan və KƏDŞ ölkələri Çinin 1 trilyon dollarlıq infrastruktur və investisiya layihəsi olan “Bir kəmər, bir yol” təşəbbüsündə daha fəal iştirak edəcəklər. Ekspertlər qeyd edirlər ki, rəsmi Bakı və Ankara üçün xarici siyasətdə mühüm amilə çevrilən dəmir yolu diplomatiyası çox vacibdir. Azərbaycan BTQ dəmir yolu ilə yanaşı, İkinci Qarabağ müharibəsində Qələbəsindən sonra Türkiyə ilə quru yolunu təmin edəcək Zəngəzur dəhlizinin açılması istiqamətində səylərini davam etdirir. Bu ilin martında isə Türkiyə, Pakistan və İran İslamabad-Tehran-İstanbul konteyner dəmir yolu əlaqəsini bərpa ediblər. 2017-ci ildə Azərbaycan, Türkiyə və Gürcüstan liderlərinin üç ölkəni birləşdirən 826 kilometr uzunluğunda olan dəmir yolu xəttini işə salması və Avropa ilə Çin arasında yük və sərnişin marşrutunun yaradılması daha geniş perspektivlər vəd edir. Bundan başqa, Türkiyə 2011-ci ildə istifadəyə verilən, qədim İpək yolunun bərpasının tərkib hissəsi olan, həmçinin Çin mallarının konteynerlərdə avropalı istehlakçılara daşındığı Çin-Avropa Dəmir Yolu Ekspressində də mühüm rol oynayır. 2020-ci ilin dekabrında istifadəyə verilən yeni marşrut İstanbulun Marmara tuneli vasitəsilə Bosfor boğazının altından keçərək Avropaya uzanır. Bu marşrut Türkiyənin dəmir yollarının və digər infrastrukturların tikintisi və təkmilləşdirilməsi ilə daha da çoxşaxəli olub. Azərbaycan və Türkiyənin KƏDŞ dəmir yolu layihəsinə daxil edilməsi Körfəzin ərəb ölkələri üçün faydalı və regional iqtisadi əməkdaşlığa mühüm töhfə olacaq. Yeni dəmir yolu əlaqələri Körfəz regionunda və hətta ondan kənarda kommersiya və iqtisadi fəaliyyətlərin təşviqində mühüm rol oynaya bilər. Hazırda Səudiyyə Ərəbistanı, BƏƏ, Oman, Bəhreyn və Qətər Avropa ölkələri və Çinlə dəmir yolu əlaqələrinin qurulmasına böyük sərmayələr qoyur. Bu ölkələrin rəsmiləri Azərbaycan və Türkiyənin artıq həyata keçirdiyi BTQ layihəsindən də faydalanmaq niyyətlərini ifadə edirlər. Bütün bunlar Azərbaycana da mühüm üstünlüklər qazandırır.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ