Cümə axşamı günü, 26 noyabr 2026
     

Dünya ölkələrində ərzaq təminatı pisləşir, Azərbaycan hazırlıqlarını artırır

Image


“Rusiyanın hərəkətləri dünyada ərzaq problemlərinə təsir göstərmir. Bu problemlər istisnasız olaraq Qərbin qeyri-qanuni sanksiyaları ilə bağlıdır”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov omanlı həmkarı ilə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

Lavrov hesab edir ki, Qərb siyasətində dəyişiklik etməsə, ərzaq böhranı daha da dərinləşəcək: “Bizim hərəkətlərimiz indicə qeyd olunan problemlərə heç bir şəkildə təsir etməyib, edə də bilməz. Bu problemlər istisnasız olaraq Qərb ölkələrinin tətbiq etdiyi qadağalar, qeyri-qanuni sanksiyalar nəticəsində yaranıb”. Hazırda beynəlxalq qurumlar da baş verənlərlə bağlı həyəcan təbili çalır. Məsələn, BMT-nin Baş katibi Antoniu Quterreş Ukraynada davam edən müharibə ilə əlaqədar qida çatışmazlığı səbəbindən dünyanın müxtəlif yerlərində aclığın geniş vüsət alacağından dərin narahatlıq keçirdiyini bildirib: “Qeyd etməliyəm ki, Ukraynadakı müharibə səbəbindən üzləşdiyimiz dramatik ərzaq təhlükəsizliyi vəziyyətinə görə aclığın dünyanın müxtəlif yerlərində geniş vüsət alması risqləri məni çox narahat edir”. Hazırda qlobal miqyasda ərzaq çatışmazlığı ilə yanaşı, qiymətlərin sürətli artımı da ciddi problemdir. Qlobal ərzaq qiymətləri aprel ayında bir il əvvəlki göstəricilərlə müqayisədə 30 % artıb. Əvvəlki kimi qlobal ərzaq inflyasiyasını tətikləyən əsas səbəblər koronavirus pandemiyası, iqlim dəyişikliyi və Rusiyanın Ukraynaya qarşı müharibəsidir. Sonuncu faktor bu gün birbaşa olaraq qlobal ərzaq təhlükəsizliyi üçün ciddi təhdidlər yaradır. Çünki hər iki ölkə qlobal ərzaq təminatında əhəmiyyətli pay sahibidir. Dünyanın taxıla olan tələbatının üçdə biri, günəbaxan yağına tələbatın üçdə ikisi Rusiya və Ukraynanın hesabına təmin edilir. Ukrayna eyni zamanda günəbaxan yağı ixracı üzrə dünya lideridir. Ukrayna ənənəvi olaraq aqrar məhsullarının 90 %-ni limanlar vasitəsilə xarici bazarlara çıxarır. Müharibə başlayandan sonra Qara dəniz limanları, o cümlədən Odessa, Nikolayev və Mariupol limanları Rusiya hərbi gəmiləri tərəfindən bloklanıb. Həmin limanlarda 4,5 milyon ton taxılı çıxarmaq mümkün deyil. Ümumilikdə isə, limanlara çıxışın olmamasından dolayı ölkə istehsal etdiyi 90 milyon ton aqrar məhsulu, o cümlədən 25 milyon ton taxılı ehtiyacı olan ölkələrə çatdıra bilmir. Mövcud durumda Ukraynanın faktiki olaraq bircə ixrac kanalı qalıb. Söhbət Avropa ilə olan qərb sərhədlərindən gedir. Lakin burada ötürücülük qabiliyyəti limanlarla müqayisədə xeyli aşağıdır.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Tsuy Dunyuy qeyd edir ki, dünya istehsal və ərzaq tədarükü zəncirində vacib yer tutan Rusiya və Ukrayna ilə bağlı vəziyyət qlobal ərzaq təhlükəsizliyinin pisləşməsinə yol aça bilər. O bildirib ki, bu ölkələrdən taxıl və dənli bitkilərin tədarük zəncirində fasilələlər, eləcə də Rusiyaya tətbiq edilən ixrac məhdudiyyətləri ərzaq təhlükəsizliyinin səviyyəsinə təsir edəcək: "Bunu ilk növbədə Rusiya və Ukraynadan 30 faizdən çox taxıl alan əlliyə yaxın ölkə hiss edəcək. Bu ölkələrin əksəriyyəti Afrikanın şimalında, Asiya və Yaxın Şərqdə yerləşir və azgəlirli, ərzaq çatışmazlığı qeydə alınan ökələr sırasındadır". Bütün bunlar fonunda Azərbaycanda ərzaq təhlükəsizliyi ilə bağlı məsələ getdikcə aktuallaşır. Düzdür, ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün önəmli addımlar atılıb və bu istiqamətdə işlər ardıcıllıqla davam etdirilir. Azərbaycanda ərzaq təhlükəsizliyinin böyük hissəsi ölkə daxilində formalaşdırılır. Buğda istehsalı istisna olmaqla, bütün digər əsas ərzaq məhsulları ilə özümüzü böyük dərəcədə təmin edirik. Ərzaq təhlükəsizliyinin təmin olunmasında aqrar sahənin üzərinə böyük yük düşür. Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bu xüsusda qeyd edir: “Görülən işlərin heç şübhəsiz ki, ən vaciblərindən biri kənd təsərrüfatı sahəsinin inkişafına nail olmaqdır və açığı, son illər bu sahədə köklü dəyişikliklərin şahidi olmaqdayıq. Bu gün qeyri-neft sektorunun inkişafını hədəfləyirik və statistikaya baxsaq, ötən ilin birinci rübü ilə müqayisədə qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox, qeyri-neft ixracımız isə 45 faiz artıb. Bu rəqəmlərdə öncül yerlərdən biri məhz kənd təsərrüfatının payına düşür. Elə prezident İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə də qeyd edildiyi kimi, “ərzaq təhlükəsizliyi proqramı çərçivəsində, əsasən də dünyadakı ərzaq problemləri ilə əlaqədar cari ilin birinci rübündə 220 milyon manat vəsait ayrılıb. Bu da kənd təsərrüfatı sahəsinə müəyyən əkin subsidiyalarının verilməsi ilə bağlıdır”. Əlbəttə, çoxsaylı statistik nümunələr ortaya qoymaq olar, lakin ən vacib göstərici o olub ki, pandemiya və pandemiyadan doğan qlobal iqtisadi böhran, o cümlədən çox böyük maliyyə vəsaiti tələb edən beşinci nəsil müharibədən çıxmağımıza baxmayaraq, ölkədə heç bir formada qıtlıq hiss edilmədi. Elə Ukrayna nümunəsinə də diqqət edək. Baxmayaraq ki, bütün dünya dayanmadan yardım edir, amma orada bölgələr var ki, insanlar minimum ərzaq ehtiyaclarını ödəyə bilmir. Bu bir daha onu göstərir ki, Azərbaycanda həyata keçirilən siyasətə alternativ yoxdur”. Azərbaycan ət, süd məhsulları ilə özünü 84-85 %, kartofla - 90 %-dan çox təmin edir. Taxıla olan ehtiyacımızın 60 %-i daxili imkanlar hesabına ödənilsə də, ərzaqlıq buğda ilə özümüzü cəmi 25 % təmin edirik. Azərbaycan ənənəvi olaraq bu məhsulu Rusiyadan alır. Amma indi bu istiqamətdə də asılılığın aradan qaldırılması xüsusi diqqət mərkəzində yer alır və Azərbaycan ərzaqlıq buğda təminatını 70-75 % həddinə çatdırılmasına çalışır. 

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ