Cümə axşamı günü, 08 oktyabr 2026
     

Azərbaycan Qafqazın geoiqtisadi mənzərəsini tam dəyişir...

Image


44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilən ərazilərdə Azərbaycan dövlətinin əsas prioritetlərindən biri quruculuq və yenidənqurma işlərinə başlamaqdır. Amma artıq məlumdur ki, bu qəbildən olan işlər həm də qarşıdakı dövr ərzində regoinin geoiqtisadi simasını dəyişəcək. Ən azı o baxımdan ki, Azərbaycanın liderliyi ilə artıq regionda kommunikasiya, iqtisadi müstəvidə tamam yeni bir mənzərə yaranır.

Qeyd edilən səpkidə xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin də son Moskva görüşünün ən vacib məqamlarından biri tərəflərin regiondakı bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması ilə bağlıdır. Tərəflər bununla bağlı olaraq üçtərəfli işçi qrupun yaradılması barədə razılıq əldə edib. Belə ki, Azərbaycan, Ermənistan və Rusiyanın baş nazir müavinlərinin rəhbərlik edəcəyi işçi qrup yanvarın 30-dək ilk iclasını keçirəcək, fəaliyyət istiqamətləri üzrə ekspert alt qrupları yaradacaq. Dövlət orqanlarının səlahiyyətli nümayəndələrindən təşkil olunacaq ekspert alt qrupları bir ay ərzində layihələri, eləcə də onların icrası üçün lazımi resurs və tədbirlərin siyahılarını təqdim edəcək. Ekspertlər hesab edir ki, kommunikasiyaların bərpası Azərbaycan, Ermənistan, Rusiya və regionun digər dövlətlərinin maraqlarına cavab verir. İlk növbədə o baxımdan ki, beynəlxalq kommunikasiyaların bərpası regionun inkişafında dinamizm yaratmaqla bərabər, həm də etibarlı təhlükəsizliyə xidmət edəcək. Bütün bunlar onu da deməyə əsas verir ki, Azərbaycan regionun gələcək inkişafının təminatçısıdır. Qeyd edilən reallığı artıq Ermənistan da qəbul edir. Kommunikasiyaların bərpasında ən vacib məqamlardan biri də odur ki, artıq Azərbaycanı Naxçıvanla birləşdirən dəmir və avtomobil yolları mövcud olacaq. Bu, olduqca mühüm kommunikasiyadır və təkcə Azərbaycanın deyil, qardaş Türkiyənin, eyni zamanda, digər qonşu ölkələrin də iqtisadi maraqlarının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu kommunikasiya xətlərinin açılması nəticəsində Azərbaycanın Naxçıvan, həmçinin Türkiyə ilə əlaqələri güclənəcək, ölkəmizin geoiqtisadi əhəmiyyəti artacaq.

Türkiyənin “Anadolu” agentliyində dərc edilən materialda bu xüsusda vurğulanır: “Azərbaycan ordusunun Vətən müharibəsindəki 44 günlük uğurlu hərbi əməliyyatlarından sonra Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanat bölgədə yeni nəqliyyat əlaqələrinin qurulmasına və müharibə mühitindən iqtisadi canlanma dövrünə keçidi təmin edəcək.  11 yanvarda Moskvadakı üçtərəfli toplantıda yeni dəmir yolu xətlərinin qurulması və bərpasının razılaşdırılması mühümdür”. Agentlik tərəfindən yeni nəqliyyat infrastrukturunun xəritəsi dərc edilib. Bu xəritədə yollar belə təsvir edilir: “Horadizdən Ordubada 166 kilometrlik yeni dəmir yolu. Onun 43 kilometrlik hissəsi Ermənistandan keçəcək. Bərdədən Ağdama çəkiləcək yeni 45 kilometrlik dəmir yolu.  Ağdamdan Xankəndiyə çəkiləcək yeni dəmir yolu xətti. Qazax rayonu ilə Ermənistanın İcəvan rayonu arasında yeni dəmir yolu xətti”. Beləliklə, qeyd edilənlər bir daha yeni və bərpa olunacaq dəmir yolu xətlərinin regionun iqtisadi simasını tamam dəyişdirəcəyini göstərir. Elə iqtisadçı-ekspert Rəşad Həsənov da bildirir ki, burada bizim üçün ən vacib və əhəmiyyətli olan Naxçıvanın blokadadan çıxmasıdır. Onun sözlərinə görə, bu, strateji əhəmiyyət daşıyan bir məsələdir: “Uzun müddət ərzində Naxçıvanın coğrafi blokadada qalması onun iqtisadi inkişafına da neqativ təsirlər göstərib. Naxçıvandan əsas iqtisadiyyata və əks istiqamətdə yük daşımalarında ciddi problemlər var. Bunlar biznesin xərclərini artırır. Eyni zamanda vaxt itkisinə, əlavə vəsait sərfinə səbəb olur. İran üzərindən daşımalar zamanı iki gömrük məntəqəsindən keçmə həm xərc aparandır, həm də zaman itkisinə gətirib çıxarır”. R.Həsənovun fikrincə, bütün bunlar Mehri dəhlizi istifadəyə veriləcəyi təqdirdə aradan qalxacaq: “Bundan sonra həm də əmək bazarları arasında çox sıx qarşılıqlı münasibətlərin formalaşması imkanı yaranacaq. Yol açıldıqdan sonra təsəvvür edin ki, Naxçıvan sakini rahat şəkildə Zəngilanda, Cəbrayılda, Qubadlıda iş tapa bilər. Hətta gündəlik olaraq gəlib işləyib evinə qayıda bilər. Çünki Muxtar Respublikanın elə yeri var ki, oradan Naxçıvan şəhərinin mərkəzinə gediş daha çox vaxt aparır, nəinki həmin tranzit yolla Qarabağ bölgəsinə daxil olmaq. Paralel olaraq əsas iqtisadiyyatdan da əsasən peşəkar kadrların Naxçıvanda iş təkliflərini qiymətləndirmək imkanları yaranacaq. Yəni nəticə etibarı ilə əmək bazarının özünün belə inteqrasiya imkanları yaranacaq.

Digər məsələ Naxçıvanın, xüsusilə də İran və Türkiyə ilə dəmir yolu infrastrukturunun əlaqələndirilməsidir. Onun tranzit ötürmə qabiliyyətinin əhəmiyyətli səviyyədə artırılması əlavə gəlir imkanı yaradır. Belə ki, müasir turizm marşrutları kompakt elementləri özündə birləşdirir. Hər hansı bir istiqamətdə səyahət edən insanlar bir səfər çərçivəsində bir neçə ölkəni görmək istəyir. Bu mənada, Türkiyə-Naxçıvan-Azərbaycanın Qarabağ və digər əraziləri üzərində turizm marşrutları hazırlamaq mümkündür. Hətta Qarabağ-Naxçıvan-İran üzərindən də çox maraqlı və cəlbedici turizm marşrutları təşkil etmək olar. Bütün bunlar Naxçıvan üçün bir iqtisadi baza formalaşdırır”. O da sirr deyil ki, tranzit əlaqələndirmə nəticəsində Türkiyə ilə Azərbaycan arasındakı daşımalarda müəyyən iqtisadi mənfəətlilik və zaman itkisi ilə bağlı problemlərin həlli məsələsi gündəmə gəlir. Artıq yeni dəmir yolunun istifadəyə verilməsindən sonra Türkiyənin cənub bölgəsindən Naxçıvan üzərindən Azərbaycanın qərb bölgəsinə, Qarabağa yüklərin və sərnişinlərin daşınma müddəti dəfələrlə aşağı düşə bilər. Bu, iki ölkə arasında ticarət-iqtisadi münasibətlərin inkişafına şərait yaradacaq. Bundan başqa, sözügedən nəqliyyat dəhlizləri Ermənistanı regionda yeni inkişaf mərhələsinə çıxara bilər, çünki bu layihələr Ermənistan iqtisadiyyatı üçün ən azı 30 faizlik əlavə gəlir mənbəyi deməkdir.

Ramil QULİYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ