çərşənbə axşamı günü, 18 avqust 2026
     

Azərbaycan Avrasiya ölkələrini qovuşduran əsas tranzit məkana çevrilir...

Image


“Şimal-Cənub” dəhlizinin bütün Avrasiya məkanında nəqliyyat sahəsində mühüm yeniliklərə yol açacağı artıq beynəlxalq miqyasda qəbul edilir. Belə görünür ki, yaxın tezlikdə bu dəhliz yenə dünya miqyasında yüklərin daşındığı əsas tranzit obyektlərdən biri olacaq. Bu da dəhlizin əsas iştirakçılarından biri kimi Azərbaycanın həm mövqelərini gücləndirir, həm də daha çox gəlir əldə etməsini təmin edir.

Verilən rəsmi açıqlamalar da proseslərin məhz qeyd edilən istiqamətdə inkişaf edəcəyini göstərir. İranın yollar və şəhərsalma naziri Məhəmməd İslami də qeyd edir ki, Azərbaycan üzərindən yüklərin tranzit olaraq daşınması “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin fəaliyyətini genişləndirəcək. O bildirib ki, İran Azərbaycan üzərindən yükdaşımaları həyata keçirəcək ki, bu da yalnız İran və Azərbaycan üçün deyil, eyni zamanda, digər region ölkələri üçün də faydalı olacaq: “Bununla da dövlətlər arasında iqtisadi-ticarət əlaqələri inkişaf etməklə gəlirləri artıracaq”. Nazir qeyd edib ki, “Şimal-Cənub” çərçivəsində Astara şəhərində avtomobil yükləri üçün yeni terminalın və Astaraçay üzərində yeni körpünün inşa edilməsi üzrə Azərbaycanla razılıq əldə olunub: “Gələn ay Astarada hər iki dövlətin rəsmi şəxslərinin iştirakı ilə təməlqoyma mərasimi keçiriləcək. Bu körpü İranın Ərdəbil-Astara-Rəşt magistral yolu ilə Azərbaycanın Bakı-Ələt-Astara magistral yollarını birləşdirəcək. İki dövlətin avtomobil yollarının birləşməsi yükdaşımaları asanlaşdırmaqla, onların həcmini də artıracaq”. M.İslami onu da vurğulayıb ki, İranın nəqliyyat sahəsində fəaliyyət göstərən şirkətləri işğaldan azad edilən Qarabağın bərpasında iştirak etməyə hazırdır: “İşğaldan azad edilən rayonların İranla həmsərhəd olması bərpa zamanı nəqliyyat xərclərinin azalmasına səbəb olacaq”.

Bunlarla yanaşı, İran “Şimal-Cənub” vasitəsilə daha çox yüklərin daşınması üçün Rusiya ilə də təmasları intensivləşdirib. Bu məsələ ilə bağlı “Rusiya Dəmir Yolları” ASC-nin icraçı direktoru Mixail Pavlovla İranın Rusiyadakı səfiri Kazem Cəlali arasında xüsusi görüş də keçirilib. Tərəflər bildiriblər ki, Azərbaycan, İran və Rusiya arasında olan “Şimal-Cənub”un inşasındakı maneələrin aradan qaldırılması və dəhlizin tam gücü ilə işə düşməsi olduqca vacibdir. Xatırladaq ki, “Şimal-Cənub” dəhlizinin tam hazır olması üçün İran Gilan vilayətinin şimalındakı Rəşt və Astara şəhərləri arasında 170 kilometrlik dəmir yolunu tamamlamalıdır. Mixail Pavlov bu fonda qeyd edir ki, layihə ilə Asiyanın iqtisadi nəhənglərindən olan Hindistanın Rusiya ilə əlaqələr qurmaq niyyəti də olduqca mühümdür. O vurğulayır ki, Hindistanla Rusiya 2025-ci ilə qədər qarşılıqlı ticarət dövriyyəsini 11 milyard dollardan 30 milyard dollara yüksəltmək niyyətindədir. Artıq 2020-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsində 2,2 milyard dollar artım müşahidə edilib. Artan dövriyyə fonunda “Rusiya Dəmir Yolları Logistika” şirkəti ilə Hindistanın CONCOR şirkəti arasında yüklərin “Şimal-Cənub” dəhlizi vasitəsilə daşınması haqqında müqavilə imzalanıb. Bu müqaviləyə əsasən, Hindistandan Rusiya və Avropaya, eləcə də əks istiqamətə ixrac ediləcək yüklər İran və Azərbaycan ərazisindən daşınacaq. Rusiya şirkətinin baş direktor müavini Serqey Pavlov bildirib ki, “Şimal-Cənub” dəhlizi ilə yükdaşımalar yalnız Hindistan və Rusiya arasında deyil, eləcə də Hindistanla Avropa arasında həyata keçiriləcək. Rusiyaya çatdırılması nəzərdə tutulan yüklər Moskva və Sankt-Peterburq şəhərlərinə çatdırılacaq, Avropaya göndərilən yüklər isə tranzit olaraq dəmir yolu ilə Avropa ölkələrinə daşınacaq. Qeyd edək ki, həmin yüklər İrandan keçib, Azərbaycan ərazisinə daxil olaraq Rusiyaya daşınacaq. Yəni Azərbaycan ərazisi də tranzit kimi istifadə olunacaq. Belə ki, yüklər Hindistanın Mumbay limanından İranın Çabahar limanına çatdırılacaq. Buradan isə qatarla Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə Rusiya və Avropaya daşınacaq.

Onu da bildirək ki, Çabahar limanını İranın şimal bölgələri ilə birləşdirəcək Çabahar-Zahidan dəmir yolunun inşasına başlanılıb. Bu yol da gələcəkdə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttinə birləşəcək. Qeyd olunan yollar tam hazır olduqdan sonra Hindistandan Çabahar limanına daxil olan yüklər qatarla İran, Azərbaycan və Rusiya ərazisindən tranzit olaraq Avropaya daşınacaq. Xatırladaq ki, Beynəlxalq “Şimal-Cənub” nəqliyyat dəhlizi Hindistan, İran, Əfqanıstan, Azərbaycan, Rusiya, Ermənistan, Orta Asiya və Avropa arasında yüklərin daşınması üçün 7200 kilometr uzunluğundakı multimodal gəmi, dəmir yolu və avtomobil yolları şəbəkəsidir. Dəhliz Şimali Avropanı Azərbaycan, Rusiya, İran üzərindən Şərqi Asiya ilə birləşdirəcək. İlkin mərhələdə dəhlizdən illik 5 milyon ton yükün daşınması gözlənilir.

Tahir TAĞIYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

18.08.2026 / 06:16
Konqres Demokratları Trampın səlahiyyətlərini məhdudlaşdırmaq niyyətindədir - Omana təhdidlərdən sonra…

18.08.2026 / 06:08
Fidan və Araqçi arasında “Hörmüz müzakirəsi” - sırada nə var…

17.08.2026 / 21:47
İran ABŞ-a bir neçə həftə vaxt verdi – razılaşma yerinə yetirilməsə, hücuma başlayacağıq…

17.08.2026 / 21:23
Saakaşvili düz deyirsə, Gürcüstan Bakı və İrəvana qarşı Kremlin oyunlarını oynayacaq...

17.08.2026 / 20:56
Zəngəzur dəhlizindən İrana ikinci dəmir yolu - ABŞ-İran savaşı davam etsə...

17.08.2026 / 20:43
Putinin öz partiyası da xarici maliyyə mənbələrindən asılı vəziyyətə düşüb... 810 milyard...

17.08.2026 / 20:17
Lavrov Türkiyəyə - Eyni vaxtda həm Avropada, həm NATO-da, həm də Rusiya ilə dostluq olmaz...

17.08.2026 / 19:56
Ermənistan vətəndaşlığı almaq istəyən xarici ermənilərlə ciddi problem yaranıb...

17.08.2026 / 19:11
“Avroittifaq Azərbaycanla münaqişədə (?) Ermənistanı müdafiə edə bilməyəcək”...

17.08.2026 / 18:38
Azərbaycana qarşı terror və zorakılıq çağırışları edən 3 Rusiya vətəndaşı beynəlxalq axtarışa verildi...

17.08.2026 / 18:03
Tramp Omanı vurmaqla hədələdi - "yolumuza çıxarlarsa, onları yerlə bir edərik”…

17.08.2026 / 17:40
Böyükşor gölünün suyu yaşıl rəngə boyandı - Dövlət Xidməti səbəbi açıqladı...

17.08.2026 / 17:23
Husilər Qırmızı dənizdə Səudiyyənin hərbi gəmilərinə raket zərbələri endirdi…

17.08.2026 / 17:05
İran Ermənistanı hərblə hədələyir - İrəvan qorxu içində...

17.08.2026 / 16:52
ABŞ Çindən donanmanı geri çəkir - Vaşinqtonda yeni siyasi qalmaqal başladı...

17.08.2026 / 16:38
Gürcüstan tezliklə Rusiyanın bir hissəsi ola bilər

17.08.2026 / 16:31
İran İraq Kürdüstanının baş nazirinin ofisini bombaladı…

17.08.2026 / 16:20
Azərbaycan diasporunun Moskvadakı rəhbəri Rusiyadan deportasiya edildi...

17.08.2026 / 16:06
Rusiya Ermənistan mallarını Azərbaycan məhsulları ilə əvəzləyir...

17.08.2026 / 15:50
Azərbaycan Xəzər dənizini Avropa ilə Asiya arasında rəqəmsal körpüyə çevirir...

17.08.2026 / 15:43
Nikah və boşanmaların sayı azalıb...

17.08.2026 / 15:36
Azərbaycan əhalisinin sayı açıqlandı

17.08.2026 / 15:23
Ceki Çanın Azərbaycandakı film çəkilişləri başa çatdı

17.08.2026 / 15:15
Dövlət qulluqçularının adından kiberdələduzluq edən dəstə ifşa edildi - VİDEO

17.08.2026 / 14:57
Trampın "Hörmüzü işğal planı"nın görünməyən və görünən tərəfləri...

17.08.2026 / 14:41
Bakıda Taras Şevçenkonun abidəsinin yerləşdiyi meydana onun adı verildi

17.08.2026 / 14:15
Netanyahu Qəzzanın qisasını İspaniyadan belə alır - Mərakeşdə nə baş verir...

17.08.2026 / 14:01
Ukrayna səfiri Prezident İlham Əliyevə təşəkkür etdi

17.08.2026 / 14:00
Gürcüstandan Azərbaycana və Ermənistana avtomagistral çəkilişi niyə ləngidildi?..

17.08.2026 / 13:48
Rusiya Türkiyənin Qara dənizdə atəşkəs təklifini qəbul etmədi...

17.08.2026 / 12:56
İlk dəfə açıqlandı - ABŞ İrana Vyetnam müharibəsindəkindən daha çox bomba atıb…

17.08.2026 / 12:36
Ərdoğan İsraillə mümkün müharibədən danışdı – “Türkiyə bundan çəkinməyəcək”…

17.08.2026 / 12:21
İran müharibəsi İraqı pulsuz qoydu - neft gəlirləri bir gecədə 6,8 milyarddan 2 milyard dollara düşdü…

17.08.2026 / 12:15
Prezident DSX-nin bir qrup hərbi qulluqçusunu təltif etdi

17.08.2026 / 12:12
Bir qrup hərbçi və mülki işçi ölümündən sonra "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi

17.08.2026 / 12:10
Dövlət Sərhəd Xidmətinin bir sıra hərbçisinə ali hərbi rütbələr verildi - SƏRƏNCAM

17.08.2026 / 11:46
Prezident İlham Əliyevə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

17.08.2026 / 11:44
Prezident İlham Əliyev Ukraynanın sabiq Prezidenti Yuşenko ilə görüşdü - FOTO

17.08.2026 / 11:32
Avqustun 28-də bu ilin ikinci Ay tutulması olacaq

17.08.2026 / 11:15
Prezident İlham Əliyev indoneziyalı həmkarını Müstəqillik Günü münasibəti ilə təbrik etdi

17.08.2026 / 10:58
Salyanda 16 yaşlı qızın toyu polisin müdaxiləsindən sonra təxirə salındı

17.08.2026 / 10:46
Azərbaycanın Ermənistana ixracı 17 milyon dolları ötdü...

17.08.2026 / 10:22
Qarğıdalı sahəsini narkoplantasiyaya çevirən şəxs yaxalandı - Balakəndə əməliyyat...

17.08.2026 / 10:07
Astarada narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlandı

17.08.2026 / 09:50
Tramp Pentaqona gözlənilməz əmr verdi - Cənubi Koreya şokda...

17.08.2026 / 09:27
ABŞ-ın SEPAH rəhbəri ilə GİZLİ TƏMAS qurduğu ortaya çıxdı - Tramp iranlı generaldan istədiyi sözü aldı…

17.08.2026 / 09:07
Cared Kuşner Misirdə HƏMAS liderləri ilə görüşdü

17.08.2026 / 08:49
Şuşa və Xocavəndə köç karvanları yola salındı

17.08.2026 / 07:30
Netanyahunun seçki təbliğatında sürpriz isimlər qalmaqal yaratdı

16.08.2026 / 19:10
İran ABŞ əsgərlərinin başına 30 min dollar pul qoydu – qadınlar ikiqat çox alacaq…

16.08.2026 / 18:32
Azərbaycan elminin Scopus, Webof Science, Süni intellekt və nəsillərarası əlaqə problemləri…

16.08.2026 / 18:24
Hindistanın 80 ili: Transformasiya, tərəfdaşlıq və sivilizasiya özünəinamı yolu

16.08.2026 / 16:02
Zelenski avropalı tərəfdaşlarından silah istədi - antibalistik raketləri anbarlarda saxlamayın…

16.08.2026 / 15:38
İran Bəhreyndəki ABŞ bazasını darmadağın etdi – hərbi dəniz bazası Dieqo Qarsiyaya köçürüldü...

16.08.2026 / 15:23
Belçika tarixində ən dəhşətli yanğın – alovlar sürətlə yaşayış məntəqələrinə yaxınlaşır…

16.08.2026 / 15:06
Ukraynanın üçüncü prezidenti Yuşşenko Bakıya gəldi…

16.08.2026 / 14:19
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 51-ə çatdı…

16.08.2026 / 13:40
Rusiya Kiyevdə "Flamingo" raket istehsalı müəssisələrini bombaladı…

16.08.2026 / 13:26
General Abbasəli Novruzov vəfat etdi

16.08.2026 / 12:53
Polşa Ukrayna veteranlarının iştirakı ilə Avropa Legionu yaratmağı təklif edir - NATO-ya alternativ olmayacaq...

16.08.2026 / 12:25
Ukrayna da Avropa Birliyinin İrana qarşı sanksiyalarına qoşuldu…

16.08.2026 / 12:09
Beyləqanda qadın kanalda batdı...

16.08.2026 / 11:50
Moskvada Wildberries-in ən böyük anbarı vuruldu - güclü yanğın başladı...

16.08.2026 / 11:36
NATO qırıcısı Rumıniya üzərində naməlum pilotsuz təyyarəni vurdu…

16.08.2026 / 10:51
Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

16.08.2026 / 10:26
İrandan Trampa təhdid kimi mesaj – “…ərzaq maşınında gizlənməli olacaq”…

16.08.2026 / 10:02
Ərdoğan ABŞ-dan F-35-lərin tədarükünü gözləyir - Tramp vəd verib…

16.08.2026 / 09:30
Moskvaya kütləvi dron hücumu – üç hava limanında uçuşlar dayandı…

16.08.2026 / 09:14
Cənubi Koreya Şimali Koreya qoşunlarına xəbərdarlıq atəşi açdı...

16.08.2026 / 08:55
Urmiya gölü qırmızı rəngə boyandı...

15.08.2026 / 21:44
Tehranda İranın müstəqilliyinə qarşı qəsd hazırlayan iki fransız diplomat saxlandı - Fransaya sərt xəbərdarlıq edildi...

15.08.2026 / 21:15
Moskva ABŞ və Türkiyədən Ukraynaya mümkün silah tədarükü ilə bağlı açıqlama tələb etdi…

15.08.2026 / 20:53
ABŞ Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi...

15.08.2026 / 20:19
Nərimanovda mağaza soyuldu, saxlanan var...

15.08.2026 / 19:40
Abşeronda yarımtikilidən və avtomobildən oğurluq edən şəxs yaxalandı

15.08.2026 / 18:26
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

15.08.2026 / 17:56
E3 ölkələri Ukrayna ilə bağlı mümkün Tramp-Putin razılaşmasına qarşı hərəkətə keçdi - Avropanın Moskva ilə əlaqə qurmaq cəhdləri alınmır…

15.08.2026 / 17:32
İran iqtisadiyyatı çökür… Pezeşkiandan şok etiraf - gəlirlərimiz azalıb, neft sata bilmirik…

15.08.2026 / 17:17
İrandan müharibə ilə bağlı şok açıqlama - 3 pilotumuz Qətər tərəfindən əsir götürülüb...

15.08.2026 / 16:03
Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

15.08.2026 / 15:37
Rusiya Xəzər vasitəsilə İrana yeni hərbi təchizat marşrutu yaradıb - "Xəzər Ekspresi"...

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ