Cümə axşamı günü, 15 oktyabr 2026
     

Dolların yeni çöküşü nefti daha sürətlə bahalaşdırır - 50 dollarlıq həddi keçməsi mümkün sayıldı

Image


Dünya bazarında neft qiymətləri sürətlə artmaqda davam edir. Azərbaycanın da dünya bazarına çıxararaq satdığı xam neftin qiyməti 3,85 dollar, yaxud 11,75% artıb. Belə ki, “Azeri Light” markalı neftin bir barrelinin son qiyməti 36,62 dollar təşkil edib. Bu gedişlə neft qiymətlərinin ilin ilk yarısında 50 dollarlıq həddi keçməsi mümkün sayılır. Amma ABŞ iqtisadiyyatında baş verənlər və bunun dollara təsiri fonunda neft qiymətlərinin bahalaşmasının daha dinamik xarakter alması da istisna olunmur.

Məsələ burasındadır ki, ABŞ iqtisadiyyatında baş verənlərin dollara daha sarsıdıcı zərbə endirəcəyi okeanın o tayında da etiraf edilməkdədir. Bir çox amerikalı iqtisadçılar ABŞ iqtisadiyyatının qarşıdakı iki rübdə də vəziyyəti ilə bağlı bədbin proqnozlar verməkdə davam edirlər. ABŞ-ın Federal Ehtiyatlar Sisteminin rəhbəri Cerom Pauel bildirib ki, COVID-19 pandemiyasının nəticələrini aradan qaldırmaq üçün ABŞ-ın iqtisadiyyatına bir ildən çox vaxt tələb oluna bilər:“İndi böyük əzab-əziyyətlər və çətinliklər dövrüdür. Bu dövr elə tez və güclü başladı ki, artıq insanların yaşadığı ağrıları və hiss etdikləri qeyri-müəyyənliyi sözlə ifadə etmək mümkün deyil”. Pauel onu da əlavə edib ki, iqtisadi reabilitasiya son nəticədə amerikalıların COVID-19-un yaratdığı təhlükədən nə dərəcədə qoruna biləcəklərinə əminlikdən asılı olacaq. Məhşur “Project Syndicate” nəşri isə yazır ki, belə vəziyyət dünya miqyasında dolların da taxtını laxladır. Elə bu səbəbdən bir çox ölkələr ehtiyatlarında olan dolları başqa valyuta ilə əvəzləyir: “COVID-19 böhranının başlaması ilə bir tərəfdən ABŞ Federal Ehtiyat Sistemi, 2008-ci il qlobal maliyyə böhranı dövründə olduğu kimi, beynəlxalq maliyyədə lider rolunu öz üzərinə götürüb. Mart ayında Federal Ehtiyatlar Sistemi təxminən 14 xarici mərkəzi bankla ikitərəfli valyuta mübadiləsi sazişlərini bir daha canlandırıb və bir sıra pul orqanları üçün yeni satınalma  imkanlarını təqdim edib. Bununla da ABŞ dollarının qlobal səviyyədə qarşılanması, likvidliyə ehtiyacları təmin olunub. Amerikanın Mərkəzi Bankı növbəti dəfə dünyanın son borcalma instansiyasına çevrilib. Digər tərəfdən, Amerika prezidenti Donald Tramp COVID-19-un ictimai sağlamlığa və iqtisadi fəaliyyətə təsirinə qarşı mübarizə aparmaq üçün beynəlxalq əməkdaşlığın lazımlığı fikrini məsuliyyətsiz şəkildə rədd edib. O, “Öncə Amerika” prinsipinə diqqətlə yanaşır ki, bu da başqa hökumətlərin hər hansı bir rəhbərlik iddiası üzərindən xətt çəkir. Fürsətdən yararlanaraq, Tramp administrasiyası, prezidentin öz dar sövdələşmə dünyagörüşü ilə müəyyənləşdirdiyi kimi, təkbaşına və yalnız “milli maraq” çərçivəsində hərəkət edəcəyini açıqlayıb. Ziddiyyətli şəxsiyyətin bu hərəkəti Amerika eyniyyətinin nümunəsi deyil və dünyanın dominant valyutası olan ABŞ dolları üçün də yaxşı əlamət sayılmır. Axı, beynəlxalq sərmayəçilər və xarici hökumətlər getdikcə daha etibarsız olan tərəfdaşın puluna niyə güvənsinlər?

Sözsüz ki, hazırda dollardan kütləvi şəkildə imtina risqi azdır. Federal Ehtiyatlar Sisteminin son hərəkətləri dollara olan tələbatın artmasına cavabdır. Bu, COVID-19 böhranında dolların son təhlükəsiz sığınacaq rolunu təsdiqləyir. Buna baxmayaraq, pandemiya başlamazdan əvvəl Tramp administrasiyasının gözlənilməz davranışına və ksenofob millətçiliyin zəhərli markasına görə investorların və mərkəzi bankların “sevilməyən dollar standartına” alternativ axtardıqları bəlli olub. Dünyada Trampın İran kimi ölkələri, eləcə də onunla iş görən hər hansı bir ölkəni, o cümlədən ABŞ müttəfiqlərini cəzalandırmaq üçün maliyyə sanksiyalarından qanunsuz istifadəsindən böyük narazılıqlar var. Beynəlxalq hesablaşmalarda dolların mərkəzi rolunu “silahlandırmaq”la Tramp çoxdan başqalarını cavab atəşinə sövq edib. Xüsusilə Çin 13 trilyon dollarlıq daxili istiqraz bazarını xarici institusional investorlara tədricən açmaqla, yuanı dollara alternativ kimi təqdim etməkdə getdikcə daha çox fəallıq göstərir. Eynilə Avropa ölkələri ABŞ-ın İran neftinin ixracına tətbiq etdiyi sanksiyalardan yayınmaq üçün xüsusi hazırlanmış yeni bir mexanizmi işə salıb.Yaşıl əskinas da adlandırılan dollar onsuz da yavaş-yavaş “qan axıdır”, pandemiya isə qaçılmaz olaraq yaranı daha da dərinləşdirəcək. Bu da, öz növbəsində, Amerikanın dünyadakı nüfuzuna və nəticədə ABŞ-ın qurduğu müharibədən sonrakı beynəlxalq nizama təsir edəcək.

Dolların ABŞ-ın qüdrətinə verdiyi töhfələr yaxşı başadüşüləndir. Dünyanın dominant valyutasının emitenti olaraq, Fransanın o vaxtkı maliyyə naziri Valeri Jiskar d’Estenin dediyi kimi, o “hədsiz imtiyaz”dır. Əcnəbilər dollarlara ac qaldıqları müddətdə ABŞ sadəcə mətbəənin işini sürətləndirməklə dünyadakı qüdrətini artıra bilər. Bundan əlavə, düşmənlərinə birbaşa təzyiq göstərə və dostlarına təsirini daha da artırar… Ancaq indi Trampın şıltaq davranışı və təcridçiliyə meyli ABŞ-ın geosiyasi gücünü əhəmiyyətli dərəcədə pozmaqla təhdid edir. Qüdrətinin azaldığı məlum olduqda dollar cazibəsini itirməyə başlayacaq: zəif dollar zəif ABŞ-dır. Həqiqətən, funt sterlinq XX əsrdə oxşar bir nümunəni izləyib. Sterlinqin beynəlxalq nüfuzunu itirməsi İngiltərənin imperial gücdən qitə Avropasının sahillərində mötədil ada gücünə qədər yavaş-yavaş enişinin səbəbi idi. Dolların eyni növ mütərəqqi degenerasiyaya qarşı immuniteti yoxdur. ABŞ-ın və dolların iflası müharibədən sonrakı liberal nizamın əsas sütunlarından birini sıradan çıxaracaq. Çoxları üçün bu nizam ABŞ-ın geosiyasi dominantlığı ilə sinonim olub. Lakin ABŞ rəhbərliyi olmadığı təqdirdə, rəqabətqabiliyyətli siyasi modellər ön plana çıxır, millətçilik, populizm və “ədəbsiz demokratiyanın” müxtəlif zolaqlarını təbliğ edir. Amerikanın parçalanmış şəxsiyyəti yalnız amerikalılara təsir etməyəcək. Müharibə sonrası dollar mərkəzli nizamın aqibəti acınacaqlı görünür”.

Hesab edilir ki, dollara inam zəiflədikcə. ABŞ valyutası ilə satılan məhsullar, o cümlədən neft sürətlə bahalaşacaq. Eynilə zəifləyən dollar milli valyutaların, o cümlədən manatın güclənməsinə rəvac verəcək. Ən əsası isə, dollar ətrafında indiki proseslər davam edərsə, dünya ona yeni alternativlər də axtarmalı olacaq.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 12:34
Tramp Vaşinqtonun İranda kimlərlə danışıq apardığını bilmir…

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTO

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ