çərşənbə günü, 14 oktyabr 2026
     

“Yada düşdü” jurnalının 10 illiyi qeyd olundu

Image


Keçmişlə gələcək arasında etibarlı körpü rolunu oynayan və çağdaş yazılı mətbuatda ədəbi-bədii, nostaljı jurnal kimi özünü təsdiqləyən “Yada düşdü” jirnalının 10 illik yubileyinə həsr edilmiş silsilə tədbirlər davam edir. Dekabrın 27-də Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə “Azərkitab” Kitab Mərkəzində “Yada düşdü” jurnalının 10 illik yubileyi qeyd edildi. Nəzakət Məmmədovanın təsisçiliyi və baş redaktorluğu ilə çap olunan jurnal 2011-ci ildə nəşrə başlayıb və mediamızda ilk uzunömürlü müstəqil jurnal kimi özünü doğruldub. Özünə həm xarici ölkələrdə, həm də ölkə daxilində böyük oxucu auditoriyası qazanan “Yada düşdü” həm də azərbaycançılıq ideologiyasını geniş şəkildə təbliğ edir. Milli-mənəvi dəyərlərimizin təbliğinə üstünlük verən və unutmağa haqqımız olmayan insanlarımızı yadımızdan çıxmağa qoymayan, dünənkiləri bugünə, bugünümüzdəkiləri isə sabaha daşıyır “Yada düşdü”. Bizim mediada ədəbi-bədii jurnallar çox olub, amma nostaliji jurnal statusunu daşıyan dərgi isə, bildiyimiz qədər, “Yada düşdü” jurnalıdır ki, onu vərəqləyəndə oxucuda xoş, həlim, isti duğular, kövrək xatirələr baş qaldırır. “Yada düşdü” digər ədəbi-bədii jurnallardan fərqli olaraq özünə böyük və müqəddəs bir missiya seçib - xatirələri, nostalji duyğuları yaddaşımızda diri və duru saxlamaq.

“Yada düşdü” jurnalının 10 illik yubileyi ilə bağlı tədbiri Mətbuat Şurasının sədri Əflatun Amaşov açaraq jurnalın missiyasından danışdı: “Hamınızın qarşısında bu jurnal var. Çox yaxşı ifadə ediblər ki, “Yada düşdü” düşüncələr antologiyasıdır. Əgər bizim dünənimiz olmasaydı, bugünü necə yaşayardıq, gələcəyimizi necə planlaşdırardıq? Bu jurnalda Azərbaycan mənəvi həyatı tam görünür. Bu jurnalı vərəqləyərkən XIX əsrin sonu, XX əsrin əvvəlləri yada düşür. O zaman Azərbaycanda  xeyriyyə hərəkatı kifayət qədər güclü idi”.

Ə.Amaşovun sözlərinə görə, “Yada düşdü” jurnalı da xeyriyyəçilik missiyasını yerinə yetirir, çünki jurnal heç bir yerdən yardım almadan təsisçi və baş redaktorun öz büdcəsi hesabına işıq üzü görür. “Jurnalın bir yaşını Mətbuat Şurasında keçirmişdik. Bu on ildə heç yerdən bu jurnalın büdcəsinə bir qəpik pul daxil olmayıb. Bu jurnal xeyriyyəçilik əsasında çıxır”. Nəşrin, buradakı yazıların keyfiyyətinin çox yüksək olduğunu deyən Ə.Amaşovun bildirdiyinə görə, bütün bunlar isə ağır zəhmət tələb edir.

Rəşad Məcid: “Bir jurnalın 10 il davamlı nəşr olunması böyük hadisədir”

 

.Amaşovun çıxışından sonra “Yada düşdü” jurnalının 10 illiyinə həsr olunan film təqdim edildi. Filmdən sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirib ki, “Yada düşdü” jurnalı öz fərqliliyi, rəngarəng mövzuları, say-seçmə müəlliflərin yazıları ilə oxucuların görüşünə gəlir. “ On ilə gəlib çatmaq çox çətindir və bir jurnalın 10 il davamlı nəşr olunması böyük hadisədir. Çünki dövlət büdcəsi hesabına çıxan jurnalları nəzərə almasaq, demək olar ki, davamlı çıxan müstəqil jurnal yoxdur. Amma  jurnalın təsisçisi və rəhbəri Nəzakət Məmmədova “Yada düşdü” jurnalını davamlı olaraq nəşr edir”. O qeyd edib ki, N.Məmmədova təkcə “Yada düşdü”nün təsisçisi  deyil, həm də Mədəniyyət Nazirliyinin “Xatirə kitabı” redaksiyasının baş redaktorudur.

Seyran Səxavət: “10 il jurnal saxlamaq və ona hörmət qazandırmaq çox çətin bir işdir”

 

anınmış yazıçı Seyran Səxavət də “Yada düşdü” jurnalı haqqında söz dedi. “Jurnal yaxşı jurnaldır. Nəzakət xanım jurnalın həm təsisçisi, həm də baş redaktorudur. İndiki zamanda insanlar öz ailəsini saxlaya bilmir, amma Nəzakət xanım on ildir ki, belə dəyərli bir jurnalı nəşr edir. 10 il jurnal saxlamaq və ona hörmət qazandırmaq çox çətin bir işdir, amma Nəzakət xanım bunun öhdəsindən gəlib. Jurnalda xoşuma gələn məqamlar çoxdur, onlardan biri odur ki, “Yada düşdü” jurnalı  dünyadan köçmüş ədibləri, yazarları yada salır. Bu jurnalda həm də ondan xoşum gəlir ki, mənəvi cəhətdən 40 ildir ölən yazıçılar görsənmir. Bu jurnal xatirələri oyadar, sədaqət nümayiş etdirir” Yazıçı daha sonra bu yolda “Yada düşdü” jurnalına uğurlar arzulayıb.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Sayalı Sadıqova “Yada düşdü” jurnalının dili, daşıdığı missiya haqqında geniş danışdı. S.Sadıqovanın sözlərinə görə, Azərbaycan xalqının mənəviyyatının, dilinin bütün gözəllikləri bu jurnalda əks olunub. Jurnalın dilinin çox sadə olduğunu deyən S.Sadıqova dedi ki, “Yada düşdü” hər kəsin, bütövlükdə ölkə ziyalılarının, elm adamlarının səbrsizliklə gözlədiyi jurnaldır. O vurğuladı ki, dilçilik aspektindən yanaşdıqda  XX əsrin əvvəllərində çap olunan “Füyuzat”, “Şəlalə” və başqa jurnallar kimi “Yada düşdü” də dilimizin gözəlliyini çağdaş oxucuya yenidən çatdırır. Jurnalda həm də günümüzlə səsləşən məqalələr var. Qarabağ hadisələri, jurnalda yer alan digər yazılar doğru olaraq dövrün həyat hadisələrini həqiqi formada oxucuya çatdırır”. “Yada düşdü” jurnalının ilk rəssamı Nəvai Mətin də çıxışında jurnalın nəşrə başladığı günləri xatırladı: “Bu jurnalın çapında mənim də azacıq xidmətim varsa çox sevinirəm. Bu jurnal keçmişimizə, tariximizə işıq tutdu və bizim görmədiyimiz, tanımadığımız şəxsiyyətləri bizə tanıtdı. Çox maraqlı bir jurnaldır”.

Aydın Quliyev: “Bu jurnal təkcə ədəbiyyat hadisəsi deyil, həm də ictimai və media hadisəsidir”

 

Bakı-xəbər” qəzetinin baş redaktoru, Azərbaycan Mətbuat Şurasının İdarə heyətinin üzvü Aydın Quliyev isə  bildirdi ki, “Yada düşdü” jurnalı son illərin ən uğurlu layihəsidir və bir ədəbiyyat hadisəsidir. “Onu deyim ki, həqiqətən də “Yada düşdü” bir ədəbiyyat hadisəsi oldu. Doğrudan da, bir ədəbi-bədii jurnal kimi yarandı və ədəbiyyatda bir hadisə oldu. Amma bu jurnal təkcə ədəbiyyat hadisəsi deyil, həm də ictimai və media hadisəsidir. Çünki təkcə ədəbiyyat adamı olmayan şəxsləri də oxucu kimi öz çevrəsinə toplayıb sevdirməyin özü ictimai hadisədir, böyük bir media hadisəsidir. Son 10 ilin “Yada düşdü”sü ən uğurlu çap olunan media orqanıdır”. Layihənin uğurlu olduğunu deyən Aydın Quliyev bildirdi ki, bu templə jurnalın uğurları davam edəcək, onda olan yenilməyən güc jurnalı yaşadacaq.

Əsəd Cahangir: “…Jurnalın adı ilə artıq o uğur qazanıb”

 

dəbi tənqidçi, şairi Əsəd Cahangir də çıxışında jurnalın özləlliklərini xüsusi vurğuladı: “Nəzakət xanımın on ildən bəri təsisçiliyi və baş redaktorluğu ilə çap edilən “Yada düşdü” jurnalı ilk növbədə mənə adı ilə qəribə təsir göstərmişdi…Jurnala “Yada düşdü” adı qoymaqla Nəzakət xanlm risqə getmişdi. Risqin də iki başı olur, tuta da, tutmaya da bilər. Nəzakət xanımın on illik fəaliyyətində görürük ki, jurnalın adı ilə artıq o uğur qazanıb...”

Tədqiqatçı-jurnalist Şəmistan Nəzirli də jurnalın özəl məziyyətlərindən danışaraq bildirdi ki, Azərbaycanda memuar mətbuatı deyərkən ilk xatırlanan “Yada düşdü” olur.

Yazıçı-jurnalist Zemfira Məhərrəmli, şairə Sona Çərkəz, şairə Kəmalə Abıyeva, qəzəlxan şairə Mahcamal xanım, Fəxrəddin Meydanlı, Əməkdar  jurnalist Zöhrə Əliyeva və başqaları da çıxış edərək jurnal haqqında duyğu və düşüncələrini bölüşdülər.

Nəzakət Məmmədova: “Jurnal fəaliyyətə başladığı gündən ictimai-ədəbi prosesləri geniş tədqiq edir, nostalji təfərrüata varır”

Sonda jurnalın təsisçisi və baş redaktoru şair-publisist Nəzakət Məmmədova xoş sözlərə görə təşəkkür etdi və jurnal haqqında məlumat verdi. Bildirdi ki, çağdaş yazılı mətbuatın əsas işi dövlətçilik ənənələri, ictimai-sosial və ədəbi resursları tədqiq etməkdir. “Yada düşdü” ədəbi-bədii nostalji jurnalı da bu istiqamətdə lazımi mətbu dəyərlər ehtiva edir: “Jurnal fəaliyyətə başladığı gündən ictimai-ədəbi prosesləri geniş tədqiq edir, nostalji təfərrüata varır”. Jurnalın 2011-ci ildə nəşrə başladığını deyən Nəzakət Məmmədova bildirdi ki, jurnal ötən illər ərzində tək ölkəmizdə deyil, həm də onun hüdudlarından kənarda böyük oxucu auditoriyası qazanıb. N.Məmmədovanın sözlərinə görə, bu 10 ildə jurnal mətbuata, ədəbiyyata və cəmiyyətə müsbət mənada ciddi təsir edib, layiqli töhfələr verib, həmçinin media-oxucu əlaqələrinin təşkilində həlledici rol oynayıb…

İradə SARIYEVA

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

13.10.2026 / 19:36
Azərbaycanın ASAN brendi Asiyanı “işğal edir”...

13.10.2026 / 19:21
“Azərbaycana təzyiqlər artır” - Prezident demişdi axı, üstəlik səbəb də göstərmişdi...

13.10.2026 / 18:22
ABŞ Konqresi Tramp-Putin razılaşmasını ləğv edə bilər...

13.10.2026 / 18:04
İqtisadi Şuranın növbəti iclası keçirilib - FOTO

13.10.2026 / 17:47
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Prezidentinin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb

13.10.2026 / 17:38
"Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var" - QMİ sədri

13.10.2026 / 17:21
Qara dənizdə hücuma məruz qalan gəmidəki 8 Azərbaycan vətəndaşı xilas edilib

13.10.2026 / 17:06
Allahşükür Paşazadə Azərbaycana qarşı iddiaları rədd etdi - İğtişaş yaradırlar... kimin təhriki ilə olur bilirik...

13.10.2026 / 17:02
MM-in parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yaydı - AK Parti iqtidarının hərkətləri suallar doğurur...

13.10.2026 / 16:43
Məktəb partasından ər evinə: Erkən nikah faciəsi və Qanunun müdafiəsi

13.10.2026 / 16:30
Hamı Xəzərin probleminə Azərbaycan prezidenti kimi qayğı göstərsə...

13.10.2026 / 15:56
Ərdoğanın müşaviri göstərdi ki, anti-Azərbaycan kampaniyasını AKP iqtidarı aparır...

13.10.2026 / 15:42
Ermənistan COP29-a gəlmədi, biz niyə COP17-yə getməliyik?!.

13.10.2026 / 15:38
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO

13.10.2026 / 15:25
Səadət Partiyasının sədri Mahmud Arıkan! İlham Əliyevdən qabaq belə məktubu Ərdoğana yazmalı idiniz...

13.10.2026 / 15:17
Türkiyənin din təriqətçiləri Fələstin məsələsində Azərbaycanı da özlərinə bənzətmək istəyir - ziyanlı və faydasız üslub....

13.10.2026 / 15:09
Bolqarıstan sahillərində içərisində azərbaycanlıların da olduğu gəmi vuruldu...

13.10.2026 / 14:54
Belə getsə, Rusiya bütün Avropada sağ populistləri seçki ilə hakimiyyətə gətirəcək – İngiltərə dilə gəldi...

13.10.2026 / 14:30
“Məktəbli forması dünyəvi təhsil prinsiplərini ehtiva edir” - Rizvan Qarabağlı

13.10.2026 / 14:17
Yasamalda məktəbdə yanğın törətməyə cəhd edən 6 nəfər saxlandı - VİDEO

13.10.2026 / 14:08
YAP Ərdoğanın baş müşavirinin Azərbaycanla bağlı açıqlamasına sərt cavab verdi...

13.10.2026 / 13:55
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi

13.10.2026 / 13:46
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO

13.10.2026 / 13:40
Tramp Putinə pəncərə açdı, Avropa onun acığına bağladı...

13.10.2026 / 13:27
Kredit faizləri və problemli kreditlər sürətlə artır...

13.10.2026 / 13:10
Azərbaycanda problemli kreditlərin həcmi 932 milyon manatı ötüb

13.10.2026 / 12:53
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir” - Əhliman Əmiraslanov

13.10.2026 / 12:44
Vüqar Rəhimzadə: Azərbaycan və Kamboca bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

13.10.2026 / 12:38
"44 il əvvəl səfər etdiyim Azərbaycanı çox çətinliklə tanıdım" - Prezident Thonqlun Sisulit

13.10.2026 / 12:18
Ermənistanla sərhədi keçən azərbaycanlı hərbçi ifadəsi yayıldı

13.10.2026 / 12:03
Prezident İlham Əliyev: "Laos bizim üçün dost ölkədir"

13.10.2026 / 11:59
"Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb" - Prezident

13.10.2026 / 11:49
Fələstinin erməni naziri Bakıya gəlir...

13.10.2026 / 11:48
Prezident: "Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir"

13.10.2026 / 11:45
"Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək" - Prezident İlham Əliyev

13.10.2026 / 11:39
Prezident: "Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir"

13.10.2026 / 11:36
"Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək" - Prezident

13.10.2026 / 11:33
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:31
Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib - FOTO/ YENİLƏNDİ

13.10.2026 / 11:29
Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:20
Nazirlikdən pensiyaçılara ŞAD XƏBƏR...

13.10.2026 / 11:01
Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub - FOTO

13.10.2026 / 10:52
Britaniyanın Fairford hərbi hava bazasına hücum iddiası... 29 ölkə İrana sərt xəbərdarlıq etdi - hərəkətə keçəcəyik…

13.10.2026 / 10:43
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub - FOTO

13.10.2026 / 10:07
NİİM-dən motosiklet və skuter sürənlərə xəbərdarlıq - bu sizə məsuliyyətdən yayınmaq hüququ vermir... VİDEO

13.10.2026 / 09:53
“Mercedes” qatarla toqquşdu - sürücü son anda qurtuldu...

13.10.2026 / 09:36
Novak Avropanı ifşa etdi – sanksiyalar hara, 320 milyardlıq ticarət hara…

13.10.2026 / 09:23
Ukrayna ilk dəfə Rusiyanı öz ballistik raketi ilə vurdu…

13.10.2026 / 09:11
“44” bədii filmi ilə bağlı mətbuat konfransı keçirildi

13.10.2026 / 06:42
Finlandiya XİN-dən Aİ ölkələrinə çağırış - “ruslara vizaları dayandırın…”

12.10.2026 / 23:06
Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb VİDEO

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirildi...

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ