Cümə günü, 02 oktyabr 2026
     

Ukrayna enerji təhlükəsizliyini Azərbaycana həvalə etmək istəyir - “Transbalkan” kəməri gündəmdə...

Image


Rusiya və Ukrayna arasında münasibətlərin getdikcə daha da kəskinləşməsi müşahidə edilməkdədir. Bu fonda gözlənir ki, “Şimal axını-2” qaz kəməri işə düşdükdən sonra Moskva Ukrayna ərazisi ilə qaz nəqlini dayandırsın. Bu hal iki cəhətdən Ukrayna üçün ciddi problem yaradacaq.

Əvvəla, Ukrayna rus qazının tranzitinə görə illik 3 milyard dollar vəsaitdən məhrum olacaq. İkinci, təbii qaza olan ehtiyacının da ödənilməsində ciddi çətinliklə üzləşəcək. Yaranmış vəziyyətdə Ukrayna Azərbaycan təbii qazını almağa getdikcə daha çox diqqət yetirir. Energetika sahəsində əməkdaşlıq üzrə Ukrayna-Azərbaycan İşçi Qrupunun görüşünün yekunu da bunu deməyə əsas verir. Bir daha bəlli olur ki, Ukrayna Azərbaycandan qaz tədarükündə maraqlıdır. Ukrayna Qaz Ötürmə Şəbəkəsi Əməliyyat Şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Andrey Prokofyev bu xüsusda bildirir: "Biz Ukrayna ilə Azərbaycanın neft və qaz şirkətləri arasındakı əməkdaşlığı çox yüksək qiymətləndiririk və onun inkişafında maraqlıyıq. Və ən əsası, Azərbaycan tərəfi də Ukraynaya qaz tədarükü imkanlarını inkişaf etdirməkdə maraqlıdır". Azərbaycandan mümkün qaz tədarükü imkanları arasında yalnız bir marşrut nəzərdən keçirilə bilər: Türkiyə ərazisindən keçməklə “Transbalkan” qaz kəməri vasitəsilə. Prokofyev bu xüsusda bildirib: “Ukrayna Qaz Ötürmə Şəbəkəsi Əməliyyat Şirkətinin Ukrayna Əməliyyat Şirkəti idxal imkanlarını artırmaq üçün “Transbalkan” marşrutu boyunca təbii qaz nəqlinin inkişafı üzrə Rumıniya və Moldovadan olan tərəfdaşları ilə əməkdaşlığı davam etdirir ki, bu da Azərbaycan tərəfdaşları ilə əməkdaşlığın inkişafı üçün daha yaxşı şəraiti təmin edəcək". Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın fikrincə, bu, Azərbaycan tərəfi üçün çox maraqlı təklifdir: "Ukrayna periodik olaraq Azərbaycan qazının tədarükü ilə bağlı müxtəlif təklif variantları ilə çıxış edir. Hələ Cənub Qaz Dəhlizi layihəsi mövcud olmadığı vaxt Ukrayna tərəfi "Bəyaz axın" layihəsini reallaşdırmaq ideyasını irəli sürmüşdü. Bu layihə Azərbaycan təbii qazının Gürcüstan ərazisindən, Qara dənizin altından keçməklə Ukraynadan Avropaya ötürülməsini nəzərdə tuturdu". Qeyd edək ki, Türkmənistanın da sözügedən layihəyə qoşulması planlaşdırılırdı. Layihənin ideyası hələ 2005-ci ildə irəli sürülüb və sonrakı illərdə müxtəlif beynəlxalq konfranslarda təşviq edilib. Lakin həm maliyyə problemləri, həm də geosiyasi dəyişikliklər üzündən layihəni həyata keçirmək mümkün olmayıb.

İndi isə Azərbaycan qazının fəaliyyət göstərməyən “Transbalkan” kəməri vasitəsilə tədarükü məsələsi gündəmdədir. İlham Şaban bununla bağlı qeyd edir: "Məsələ burasındadır ki, 2020-ci ildə Rusiya qazını Ukraynadan yan keçməklə Bolqarıstan vasitəsilə Avropaya nəql edən "Türk axını"nın ikinci qolu işə düşəndə 1986-cı ildən Türkiyəyə qaz tədarük edən “Transbalkan”  kəməri fəaliyyətsiz qaldı". Onun sözlərinə görə, sözügedən boru xəttindən istifadə ilə bağlı müxtəlif cəhdlər, təkliflər olub və hətta Bolqarıstan, Rumıniya kimi Rusiya qazının tranzitindən gəlir əldə edən ölkələr də bu layihədə maraqlıdır: "Azərbaycan qazının “Transbalkan”  qaz kəməri ilə artan enerji istiqamətində tədarükü Qara dəniz hövzəsi ölkələrinin, xüsusən Ukrayna kimi qaz qaynaqları olmayan və ya məhdud olan ölkələrin enerji təhlükəsizliyini artıracaq. Bu layihə texniki cəhətdən əlverişlidir. Azərbaycan qazını Avropa bazarlarına çatdıracaq. Çünki Azərbaycan qazı Türkiyə-Yunanıstan hissəsində Avropa sərhədini keçir. Türkiyə-Bolqarıstan sərhədində kəmərə əlavə həcmdə qaz verilərsə, bu, yanacaq tədarükünün şaxələndirilməsinin başqa bir yolu olacaq". Ekspert onu da qeyd edib ki, Sofiya Yunanıstan-Bolqarıstan interkonnektoru üzrə "Şahdəniz 2" layihəsindən 1 milyard kubmetr qaz əldə edəcək. Bu həcmi məhz Türkiyə ərazisindən keçməklə 2 milyard kubmetrə qədər artırmaq planlaşdırılır. Azərbaycanın lazımi həcmdə qaz təmin edə biləcəyinə gəlincə, ekdpert “sputnik” portalına açıqlamasında qeyd edib ki, qaz məsələsində ilk növbədə alıcıdan tələb almaq və müqavilənin qaz həcmini və müddətini müəyyənləşdirmək lazımdır. Yalnız bundan sonra yeni layihələrin icrasına başlana bilər: "Əvvəl bizdən qaz almaq istədiklərinə dair təklif daxil olmalıdır, tərəflər detalları razılaşdırıb uzunmüddətli – 25 illik müqavilə imzalamalıdır. Çünki daha az müddətli razılaşmalar rentabelli olmayacaq. Ukrayna və Azərbaycan razılığa gələrsə, bu həcmləri "Şahdəniz-3" layihəsinə ehtiyac qalmadan “Azəri-Çıraq-Günəşli yatağından” - dənizin dərinliyindən çıxarılan “mavi yanacaq” hesabına təmin edə bilərik. Tərəflər daha böyük həcmlərdə, yəni təxminən 25 milyard kubmetr barədə razılığa gəlsələr, "Şahdəniz 3"-ün işlənməsinə başlamaq olar,  orada hələ 400 milyard kubmetr qaz var. Ümumiyyətlə, "Şahdəniz" layihəsinin həcmi bir trilyon kubmetr olaraq qiymətləndirilir ki, bunun 200 milyardı "Şahdəniz-1", 400 milyardı isə "Şahdəniz-2" layihəsinin payına düşür”.

Qeyd edək ki, Azərbaycan hazırda Ukraynaya neft ixrac edən yeganə ölkədir. Hadisələrin inkişafı göstərir ki, Azərbaycan təbii qaz məsələsində də Ukraynada hakim mövqe tuta bilər. Xüsusən də “Şimal axını-2” qaz kəməri ətrafında baş verənlər bunu qaçılmaz edir. Kiyev hesab edir ki, “Şimal axını-2” işə düşdükdən sonra Rusiya Ukrayna ərazisi ilə qaz nəql etməyəcək. Bu, Ukraynanı böyük gəlirdən məhrum edəcək və qaz təminatında yeni problemlər yaradacaq. Ukraynanın sabiq xarici işlər naziri Pavel Klimkin də "Espresso" telekanalına müsahibəsində bildirib ki, Ukrayna hazırda Avropa üçün strateji əhəmiyyət daşıyan Rusiya qazının tranzitçisidirsə, “Şimal axını-2”nin istismara başlaması ölkənin statusunu dəyişəcək. O bildirib ki, bu, Ukrayna üçün böyük risqdir. Bu şəraitdə Ukrayna qaz təchizatında da problemlə üzləşəcəyini istisna etmir. Elə bununla bağlı Azərbaycan qazının Ukraynaya nəqli də aktuallaşır.

Ramil QULİYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ