Cümə axşamı günü, 15 oktyabr 2026
     

Azərbaycan qazı Almaniyanı da çətin vəziyyətdən qurtarmaq imkanında...

Image


Rusiya qazının Avropaya çatdırılması ətrafında ziddiyyətlər yenidən dərinləşir. Belə görünür ki, bu hal yaxın tezlikdə Qərb ölkələri, xüsusən ABŞ və Almaniya arasında ciddi ziddiyyət predmeti olacaq. Bütün bunlara səbəb ABŞ-ın "Şimal axını-2" layihəsinə qarşı yeni sanksiyalarıdır.

Qeyd edək ki, ABŞ Konqresi "Şimal Axını-2" layihəsində iştirak edən şirkətlərə qarşı tətbiq etdiyi sanksiyaları genişləndirməyi planlaşdırır. Bununla əlaqədar Konqresin respublikaçı üzvləri Ted Kruz, Tom Kotton, Ron Conson, Con Brasso və demokrat Gene Şahen yeni layihə hazırlayıb. Layihəyə əsasən, sanksiyaların əhatə dairəsi genişləndirilərək yalnız boru kəmərinin tikintisində iştirak edən şirkətlərə deyil, eyni zamanda hüquqi dəstək verən, həmçinin sığorta və liman xidmətlərini təmin edən şirkətlərə də şamil olunacaq. Bundan əvvəl ABŞ konqresmeni Stiv Vomak bildirib ki, ABŞ Senatı "Şimal axını-2"yə qarşı əlavə sanksiyaları ölkənin müdafiə büdcəsinin layihəsinə daxil edib. Vomakın sözlərinə görə, Rusiya hakimiyyəti "Şimal axını-2" kəmərindən məcburetmə vasitəsi kimi istifadə etmək istəyir və onun məqsədi Polşa və Ukraynanın Rusiya qazından asılılığını artırmaqdır. Onu da xatırladaq ki, ötən il dekabrın 20-də ABŞ Prezidenti Donald Tramp "Şimal axını-2" və "Türk axını" boru kəmərlərinə qarşı sanksiyaları nəzərdə tutan 2020-ci il üçün müdafiə büdcəsini imzalayıb. ABŞ podratçı şirkətlərdən tikinti işlərini dərhal dayandırmasını tələb edib. "Şimal axını-2"nin tikintisini aparan İsveçrənin "Allseas" şirkəti tələbi yerinə yetirib.

Hesablamalara görə, ABŞ-ın "Şimal axını-2" layihəsinə qarşı tətbiq etdiyi sanksiyaların genişləndirilməsi boru kəmərinin tikintisini başa çatdırmaq üçün təxminən 700 milyon avro həcmində sərmayə cəlbini əngəlləyəcək. Belə ki, ABŞ-ın təklif etdiyi əlavə sanksiyalar Avropanın 12-dən çox ölkəsinin 120-dən çox şirkətinə birbaşa təsir edəcək. ABŞ-ın bu mövqeyinə qarşı hazırda, Rusiya ilə yanaşı, Almaniya da çıxır. Almaniya kansleri Angela Merkel bildirib ki, ABŞ-ın "Şimal axını-2"  kəmərinə qarşı mümkün sanksiyalar tətbiq etməsi hüquqi çərçivələrə sığmır. Kanslerin sözlərinə əsasən, ölkəsi hesab edir ki, layihə tamamlanmalıdır və bu istiqamətdə iş aparır. Almaniyanın İqtisadiyyat və Energetika Nazirliyinin nümayəndəsi Anna Sofi Ayhler isə vurğulayır ki, Almaniyanın "Şimal axını-2" layihəsi üzrə mövqeyi ABŞ-ın qaz boru kəmərinə qarşı mümkün yeni sanksiyalar barədə verdiyi açıqlamalardan sonra dəyişməz qalıb, Berlin bu sanksiyaları qəbul etməyəcək. Onun sözlərinə görə, Almaniya hökuməti, ABŞ-ın açıqlamaları da daxil olmaqla, "Şimal axını-2" layihəsi ətrafındakı hadisələrin inkişafını izləyir: “Sözügedən sanksiyalarla bağlı əsas mövqeyimiz aydındır – Almaniya onları rədd edir”.

Qeyd edək ki, bundan öncə Almaniya hökuməti "Şimal axını-2" layihəsini müsbət qiymətləndirdiyini və layihədə iştirak edən şirkətlərə dəstək göstərməyi planlaşdırıdığını bildirmişdi. Berlin bəyan edir ki, rəsmi Vaşinqton "Şimal axını-2"  kəmərinə qarşı yeni maneələr törədəcəyi təqdirdə Almaniya ABŞ-a qarşı sanksiyalar hazırlayacaq. Xatırladaq ki, 1220 kilometr uzunluğundakı "Şimal axını-2" Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr qaz nəql etmək gücünə malik olacaq. Rusiyanın enerji nəhəngi "Qazprom" bəyan edib ki, "Şimal axını-2" layihəsi 2020-ci ilin sonunadək başa çatdırılacaq. Amma ABŞ sanksiyaları bunu əngəlləyir. Bu durumda, bir sıra Avropa ölkələri kimi, Almaniyanın da Azərbaycan qazından istifadəsi mümkün sayılır.

Məsələ burasındadır ki, Azərbaycan təbii qazını Avropaya çatdıracaq “Cənub qaz dəhlizi”nin son halqası olan TAP boru kəməri layihəsi üzrə işlərin artıq 96 faizi tamamlanıb. Bildirilir ki, hazırda boru kəmərinin inşasının son mərhələsidir. Qeyd edək ki, ötən günlərdə TAP-ın Adriatik dənizindən keçən 105 kilometrlik hissəsinin inşası müvəffəqiyyətlə tamamlanıb. İtaliya və Albaniya sahillərini birləşdirən fəaliyyətlər bu il yanvarın ortalarında boruların “Castoro Sei” gəmisi ilə qaynaqlanması və sınaqdan keçirildikdən sonra İtaliya sahillərindən Albaniyaya doğru Adriatik dənizinin dibinə yerləşdirilməsi ilə başlayıb. TAP layihəsi çərçivəsində Yunanıstanda sınaq işləri də tamamlanıb. Mayın 20-dən isə təbii qazın TAP-ın Albaniyadakı 4 kilometrlik hissəsinə - Yunanıstan-Albaniya sərhədində və Bilisht regionunun yaxınlığındakı ölçmə stansiyasına nəqlinə başlanıb. Bu hissə istifadəyə verildikdən sonra qazın qarşıdakı aylarda boru kəmərinin Albaniyadakı digər hissələrinə tədricən daxil edilməsi həyata keçiriləcək.

Bundan başqa, məlumdur ki, ötən ilin noyabrında TAP-ın Yunanıstan hissəsində sınaq məqsədilə qaz nəqlinə başlanaraq, Evros çayı ilə Kipoidəki kompressor stansiyası arasında boru kəmərinin 2 kilometrlik hissəsinə təbii qaz qəbul edilib. Daha sonra sınaq işləri boru kəmərinin Yunanıstan hissəsinin hamısını əhatə edib. Təbii qazın boru kəməri sisteminə daxil edilməsi “Şahdəniz-2” qazının Avropaya tədarükünün başlanğıcı üzrə növbəti mərhələdir. TAP vasitəsilə ticari məqsədlə qaz nəqlinin 2020-ci ilin oktyabrında, yəni İtaliyaya qədər olan hissənin tam istifadəyə veriləcəyi və sınaqdan keçiriləcəyi vaxtda gözlənilir. Layihə bütövlükdə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün geniş imkanlar yaradır. Buradan göründüyü kimi, Azərbaycan layihəsindən Almaniya da faydalana bilər. Özü də nəzərə almaq lazımdır ki, perspektivdə bu layihə ilə, Azərbaycandan başqa, digər ölkələrin də qazı nəql ediləcək. Bu isə layihə vasitəsilə Almaniyanın daha çox qaz idxal etməsinə imkan verir.

Ramil QULİYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ