çərşənbə axşamı günü, 13 oktyabr 2026
     

Azərbaycanın qaz sektoruna sərmayə qoyan əcnəbilər pullarını daha tez geri ala biləcək

Image


Dünya bazarlarında enerji, xüsusən də qaz qiymətləri ilə bağlı baş verənlər Azərbaycanda bu sahəyə sərmayə yatıran xarici investorlar üçün də əlverişli durum yaradıb. Məsələ burasındadır ki, Azərbaycanda təbii qaz nəqlinə qoyulan sərmayələr bu gedişlə vaxtından əvvəl sahiblərinə geri qayıdacaq.

Bu haqda danışmazdan öncə qeyd edək ki, cari  ilin yanvar-avqust aylarında Azərbaycan 2 milyard ABŞ dolları dəyərində 13,2 milyon kubmetr təbii qaz ixrac edib. Hesabat dövründə Azərbaycanın ixrac etdiyi təbii qazın dəyəri 2020-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 38%, həcmi isə 47,2% çoxdur. Bir il əvvəl Azərbaycan qazın qiymətinin min kubmetr üçün orta hesabla 150 dollar olacağını planlaşdırırdısa, indi Avropa bazarlarında qiymətlər bundan bir neçə dəfə yüksəkdir. Qeyd edək ki, Avropada keçirilən son ticarət sessiyalarında 1000 kubmetr təbii qaz rekord qiymətə – 963 dollara satılıb. Düzdür, sonradan qiymətlər bir qədər enib. Amma bahalaşmanın yenidən təkrarlanması gözlənilir. Qeyd edək ki, Avropada qazın qiyməti bu ilin aprel ayından başlayaraq artıb. Qiymətlərə qaz anbarlarından tam istifadə edilməməsi və bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalının azalması təsir edir. Rusiyanın Milli Enerji Təhlükəsizliyi Fondunun direktoru Konstantin Simonov Avropada qazın qiymətinin min kubmetr üçün 1000 dollara çata biləcəyini bəyan edib. Onun sözlərinə görə, "köhnə qitədə" qazın qiymətinin qalxmasına, əsasən hava şəraiti, sıxlaşdırılmış təbii qazın tədarükünün azalması və istilik mövsümü ərəfəsində anbarlardakı qaz çatışmazlığı səbəb olub. Qeyd edək ki, Avropada təbii qazın qiymətində ən son rekord ötən həftənin cümə günü keçirilən ticarət sessiyasında qeydə alınmışdı. Həmin vaxt 1000 kubmetr qaz 810 dollara satılmışdı. Amma indi qiymətlər min dollara yaxınlaşır. Bu, Azərbaycanın nəzərdə tutduğu qiymətlərdən 6-7 dəfə artıqdır. Ekspertlərin fikrincə, qazın belə qiymətə qalxması “Şahdəniz” layihəsinin səhmdarlarına sərfəlidir. İlk növbədə o baxımdan ki, onlar bu yatağa yatırdıqları pulları vaxtından əvvəl geri qaytaracaq. Burada onu da xatırladaq ki, 1998-ci ildə Azərbaycan təbii qazın ilk partiyasını satanda qiymətlər 10-11 dollar olub. Hazırkı qiymətlər isə bundan 100 dəfəyə yaxın artıqdır. İndiki qiymətlər qaz istehsal edən şirkətləri tam qane edir. Qazın qiymətinin artması sayəsində qaz sektoruna qoyulan investisiyaların mayası vaxtından əvvəl çıxacaq. Hesab edilir ki, dünya enerji balansında qazın payı artmaqda davam edəcək, bu da qaza olan tələbatın və qaz qiymətinin də artacağı deməkdir. Bu mənada, Azərbaycanın qazdan gəlirləri artacaq. Digər tərəfdən, Azərbaycanın Avropaya qaz nəqlini artırması da gözlənilir. Çünki Rusiya cari ildə Avropya qaz nəqlini artırmaqdan imtina edib. Belə ki, "Qazprom"un Avropaya tədarük üçün illik planları bu ilin ikinci yarısında şirkətin yanacaq çatışmazlığı ilə üzləşən bölgəyə nəqlini artırmaqdan imtina edəcəyini göstərib. "Vedomosti" nəşri yazıb ki, mütəxəssislər Maliyyə Hesabatının Beynəlxalq Standartlar üzrə yarım illik hesabatla bağlı telekonfrans zamanı şirkətin top-menecerlərinin çıxışlarından belə bir nəticəyə gəliblər: "Qazprom"un maliyyə direktoru Aleksandr İvannikov Avropaya tədarükün illik ixracın 183 milyarda qədər artacağını nəzərdə tutduğunu bildirib. Şirkət eyni rəqəmləri may ayında da səsləndirib. AKRA korporativ reytinq qrupunun direktoru Vasili Tanurkov "Qazprom"un yarım il ərzində 260,8 milyard kubmetr qaz hasil etdiyini və bunun 99,9 milyardının Avropaya getdiyini qeyd edib. Beləliklə, ilin ikinci yarısında tədarüklər birinci yarımilə nisbətən daha aşağı olacaq. Onun sözlərinə görə, nəqlin bu cür faktiki azaldılması qaz qiymətlərində rekord artımını gücləndirəcək. Öz növbəsində, "Vygon Consulting" məsləhətçisi İvan Timonin qeyd edib ki, illik nəticələrə görə, Avropa Birliyində qaza olan tələbat 2020-ci illə müqayisədə 30 milyard kubmetr artacaq. Onun fikrincə, "Qazprom"un satışları hələ də 185 milyard kubmetr təşkil edəcək. "Raiffeisenbank"ın analitiki Andrey Polişşuk ümumiyyətlə 190 milyarddan danışır. Ancaq mütəxəssislər Avropada qiymətlərin azalacağını gözləmir. Yeraltı anbarların doldurulma səviyyəsi 66 faiz olaraq ən aşağı səviyyədədir. Ötən il bu göstərici 91,7 faiz təşkil edib. Eyni zamanda, İvannikovun sözlərinə görə, ümumi istehsal səviyyəsi on il ərzində 510 milyard kubmetr artaraq rekord olacaq, bu da bir il əvvəlkindən 55 milyard çoxdur. Amma Avropaya əlavə qaz getməyəcək. Bu səbəbdən Avropanı digər mənbələr daha çox maraqlandırır”. Belə mənbələrdən biri qismində isə məhz Azərbaycan çıxış edir.

ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger bu xüsusda bildirib: "Uzun illərdir Azərbaycan strateji və ticarət tərəfdaşları ilə birgə dayanıqlı enerji infrastrukturu yaradıb. SOCAR və BP-nin “Cənub Qaz Dəhlizi”nin tikintisini başa çatdırmaları qarşıdakı onillər boyu Avropanın enerji təhlükəsizliyini dəstəkləyəcək.  “Cənub Qaz Dəhlizi” Azərbaycanı və SOCAR-ı bir çox müttəfiqlərimiz və tərəfdaşlarımız üçün enerji təhlükəsizliyi baxımdan öncül mövqeyə çıxarır”. Amerikalı diplomat Avropaya və başqa regionlara enerji daşıyıcıları tədarükü sahəsində “Cənub Qaz Dəhlizi” layihəsini və Azərbaycanı dəstəkləməkdə maraqlı olduqlarını diqqətə çatdırıb.

Tahir TAĞIYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

12.10.2026 / 23:06
Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb VİDEO

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirildi...

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

12.10.2026 / 17:38
Ukraynalılar Trampın yaxınları ilə Mayami danışıqlarını vaxtından əvvəl tərk etdilər...

12.10.2026 / 17:06
Bismillah adlı şəxs - “Təkböyrəklilər ölkəsində baş verən dəhşət" ...

12.10.2026 / 16:50
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - FOTO

12.10.2026 / 16:29
Kallas Trampın Rusiya ilə dizel anlaşmasına çox aqressiv cavab verdi...

12.10.2026 / 16:20
Laos Prezidenti Bakıya gəldi - FOTO

12.10.2026 / 16:17
"Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir" - Vüqar Rəhimzadə

12.10.2026 / 16:04
Bakıda məktəb direktorunun avtomobili yandırıldı

12.10.2026 / 15:46
Ərdoğanın və Baxçalının deputatları əmlakların araşdırılması qanununa imkan vermədilər...

12.10.2026 / 15:43
ABŞ və İsrail İrana qarşı müharibənin növbəti mərhələsinə start verir...

12.10.2026 / 15:28
Azərbaycanın ilk addımı məscidlərin bərpası oldu

12.10.2026 / 15:23
Qəzənfər Paşayev: “Vahid məktəbli formasının olması çox böyük xoşbəxlikdir”

12.10.2026 / 15:19
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI

12.10.2026 / 15:16
Azərbaycanla İordaniya arasında vizasız gediş-gəliş təsdiqləndi

12.10.2026 / 14:59
Ceyran Mahmudova:"Hər bir şagirdin eyni geyim qaydalarına riayət etməsi məktəb kollektivinə mənsubiyyət hissini gücləndirir..."

12.10.2026 / 14:45
Paşinyan Cermuk və Sisyanı Amulsar qızılına bükməyə hazırlaşır...

12.10.2026 / 14:17
MŞ-nın komissiya sədri Avropa Müstəqil Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib - FOTO

12.10.2026 / 13:50
Prezident İlham Əliyev və Mehriban Əliyevanın adından Kambocanın Baş naziri və Birinci xanımının şərəfinə rəsmi nahar verilib - FOTO

12.10.2026 / 13:23
Məhəmməd Füzuli yaradıcılığında memarlıq motivləri və cizgiləri

12.10.2026 / 13:15
Bu şəxslər üçün bankdan kredit götürmək çətinləşir - yeni qaydalar açıqlandı...

12.10.2026 / 13:03
İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi... - VİDEO

12.10.2026 / 12:57
Mənsum İbrahimov:"Son günlər müzakirə olunan geyim normaları ilə bağlı qərara diqqət yetirdikdə..."

12.10.2026 / 12:55
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər

12.10.2026 / 12:04
"Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır" - Prezident

12.10.2026 / 11:53
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - Mərkəzi Bankdan YENİ QƏRAR...

12.10.2026 / 11:49
Prezident: "Kamboca ilə siyasi münasibətlərimiz güclüdür"

12.10.2026 / 11:44
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik" - Prezident İlham Əliyev

12.10.2026 / 11:43
Prezident: "Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər"

12.10.2026 / 11:35
"Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər" - Prezident

12.10.2026 / 11:34
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:33
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:31
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:25
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır" - Prezident

12.10.2026 / 11:22
Prezident: "Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"

12.10.2026 / 11:20
"Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib" - Prezident

12.10.2026 / 11:19
Prezident TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət etdi

12.10.2026 / 11:18
Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin ikinci görüşü keçirilir

12.10.2026 / 11:05
Prezident İlham Əliyev İspaniyanın Kralına məktub ünvanlayıb

12.10.2026 / 11:02
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

12.10.2026 / 10:57
Trampın yeni atəşkəs təklifi daha çox Moskvanın işinə yarayacaq - Ukraynanın yalnız bir neft zavodu var, Rusiyanın isə…

12.10.2026 / 10:54
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 10:38
İranın daxili işlər naziri Azərbaycana niyə gəlib...

12.10.2026 / 10:21
Xəzər rayonunda dörd vəzifəli şəxs cəzalandırıldı...

12.10.2026 / 10:09
Bakıda Kamboca Krallığının Baş nazirinin rəsmi qarşılanma mərasimi olub - FOTO

12.10.2026 / 09:50
"Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir" - Təhsil Şurası

12.10.2026 / 09:45
Trampın xüsusi elçiləri Rusiya səfərini buna görə təxirə saldı…

12.10.2026 / 09:20
Börnemdən 2016 “Brexit” seçkiləri barədə şok iddia - “Rusiya müdaxiləsi olub…”

12.10.2026 / 09:20
Səudiyyə husilərlə müharibədə Qərb müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmir - Ər-Riyad məyus olub…

12.10.2026 / 09:08
AIIB Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodu üçün 45 milyon dollar ayırıb

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ